Azərbaycanın İrandakı səfirliyinə hücum

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır.

Azərbaycanın İrandakı səfirliyinə hücum
Terakt anlarının görüntüsü.
Terakt anlarının görüntüsü.
Ümumi məlumatlar
35°46′02″ şm. e. 51°27′15″ ş. u.HGYO
Yeri
  • Azərbaycanın İran səfirliyi[d]
Hücumun hədəfi Azərbaycan diplomatları
Tarix
Hücum metodu silahlı hücum
Silah(lar) AK-47
Ölü sayı
  • 1
Yaralı sayı
  • 2
Törədən(lər) Yasin Hüseynzadə[d][1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır. Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır. 30 yanvarda səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilmiş və səfirliyin fəaliyyəti dayandırılmışdır.

İran rəsmilərinin bəyanatlarında hücumun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur. İran hüquq-mühafizə orqanlarını hücumun şəxsi zəmində törədildiyini, Hüseynzadənin əraziyə iki azyaşlı uşaqla gəldiyini iddia etmişdir. Buna baxmayaraq, təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə onun tək olduğu müşahidə edilir.

BMT baş katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni terror aktı kimi pisləmişdir. Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoymağa başlamışdılar.

Azərbaycan Prezidenti İlham Əliyev ilə İranın Ali Rəhbəri Əli Xamenei arasında görüş. 2017-ci il.

Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanın səfirliklərinə qarşı bir neçə dəfə hücum olmuşdur. 2022-ci ilin avqustunda Azərbaycanın Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən səfirliyinə "Xoddam əl-Mehdi"nin üzvü olduğunu iddia edən bir neçə şəxs hücum edərək səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüar yazmış və səsləndirmişdilər.[3][4] 2022-ci ilin sentyabrında Azərbaycanın Fransanın paytaxtı Paris şəhərində yerləşən səfirliyi səfirlik binasına soxulmağa cəhd edən bir qrup erməni etirazçı tərəfindən hücuma məruz qalmışdır.[5] Fransanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış, ona etiraz notası verilmişdir.[6] Fransa rəsmiləri təhlükəsizliyin bərpası və gələcəkdə belə halların baş verməməsi üçün hər cür tədbir gördüklərini bəyan etmişdilər.[7] 11 oktyabr 2022-ci ildə Azərbaycanın ABŞ-nin Vaşinqton şəhərində yerləşən səfirliyinin xidməti avtomobili atəşə tutulmuşdur. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin müvəqqəti işlər vəkilini çağıraraq Azərbaycan diplomatik missiyasının təhlükəsizliyini təmin etməyi xahiş etmişdir.[8]

İranda əvvəllər xarici ölkələrin səfirliklərinə hücum halları qeydə alınmışdır. 4 noyabr 1979-cu ildə iranlı tələbələr müxtəlif şüarlarla ABŞ-nin Tehrandakı səfirliyinə basqın etmişdir. Onlar 66 nəfəri girov götürmüş, 13 nəfər isə sonradan azad edilmişdir, lakin səfirlik əməkdaşlarının əksəriyyəti İran girov böhranı zamanı 444 gün girov saxlanılmışdır.[9]

Azərbaycan və Ermənistan 2020-ci ildə Qarabağ uğrunda apardığı müharibədən sonra Azərbaycan ilə İran arasında gərginlik yaranmışdır.[10] Müharibə vaxtı İranın nümayiş etdirdiyi mövqe azərbaycanlı dindarlarda suallar doğurmuş, İrana qarşı skeptik düşüncə və çaşqınlıq yaratmışdır. Müharibə zamanı İran vasitəsilə Ermənistana silahların daşınması ölkədə qızğın müzakirələrə səbəb olmuşdu. Bu, İranın illər ərzində Azərbaycan daxilində yaratdığı imicin müharibə dövründə və sonrasında ciddi zərbə və zədələr almasına səbəb olmuşdur.[11] Müharibədən sonra Zəngəzur dəhlizi ətrafında yaşanan geosiyasi proseslər daha da alovlanmış və İran tərəfinin sərt reaksiyası ilə diqqət çəkmişdir. Başda hökumətə yaxınlığı ilə bilinən media qurumları olmaqla İran mətbuatında Azərbaycan və Türkiyəni təhdid edən yazılar dərc edilir və "şeytanlaşdırma" kampaniyası aparılır.[12]

