Onlayn qəzet

2015-ci ildə yalnız onlayn nəşrə çevrilən "State Magazine"nin (ABŞ Dövlət Departamenti tərəfindən nəşr olunur) skrinşotu.

Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzetqəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər.

İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir.[1] Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər.[2]

Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir.[3] Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.[4]

"Yalnız onlayn" qəzet və ya jurnalın ilk nümunəsi 1974-cü ildə Brüs Parrello tərəfindən İllinoys Universitetində PLATO sistemində yaradılmış "(PLATO) News Report" onlayn qəzeti idi.[5] İnternetə çıxan ilk qəzet 1 iyul 1980-ci ildə "The Columbus Dispatch" olmuşdur.[6] 1987-ci ildən başlayaraq Braziliyanın "Jornaldodia" qəzeti dövlətə məxsus Embratel şəbəkəsində fəaliyyət göstərməyə başlamış və 1990-cı illərdə internetə keçmişdir. 1990-cı illərin sonlarında yüzlərlə ABŞ qəzeti onlayn versiyalarını dərc etməyə başlamışdı, lakin onlar bu dövrdə məhdud interaktivlik təklif edə bilirdilər.[7]

2014-cü ilə qədər PCC Birləşmiş Krallıqda dominantlıq əldə etmişdi, lakin orijinal onlayn qəzetlər, forumlar və bloqlar arasında aydın fərq qoyulmamışdı. 2007-ci ildə Birləşmiş Krallıqda fəaliyyət göstərən onlayn qəzetləri, audio xəbər və video xəbər saytlarının məsuliyyətlərini tənzimləmək, onlayn xəbər nəşrinin nə olduğunu dəqiqləşdirmək məqsədilə qərar qəbul edilmişdir.[8]

  1. "Newspapers Recreate Their Medium Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine" eJournal USA, March 2006
  2. Andersen, Kurt. "You Must Be Streaming". NYMag.com. 15 February 2007. 6 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2023.
  3. "Data Protection Act 1998". legislation.gov.uk. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  4. "Data Protection Act 1998". legislation.gov.uk. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  5. Silberman, Steve. "'PLATO People' reunite, honor founder". wired.com. 17 March 1997. 29 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2023.
  6. "New Media Timeline (1980)". December 16, 2004. April 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2023.
  7. Schultz, Tanjev. "Interactive Options in Online Journalism: A Content Analysis of 100 U.S. Newspapers". Journal of Computer-Mediated Communication. 5 (1). 1999: 1. doi:10.1111/j.1083-6101.1999.tb00331.x. 2013-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  8. See Journalism Mag. Arxivləşdirilib 2007-03-01 at the Wayback Machine and also the PCC website Arxivləşdirilib 2013-06-08 at the Wayback Machine AOP (UK Association of Online Publishers)

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]