Oğul (sənədli film)

Oğul sənədli filmi — 2022-ci ildə təqdimatı keçirilən sənədli film nəzərdə tutulur. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır.[1][2][3]

Oğul
Rejissorlar Karan Sinqh
Görüntü rejissoru Simon Stanford
Ssenari müəllifi Karan Sinqh
Studiya Broken Pot Media
İlk baxış tarixi 28 fevral 2022
Yayımlanma yeri Azərbaycan
Filmin növü Sənədli film
İl 2023

Haqqında[redaktə | mənbəni redaktə et]

Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.[4] “Qafqazinfo”nun məlumatına görə, filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük BritaniyaRusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib:[1]

Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur.

Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib.[1]

Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi.[1]

Filmin təqdimatı fevralın 28-də Nizami Kino Mərkəzində baş tutmuşdur. Təqdimatda yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak etmişdir.[4]

Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıtmış və elə həmin ildən könüllü olaraq orduya qatılmışdır. O, 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədə uzun müddət erməni silahlı dəstələrinə müqavimət göstərmişdir. Lakin sonda 23 nəfər xocalılının öldürülməməsi müqabilində müqaviməti dayandırmış və təslim olmuşdur. Onun erməni əsirliyində sonrakı taleyi bilinməməkdədir.[1][3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  2. "Əfsanəvi Natiq Qasımov haqda film". qerbxeber.com. 2022. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  3. 1 2 "Mingəçevir Dövlət Universitetində "Oğul" sənədli filmi nümayiş olunub". azertag.az. 25 fevral 2023. 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  4. 1 2 Şahpəri Abbasova. "Karan Sinqh azərbaycanlı hərbi əsir haqda film çəkib". sputnik.az. 23 fevral 2022. 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.