Onlayn çat

Bu tipik onlayn söhbət proqramında sol tərəfdəki pəncərə kontaktların siyahısını, sağdakı pəncərə isə istifadəçi ilə həmin kontaktlardan biri arasındakı söhbəti göstərir.

Onlayn çat və ya onlayn söhbət (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumlarıe-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər.

Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk onlayn çat sistemi 1973-cü ildə İllinoys Universitetində PLATO sistemində Doq Braun və David Vulli tərəfindən yaradılmış Talkomatic idi. Sistemdə hər birinə beş nəfərin daxil ola bildiyi bir neçə kanal var idi və mesajlar yazılan kimi bütün istifadəçilərin ekranlarında simvol olaraq görünürdü. Talkomatic 1980-ci illərin ortalarında PLATO istifadəçiləri arasında çox məşhur idi. 2014-cü ildə Braun və Vulli Talkomatic-in veb-əsaslı versiyasını buraxdılar.[1]

Həqiqi "chat" əmrindən istifadə edən ilk onlayn sistem 1979-cu ildə Dialcom-dan Tom Volker və Fritz Teyn tərəfindən The Source üçün yaradılmışdır.[2]

Digər çat platformaları 1980-ci illərdə böyüməyə başladı. GUI-yə sahib olan ən erkən uzantılar arasında Amerika və Almaniyadakı universitet kampuslarında xüsusilə populyarlaşan Macintosh uzantısı BroadCast idi.[3]

İlk transatlantik internet çatı 1989-cu ilin fevralında Finlandiyanın OuluABŞ-nin Oreqon ştatının Korvallis şəhərləri arasında quruldu.[4]

İctimaiyyət üçün geniş istifadəyə verilən ilk xüsusi onlayn çat xidməti 1980-ci ildə Ohayo ştatının Kolumbus şəhərində CompuServe-nin icraçı direktoru Aleksandr "Sandy" Trevor tərəfindən yaradılmış CompuServe CB Simulator idi.[5][6]

Çat bir çox videokonfrans alətlərində tətbiq olunub. İşlə bağlı videokonfrans zamanı söhbətdən istifadənin araşdırılması zamanı müəyyən edilib ki, görüşlər zamanı söhbət iştirakçılara görüşü dayandırmadan ünsiyyət qurmağa, ümumi resurslar ətrafında fəaliyyət planlaşdırmağa və daha çox iştirak təmin edir.[7] Araşdırma həmçinin müəyyən edib ki, söhbət iştirakçılar arasında diqqəti yayındırmağa və məlumat asimmetriyasına səbəb ola bilər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "PLATO | computer-based education system | Britannica". www.britannica.com (ingilis). 17 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-17.
  2. "DESIGN AND IMPLEMENTATION OF A MULTILINGUAL CHAT APPLICATION". nairaproject.com. 17 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-17.
  3. Molly McKinney. ""Sell a Couch or Make a New Friend: Broadcast Provides Potential Mind Games and Hookups." The Wooster Voice, November 19, 1998, p.8". The Voice: 1991-2000. 19 November 1998. 2 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2019.
  4. "The 'Security Digest' Archives (TM) : TCP-IP Distribution List for February 1989". securitydigest.org. 8 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2018.
  5. "CompuServe Innovator Resigns After 25 Years", The Columbus Dispatch, 11 May 1996, p. 2F.
  6. Mike Pramik, "Wired and Inspired", The Columbus Dispatch, (Business page), 12 November 2000.
  7. Sarkar, Advait; Rintel, Sean; Borowiec, Damian; Bergmann, Rachel; Gillett, Sharon; Bragg, Danielle; Baym, Nancy; Sellen, Abigail, "The promise and peril of parallel chat in video meetings for work", Extended Abstracts of the 2021 CHI Conference on Human Factors in Computing Systems, New York, NY, USA: Association for Computing Machinery, 2021-05-08, 1–8, doi:10.1145/3411763.3451793, ISBN 978-1-4503-8095-9, İstifadə tarixi: 2021-11-01

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]