Orxan Rizvan oğlu Əsgərov (5 noyabr 1982, Kirovabad[2] – 27 yanvar 2023[1], Tehran[3]) — Azərbaycanlı şəhid, baş leytenant, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə Xidmətinin rəisi.[5]
Orxan Əsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1982 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 2023[1] (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Dəfn tarixi | 30 yanvar 2023 |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | baş leytenant |
Təltifləri |
Orxan Əsgərov 1982-ci il noyabrın 5-də Gəncə şəhərində anadan olub. Əslən Basarkeçər rayonunun Nərimanlı kəndindəndir. 1989–1998-ci illərdə Gəncə Şəhər 4 saylı tam orta məktəbdə, 1998–1999-cu illərdə isə ABŞ-də təhsil almışdır. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2003–2005-ci illərdə isə həmin universitetdə magistr təhsili, 2005–2007-ci illərdə isə aspirantura təhsili almışdır .[6]
Ailəli idi, 2 övladı var[7].
2014–2015-ci illərdə Rusiyada, 2015–2016-cı illərdə Ukraynada, 2016–2017-ci illərdə isə Gürcüstanda yerləşən Azərbaycanın səfirliklərində hərbi diplomatik xidmət etmişdi. 2018-ci ildə mühafizə xidmətinin rəisi vəzifəsinə yüksəlmiş və Türkiyənin İstanbul şəhərinə ezam edilmişdi. 2021-ci ildən etibarən isə İranın Tehran şəhərində yerləşən Azərbaycanın səfirlik kompleksində hərbi diplomatik xidmətə başlamışdı.[8][9]
27 yanvar 2023-cü il Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb[10].
Orxan Əsgərov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir[11].
"Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram" Rəcəb Tayyib Ərdoğan[12]
|
Orxan Əsgərovun cənazəsi 29 yanvarda Bakıya gətirildi.[13] 30 yanvar 2023-cü ildə vida mərasimi keçirilmiş və İkinci Şəhidlər xiyabanında dəfn olunmuşdur.[14][15]
3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[16]