2022-ci ilin oktyabr ayında İran Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamışdır.[10] Milyonlarla etnik azərbaycanlının yaşadığı İran uzun müddətdir ki, Azərbaycanı öz ərazisində separatçı əhval-ruhiyyəni qızışdırmaqda ittiham edir. Türkdilli Azərbaycan İranın tarixi rəqibi Türkiyənin yaxın müttəfiqi olduğu üçün Azərbaycan ilə İran arasında münasibətlər ənənəvi olaraq gərgin olmuşdur. İran Azərbaycanın əsas silah tədarükçüsü olan İsraillə hərbi əməkdaşlığından da şübhələnir və bildirir ki, İsrail Azərbaycan ərazisindən potensial olaraq İrana qarşı körpü kimi istifadə edə bilər.[13] İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian 2022-ci ildə İsraili Azərbaycanla hərbi mövcudiyyət və gizli ittifaq qurmaqda ittiham etmişdi. 2023-cü ilin yanvarında Azərbaycan İsrailə ilk səfirini təyin etmiş, prezident İlham Əliyev Muxtar Məmmədovun bu vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalamışdır.[14]

Xarici şəkil
Hücumun təhlükəsizlik kameralarından çəkilmiş görüntüsü.

Hücum 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində[15] Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyində törədilmişdir.[16][17] Hücumçu, İran vətəndaşı Yasin Hüseynzadə[18][19] səfirlik əməkdaşlarının binaya girdiyi anlarda[20] özünün idarə etdiyi avtomobili səfirlik əməkdaşlarının ərazidə saxlanılmış "Hyundai Sonata" markalı avtomobilinə çırpmış,[21] ardınca binanın önündə yerləşən, hücumçunu dayandırmağa cəhd göstərməyən[22] İran mühafizə postunu yan keçərək[23] əlində "Kalaşnikov" markalı avtomat silahla səfirlik binasına daxil olmuş, içəridəki mühafizə postunu yarmış,[24] səfirlik əməkdaşlarına atəş açmışdır.[25] O, başqa otağa qaçan iki nəfərin arxasına düşmüş, üçüncü şəxs isə tüfəngi uzaqlaşdırmaq üçün açıq-aydın cəhdlə təcavüzkarın üstünə qaçmışdır.[15] "RİA Novosti"nin məlumatına görə, hücum edən şəxs diplomatik missiyanın avtomobilini də yandırmağa cəhd etmişdir.[26]

Sosial şəbəkələrdə paylaşılan videoda səfirliyin yaxınlığında boş bir diplomatik mühafizə postunun olduğu, bir nəfərin çöldə park edilmiş avtomobildə yaralı halda olduğu görünür.[27] Ərazidən çəkilmiş görüntülərdə hücumdan sonra səfirliyin qapısında güllə dəlikləri olduğu müşahidə edilir.[28] Həmin günün günorta saatlarında hücumun səfirliyin kamerasından görüntüsü yayılmışdır.[29]

"İmarət Tayfa"nın hücum ilə bağlı banneri. Bannerdə "O tayda, bu taylı başın sağolsun, Azərbaycan" yazılmışdır.

Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Rizvan oğlu Əsgərov[30] həlak olmuşdur.[31][32] Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır.[33][34] Onlardan biri, terrorçunu zərərsizləşdirməyə nail olan Vasif Tağıyev çiynindən və çənəsindən güllə yaraları almış, əməliyyat olunmuşdur. Digər yaralanan şəxs də əməliyyat olunmuş və bədənindən güllə çıxarılmışdır.[35] Hücumun baş tutduğu gün verilən məlumata görə, yaralananların vəziyyəti qənaətbəxş idi.[36][37]

29 yanvarda Orxan Əsgərovun cənazəsi, səfirliyin terror aktı zamanı yaralanmış iki əməkdaşı və Azərbaycan səfirliyinin təxliyə edilmiş əməkdaşları ailə üzvləri daxil olmaqla 53 nəfər Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanından təyyarə ilə Bakıya, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətirilmişdir.[38][39] Bundan sonra Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilmişdir.[40] Orxan Əsgərov 30 yanvarda, saat 12:00-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.[41] Dəfn mərasimində Azərbaycan müdafiə naziri Zakir Həsənov, Azərbaycan müdafiə sənayəsi naziri Mədət Quliyev, Azərbaycan daxili işlər naziri Vilayət Eyvazov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı,[42] Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisi arxiyepiskop Marek Solçinski, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev[43] və başqaları iştirak etmiş, həmçinin izdiham yaranmışdır.[44]

Nəticə və motiv

[redaktə | mənbəni redaktə et]

Hücumu törədən Yasin Hüseynzadə İran vətəndaşıdır, Urmiyada yaşamışdır. O, Bakıdan olan bir qadınla evlənmiş[45] və cütlüyün iki övladı olmuşdur. Hüseynzadənin sözlərinə görə, səfirlik binasına girəndə "Colt" və "Kalaşnikov" markalı odlu silahları üzərində daşıyırdı. O, bu silahları təxminən 5 ay əvvəl satın almış və Urmiya şəhəri yaxınlığındakı kənddə gizlətmişdir. Hüseynzadə, öz sözlərinə görə, 26 yanvarda uşaqları ilə birlikdə özünə məxsus olan minik avtomobilinə minərək Tehrana yola düşmüşdür. Hüseynzadə səhər saat 4-də Tehrana çatmış və avtomobilini Azadi meydanı yaxınlığında saxlamışdır. O, bir neçə saat avtomobildə dincəlmiş, daha sonra Azərbaycan səfirliyinə getmişdir.[46]

Heç kim Tehrandakı hücumun motivini dərhal açıqlamamışdır. İran dövlət mediası hücum haqqında dərhal məlumat verməmişdir.[10] Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Sonradan İran rəsmilərinin verdiyi bəyanatlarda hücumun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur.[28] İran tərəfi hücumdan çox keçməmiş, məsələ ilə əlaqədar araşdırmalara başladığını açıqlamışdır.[47] Azərbaycan tərəfi də araşdırmalara başladığını bildirmişdir.[32] Hüseynzadə hücumdan sonra əlindəki silahı ataraq əraziyə gələn polisə təslim olmuşdur.[46] İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirmişdir ki, hücumdan sonra polis və təhlükəsizlik qüvvələrini dərhal müdaxilə etmiş,[48] hücum edən şəxs saxlanılmışdır.[49][50] Hadisəni törədən şəxs istintaqa cəlb olunmuşdur.[3] Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başladılmışdır.[51] Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov terror hücumu ilə əlaqədar Azərbaycan tərəfində "lazımi qədər tutarlı sübutlar"ın olduğunu qeyd etmişdir.[52] 1 fevralda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan tərəfindən kommünike və bəyanat layihələri təqdim edilmişdir, lakin İran tərəfi etiraz etmiş və bu sənədlərin qəbuluna mane olmuşdur.[53]

Tehran polisinin rəisi Sərdar Hüseyn Rəhimi bildirmişdir ki, ilkin istintaqda hücumçunun motivinin şəxsi və ailə problemləri olduğuna inanılır.[54] O, əlavə etmişdir ki, hücum edən şəxs ilk növbədə 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə "Pride" markalı avtomobillə inzibati binaya getmişdir.[55][56] Tehranın Cinayət Prokurorluğunun rəhbəri Məhəmməd Şəhriyarinin sözlərinə görə, ilkin istintaqda təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında həyat yoldaşının səfirliyə getdiyini və evə qayıtmadığını iddia etmişdir. O, səfirliyə dəfələrlə səfər etdiyi zaman onlardan heç bir cavab almadığını və həyat yoldaşının səfirlikdə olduğunu və onun görüşmək istəmədiyini düşündüyünü bildirmişdir.[57] Yasin Hüseynzadə ardınca demişdir: "Bu səhər mən artıq hazırladığım "Kalaşnikov" tüfəngi ilə səfirliyə getməyə qərar verdim".[20]

İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələri olan "Tasnim" xəbər agentliyi yazmışdır ki, "ilin əvvəlində təcavüzkarın həyat yoldaşı ailəsinin digər iki üzvünün köməyi ilə Azərbaycana getmiş və geri qayıtmamışdır". "Tasnim" yazmışdır ki, hücumçunun həyat yoldaşının "keçən ilin aprel ayında Azərbaycanın Tehrandakı səfirliyinə baş çəkmiş və bundan sonra evə qayıtmamış", "təqsirləndirilən şəxs Azərbaycanın Tehrandakı səfirliyinə çoxsaylı müraciətləri və səfirlik rəsmilərindən lazımi cavab almamasına görə səfirliyə hücum etmək qərarına gəlmişdir". "BBC"-nin farsca xidməti qeyd etmişdir ki, bu açıqlama hücumçunun həyat yoldaşının səfirlikdə olduğunu düşündüyü və buna görə də oraya hücum etdiyi barədə digər məlumatlarla ziddiyyət təşkil edir.[58]

"Azəri Press Agentliyi" hücumun görüntülərinə[25] və diplomatik kanallara[59] istinad edərək bu məlumatın tamamilə əsassız olduğunu bildirmiş, səfirliyə hücumun terror aktı olduğunu əlavə etmişdir.[60] Sonradan yayılan təhlükəsizlik kameraları görüntülərində də Hüseynzadənin tək olduğu müşahidə edilir.[61][62] Görüntülər videonun təfərrüatlarına uyğun gəlirdi, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına uyğun vaxt işarəsi var idi.[27] Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səfirliyə "hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmədiyi"ni qeyd etmişdir.[63] Hadisə ilə eyni gündə İran polisinin baş komandanı Əhmədrza Radan Hüseyn Rəhimini tutduğu vəzifədən azad edərək onun yerinə Abbas Əli Məhəmmədiyanı təyin etmişdir.[64] Səfirliyə hücumun yeni təyinata səbəb olub-olmadığı bəlli deyil. Səfirliyə hücumdan asılı olmayaraq Rəhimini əvəz etmiş ola bilərdi.[65]

Azərbaycan Xarici İşlər Nazirliyi hücumun baş tutduğu gün Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır.[66] 30 yanvarda Azərbaycan səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilmiş və səfirliyin fəaliyyətini dayandırılmışdır.[67] Həmçinin, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi terror hücumu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağırılmışdır.[68] Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdir ki, "Təbrizdəki Baş konsulluğa müraciət etmək" mümkündür.[69] Görüşdə İranda antiazərbaycan kampaniyasını aparıldığından bəhs edilmişdir.[23][70] Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda "Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri" tövsiyə olunur.[71]

İran Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə cinayətkar barədə edam hökmü çıxarılıb.[72]

Azərbaycan Prezidenti İlham Əliyev hücumu "terror aktı" kimi qiymətləndirərək onu qınamışdır,[73] Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə səfirliyə hücumda məsuliyyəti İranın daşıdığını əlavə etmişdir.[63] Azərbaycanın İrandakı səfiri Əli Əlizadə,[74] Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova[75]Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov[76] kimi bir çox azərbaycanlı siyasi xadim Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırmışdır. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elman Nəsirov[77] və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov[78] kimi siyasətçilər, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi[23] hücuma təsir edən amillər kimi İranda aparılan antiazərbaycan kampaniyasını nümunə göstərmişdilər. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyi[63] və Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov[79] kimi siyasətçilər hücumun "ailə və şəxsi" zəmində olmadığına inandıqlarını bildirmişdilər. Qafqaz Müsəlmanları İdarəsi yaydığı bəyanatda hücumu "qətiyyətlə" pisləmiş, onu "siyasi məqsədli terror aktı kimi qiymətləndirdiyini əlavə etmişdir.[80]

