Kiçik Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kiçik Qaramurad kənd inzibati ərazi dairəsində kənd.[2]
Kiçik Qaramurad | |
---|---|
40°33′16″ şm. e. 45°41′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.345 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 892 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2130[1] |
Orta dağlıq qurşaqdadır. Mənbələrin məlumatına görə, Qaramurad adlı kənd 1828-ci ildə yaranmışdır. 1826-28-ci illər Rus-İran müharibəsi dövründə Gürcüstandan İrəvana qaçmış 400 azərb. ailəsini İrəvanlı Hüseynqulu xan Zəngi çayının sağ sahilində sərhəddə məskunlaşdıraraq bir neçə kəndlə (Mürsəlli, Baratlı, ArdıĢlı, Qarakeşiş) birlikdə Qaramurad kəndini də yaratmışdı. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Qaramurad (indiki Böyük Qaramurad) kəndindən çıxmış ailələr salmışlar. Oykonim Böyük Qaramurad kənd adının qarşılığıdır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 892 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.