Oraz Yağmur

Oraz Yağmur (türkm. Orazdurdu Yağmurov; 15 avqust 1947, Yolötən rayonu[d]3 yanvar 2022, Aşqabad) — tanınmış türkmən şairi[1], yazıçı, publisist

Orazdurdu Yağmurov
Təxəllüsü Oraz Yağmur
Doğum tarixi 15 avqust 1947(1947-08-15)
Doğum yeri Qanlıbaş kəndi, Yolötən rayonu, Marı vilayəti, Türkmənistan
Vəfat tarixi 3 yanvar 2022(2022-01-03) (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Türkmənistan
Milliyyəti türkmən
Təhsili Türkmənistan Dövlət Universiteti, filologiya fakültəsi
Fəaliyyəti şair, yazıçı, araşdırıcı
Əsərlərinin dili türkmən dili, türk dili
Janrlar şeir, roman, esse, publisistika

Oraz Yağmur 15 avqust 1947-ci ildə qədim Marı vilayətinin Yolötən rayonunun Qanlıbaş kəndində doğulmuşdur. İbtidai və orta təhsilini Mərv şəhərində almışdır. Orta məktəbdə oxuyarkən ehtiyac üzündən kitabxanaçı, traktorçu kimi çalışmışdır. Aşqabadda indiki Məhdimqulu adına Türkmənistan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1967–1972). Tələbəlik illərində oxumaqla yanaşı, ibtidai məktəbdə müəllimlik etmişdir. Sonrakı dönəmlərdə müxtəlif işlərdə çalışmış, hətta dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir.

Ədəbi yaradıcılıqla yanaşı Türk Dünyasının birliyi, bütövlüyü uğrunda ciddi mübarizə aparmışdır. O, Türkiyə, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Hindistan və başqa ölkələrdə keçirilən konfrans, simpozium və forumlara qatılmış, məqalələri çeşidli dərgilərdə yayınlanmışdır. Ömrünün son illəri ciddi nəzarət altında yaşamış, ölkədən çıxışına qadağa qoyulmuşdur.

Oraz Yağmur Leyla, Cənnət, Enecan, Selbi adlı dörd qız, Dövran və Qəmbər adlı iki oğul atası olmuşdur.

Oraz Yağmur 3 yanvar 2022-ci ildə 75 yaşında Aşqabadda vəfat etmişdir.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Oraz Yağmurun həcmcə ilk böyük əsəri "Sislər dağıldığında" (1989) adlı romanıdır. Əsərdə dölət məmurlarının mafiya ilə işbirliyi probleminə toxunulmuşdur. İkinci romanı olan "Məhdimqulunamə" (1992) Türk dünyasının məşhur şairlərindən biri olan Məhdimqulu Fəraqinin həyat və yaradıcılığından bəhs edir. Üçüncü tanınan əsəri isə ünlü türkmen dastancısı Qurd Yaqubun həyatından bəhs edir (1994).

Sovet dövründə Türkmənistanda rejim ideologiyası ilə əlaqəsi olmadığı üçün yasaq edilən Qaracaoğlanın yenidən gündəmə gəlməsində Oraz Yağmurun "Qaracaoğlanı həbsdən kim çıxaracaq?" (1990) adlı məqləsi mühüm rol oynamışdır. Yenə müəllifin "Saçların qara deyilmi?" (1994) və "Qumru səslim haradadır?" (2007) kitabları Qaracaoğlanın Türkmənistanda və Orta Asiyada yaxından tanınmasını təmin etmişdir. Yzarın "Mən Atatürk" (1999) kitabı Türkmənistanda Mustafa Kamal Atatürkün tanınmasında önəmli rol oynamışdır. Oraz Yağmurun Mövlana Rumi haqqında "Olduğun kimi görün", Yunus Əmrə haqqında "Sevəlim seviləlim" və İbrahim Ədhəm həzrətlərini anladan əsərləri, ayrıca "Hacı Bektaş Vəli" və "Türk dünyasının poeziya antologiyası" kitabları da yayınlanmışdır. Yazarın "Bozqurd uşaqları" əsəri Ankaradakı Qazi Universitetinin professoru İsmet Yılmaz Çətinin dəstəyi ilə nəşr olunmuşdur. Bundan başqa, o Niyazi Yıldırım Gəncosmanoğlunun "Şeirlərdən seçmələr"i də yayına hazırlamışdır.

O, Nəsrəddin Hocanın yeni lətifələrini toplayıb tərtib edərək "Gülme ilacı" (2010) adı ilə Kıprısda yayınlanmışdır. Türk Dünyasının mədəniyyət körpüsünü gücləndirmək üçün Aşqabadda Mehmet Akif Ersoy, Qaracaoğlan, Mövlana, Yunus ƏmrəAtatürkü anma günləri təşkil etmişdir. O, Türkiyə şairləri ilə yanaşı, digər türk xalqlarının şairlərinin şeirlərini də türkməncəyə çevirmişdir.

Onun "Qarabağlı ananın ağısı" adlı şeirlər kitabı Azərbaycanda, "Dəyirman daşı" adlanan poetik toplusu isə Özbəkistanda yayınlanmışdır. "Eşq damlaları", "Nuri Halməmməd", "Qayğısız Atabəy" və başqa kitabları Türkiyədə nəşr olunmuşdur.

  • Türkiyə Cümhuriyyətinin Ləyaqət ödülü (1999)
  • Tarsus Bələdiyyəsinin Beş Altun ödülü (2005)
  • Türk Kültürünə Hizmət ödülü (2008)
  • Türkiyə Yazarlar Birliyinin Hüseyn Cavid adına Böyük ödülü (2009)
  • Sislər dağıldığında (roman, 1989)
  • Məhtimqulunamə (roman,1992)
  • Duman dağlarda (roman)
  • Qurd Yaqub (bioqrafiya,1994)
  • Saçların qara deyilmi? (1994)
  • Ben Atatürk (1999)
  • Qumru səslim nerdesin? (2007)
  • Türk Dünyasının Şeir Antolojisi
  • Gülme İlacı" (Nasrettin Hoca fıkraları, 2010, Kıbrıs)
  • Qarabağlı ananın ağısı (2009)[3]
  • Dəyirman daşı (Şeirlər)
  • Aşk Damlaları
  • Kaygısız Atabay

Azərbaycanda yayınlanan kitabları

[redaktə | mənbəni redaktə et]
  • Qarabağlı ananın ağısı. Bakı: TÜRKSOY kitabxanası, 2009, 83 s.[4]
  1. "Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş "Türk dilinin uluslararası 8-ci beynəlxalq şeir məclisi" davam etdirilmişdir". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  2. "Oraz Yağmur Vefat etti". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  3. "Oraz Yağmur". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  4. "Türkmən ədəbiyyatının təbliğinə mühüm töhfə". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]