İran Prezidenti İbrahim Rəisi müvafiq orqanlara hücumun araşdırılmasını tapşırmışdır. O, mərhumun yaxınlarına başsağlığını bildirmiş, həmçinin yaralıların tezliklə sağalmasını arzulamışdır.[81] İranın xarici işlər naziri Hüseyn Əmirabdullahyan,[82] Prezident Aparatının siyasi müavini Məhəmməd Cəmşidi,[83] İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzad,[84] İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vahid Cəlalzadə,[85] İranın daxili işlər naziri Əhməd Vahidi[86] kimi siyasi xadimlər hücumun "şəxsi zəmində törədildiyi" iddiasına istinad edərək Azərbaycan ilə İran arasındakı münasibətlərin gərginləşməməsinə çağırış etmişdir. Buna baxmayaraq, İranda davam edən etirazlarda daxili etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu günahlandırırlar. Etirazçılar beynəlxalq ictimaiyyəti "SEPAH"-ı terror təşkilatı kimi tanımağa çağırmışdılar.[87]

Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoymağa başlamışdılar.[88] İran milli futbol çempionatında çıxış edən, Təbrizin "Traktor" futbol komandası yaydığı açıqlamada "qardaş acısını qardaş çəkər" ifadəsini işlədərək hücumu qınamışdır.[89]

Beynəlxalq reaksiyalar

[redaktə | mənbəni redaktə et]
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 27 yanvarda Azərbaycanda rəsmi səfərdə olarkən hücuma görə başsağlığı vermişdir.[90]

Birləşmiş Krallıq,[91] ABŞ,[92] Rusiya,[93] Türkiyə,[94] İsrail,[95] Ukrayna,[96] Pakistan,[97] İtaliya,[98] Fransa,[99] Misir[90]Bolqarıstan[100] kimi 120-dən çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri,[101][102] BMT-nin Baş katibi Antoniu Quterreş,[103] NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina,[104] Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin,[105] Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç,[106] Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanbiçek Ömüralıyev[107] kimi bir çox beynəlxalq təşkilatın təmsilçisi hücumla bağlı həyatını itirənlərə başsağlığı verib, yaralılara şəfa arzulayaraq hücumu pisləmişdir. Xarici liderlər, diplomatlar, siyasətçilər və qurumlar şok, kədər hissi yaşadıqlarını bildirmişdir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays[108] kimi bir çox ölkə təmsilçiləri İranı Vyana Konvensiyasına hörmət etməyə çağırmışdır.

Azərbaycanlı politoloq Fuad Şahbazovun fikincə, İrandakı Azərbaycan səfirliyinə hücum "iki ölkə arasında son aylarda baş verən diplomatik qarşıdurmanın məntiqi nəticəsidir". O güman etmişdir ki, baş verənlər "planlanmış şəkildə baş verən bir aksiya"dır. Şahbazov hücumun arxasında dayanan səbəblərə ilkin ehtimallardan birinin 2023-cü ilin yanvarında Azərbaycanın İsraildə diplomatik səfirlik açması və ora səfir təyin etməsinin olduğunu bildirmişdir. Onun fikirlərinə görə, Azərbaycan səfirlik əməkdaşlarının Tehrandan evakuasiya edilməsi diplomatik münasibətlərin hələ bir müddət soyuq olacağına işarədir.[109] Politoloq Elçin Mirzəbəyli bidlirmişdir ki, "İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və Tehrandakı səfirliyə hücum BMT-nin müzakirəsinə çıxarılmalıdır". O, hücumunu "molla rejiminin uzun illərdən bəri apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsi" kimi təsvir etmişdir.[110]

