Ordubad düzü

Ordubad düzü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində düzənlik.

Ordubad düzü
Coğrafiyası
Çay Araz
Yerləşməsi
38°55′09″ şm. e. 45°59′19″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ordubad rayonu
Ordubad düzü xəritədə
Ordubad düzü
Ordubad düzü

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Arazboyu düzənliklərdən biri. Arazın sol sahilindədir. Şimalda Aşağı Əylis kəndinədək davam edir. Cənub-şərqdən başlayaraq şimal-qərb istiqamətində Dəstə kəndinədək 9 kilometr məsafədə uzanır. Səthi parçalanmış maili düzənlikdir. Əylisçay, Ordubadçay, Gənzəçay çaylarının gətirmə konuslarından təşkil olunmuşdur. Qərb hissəsi Yuxarı Əylis kəndindən başlayaraq Araz çayına qədər struktur sel çöküntüləri ilə örtülmüşdür. Ordubad düzünün şimal hissəsində Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru əkinçilik üçün yararlı dağ-qəhvəyi torpaqlar, şərqində isə dar zolaq şəklində dağ-açıq şabalıdı torpaqlar yayılmışdır.[1]

  1. Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan. 2005.