Aslanov Vaqif Cumay oğlu (5 iyul 1950-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur) — şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri.
Vaqif Aslan | |
---|---|
Vaqif Aslanov Cumay oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kiş, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu |
Fəaliyyəti | Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri |
Fəaliyyət illəri | 1967-ci illərdən hazırkı dövrə qədər |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | nəzm, nəsr |
Mükafatları |
Aslanov Vaqif Cumay oğlu 1950-ci il iyul ayının 5-də Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. İbtidai təhsilini Kiş kənd ibtidai, 8 illik təhsilini Kiş kənd səkkizillik, 10 illik təhsilini isə qonşu Oxud kənd orta məktəbində almışdır. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsini bitirmişdir.
1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1997-ci ilin sonlarından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində yaradılan Folklor Elmi-Mədəni Mərkəzinin, 2003-2013-cü illərdə isə Folklor İnstitutunun Şəki sektoruna rəhbərlik etmişdir. 1995-ci ildən etibarən saathesabı olaraq ADU-nun, sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi”ndən, o cümlədən, “Türk xalqları ədəbiyyatı”ndan, “Azərbaycan ədəbi tənqidinin tarixi”ndən, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”ndan dərs demişdir. Hal-hazırda ADPU-nun Şəki filialında tam ştatda pedaqoji fəaliyyətini davam etdirməkdədir.
1994-cü ildə akademik Bəkir Nəbiyevin, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin zəmanətləri ilə Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə namizədliyi irəli sürülmüş, 1995-ci ildən AYB üzvü olmuşdür.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.Poeziyamızın daha bir vaqifi - Vaqif Aslan Bölmə ictimai əsaslarla fəaliyyət göstərir və Respublikamızın şimal-qərb bölgəsini əhatə edir.
Ailəlidir. Bir oğlu və bir qızı vardır.
Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlanmışdır. Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir.[1]
İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmişdir. 1973–1981-ci illər arasında Azərbaycanda keçirilən Rusiya, Belarus, Ukrayna, Özbəkistan ədəbiyyatı və incəsənəti günlərinin (1976-1979-cu illər) Şəki ilə bağlı tədbirlərində həm iştirak, həm də çıxışlar etmişdir.
İlk kitabı “Aydın” poemasıdır. Türkoloq, dilçi alım və tədqiqatçı Aydın Məmmədova həsr edilmiş bu kitab 1993-cü ildə nəşr edilmişdir. Vaqif Aslanın “Vaqif” (Faciə) Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə yazdığı dramı Şəki Dövlət Dram Teatrında (mart, 2016) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (7-8 iyun, 2016) tamaşaya qoyulmuşdur.[2]
Vaqif Aslan tərçümələri ilə də məşhurdur. O, fransız dilindən Pol Verlenin şeirlərini, Öjen Dabinin "Tətil" hekayəsini, Erve Bazənin "Rədd olsun şapkalar!" hekayəsini, Jan Batist Şardənin "Səyahətnamə" və Jermen Giyomun "XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu" əsərlərini dilimizə tərcümə etmişdir. O, həmçinin rus dilindən Mustay Kərimin "Ay tutulan gecə" faciəsini, Slavomir Mrojekin "Xoşbəxt hadisə" tragikomediyasının tərcüməsini etmişdir. Hər iki əsər Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.[3]
Vaqif Aslan həm də kinossenarilər müəllifidir. “Odla qol-boyun” qısametrajlı bədii filmi və “Şəki: tarixin naxışları” qısametrajlı sənədli filmi onun ssenariləri əsasında çəkilmişdir.[4]
Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” media mükafatı laureatıdır. 2009-cu il üzrə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi Prezident təqaüdçüsü olmuşdur.
27 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
Tərtibçilik