Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.
Neft İxrac Edən Ölkələr Birliyi OPEC | |
---|---|
Neft İxrac Edən Ölkələr Birliyi | |
Yaranma tarixi | 14 sentyabr 1960[1][2] |
Rəsmi dili | |
Mərkəzi | Vyana, Avstriya |
Prezident | Haitham al-Ghais |
opec.org | |
Vikianbarda əlaqəli mediafayllar |
OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub.
Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.
Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Afrika
Anqola 10 yanvar 2007
Liviya dekabr 1962
Nigeriya iyul 1971
Əlcəzair 1969
Orta Şərq
İran Sentyabr 1960
İraq Sentyabr 1960
Küveyt Sentyabr 1960
Qatar Dekabr 1961
Səudiyyə Ərəbistanı Sentyabr 1960
BƏƏ Noyabr 1967
Cənubi Amerika
Venesuela Sentyabr 1960
Ekvador Noyabr 2007
Cənub-Şərqi Asiya
İndoneziya dekabr 1962 üzvlüyü görüş altında çünki İndoneziya OPEC tərəfindən artıq dəqiq neft ixracatçısı olaraq qəbul edilməməkdədir.
Köhnə üzvlər
Qabon (bütün ümumi üzvlük 1975-dən 1995-ə qədər)
üzvlüyü gözlənilənlər
Azərbaycan,Boliviya, Meksika, Sudan və Suriya OPECə iştirak etməyə dəvət edildilər.
Sudan və Ekvador hazırda ümumi üzvlük üçün namizətdirlər.