Amerikalı ekspert və Hudson İnstitutunun baş elmi işçisi Maykl Skott Doran hücumun arxasında İrandakı hakim rejimin dayandığını bildirmişdir. O, əlavə etmişdir: "empirizmə əsaslanan qayda budur ki, İrandakı səfirliyə hücum rejim istəməsəydi, baş verməzdi".[111] "Atlantic Council" Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və təhlükəsizlik üzrə direktoru Ariel Koen hücumu İranın "rəsmi Bakıya qarşı düşmən münasibəti" olaraq səciyyələndirmişdir və əlavə etmişdir ki, səfirliyə hücum "İran hakimiyyətinin xəbəri olmadan baş verə bilməzdi".[112] Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov silahlı hücumda "İran hakimiyyətinin əli olduğu"nu bildirmişdir. Onun sözlərinə görə, İran mətbuatında davamlı olaraq "Azərbaycan əleyhinə kampaniya aparılması Tehran hakimiyyətinin günahının bir hissəsidir".[113]

ABŞ-nin "IHS Markit" konsaltinq şirkətinin MDBQafqaz ölkələri üzrə baş analitiki Aleksandr Melikişviliyə görə, İran hökumətinin Azərbaycanın Tehrandakı səfirliyinə hücuma "səssiz razılıq verməsi" ehtimalı da mövcuddur. O, "hücum edən şəxsin kabinədə oturan iranlı polisə əl yelləməsi"ni əsas gətirərək İran tərəfinin səfirliyi necə qorumasını sorğulamışdır.[114] Həmçinin, fransalı tarixçi və politoloq Maksim Quen də İran polisinin silahlı şəxsin səfirliyə daxil olduğunu görən zaman çox sakit davranmasına diqqət çəkmiş və bunu "indiyə qədər ən güclü sübut" adlandırmışdır.[115] Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru, fransalı politoloq Erik Qozlan hücum ilə bağlı demişdir ki, bu, "bəzi qüvvələr Qafqazda sülh olmasını istəmə"diyini göstərir.[116]

Terrorizm və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdulla Ağar mühafizə xidmətinin əməkdaşlarını "qəhrəman" adlandırmışdır. Onun sözlərinə görə, əgər əməkdaşlar müdaxilə etməsəydi, hücumun nəticələri çox daha ağır olacaqdı.[117]

  1. https://en.apa.az/incident/assailant-of-azerbaijans-embassy-in-iran-sentenced-to-death-413194.
  2. Assailant of Azerbaijan's embassy in Iran sentenced to death.
  3. 1 2 "Azərbaycanın İrandakı səfirliyinə hücum: "mühafizə rəisi öldürülüb"". BBC Azərbaycanca (az.). 27 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  4. "Londonda Azərbaycan səfirliyinə hücum olub". Azadlıq Radiosu (az.). 5 avqust 2022. 29 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2023.
  5. "New information surfaces about attack on Azerbaijan's Embassy in Paris" [Azərbaycanın Parisdəki səfirliyinə hücumla bağlı yeni məlumatlar yayılıb]. Anadolu Agency (ingilis). 20 sentyabr 2022. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  6. "Azerbaijan lodges protest with France after attack on its embassy in Paris" [Azərbaycan Fransanın Parisdəki səfirliyinə hücumdan sonra ona etiraz edib]. Anadolu Agency (ingilis). 19 sentyabr 2022. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  7. "Azerbaijan – Q&A (09.16.22)" [Azərbaycan – Sual-cavab (16.09.22)]. France Diplomacy – Ministry for Europe and Foreign Affairs (ingilis). 16 sentyabr 2022. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  8. "No:478/22, Information of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan concerning the shooting of the vehicle that belongs to the Embassy of Azerbaijan in Washington, D.C." [№ 478/22, Azərbaycanın Vaşinqtondakı səfirliyinə məxsus avtomobilin atəşə tutulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Departamentinin məlumatı]. www.mfa.gov.az. Azərbaycan Xarici İşlər Nazirliyi. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  9. Əliyeva, Ceyla. "Azərbaycan səfirliyinə hücum İranda diplomatik missiyalara ilk hücum deyil – ŞƏRH". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  10. 1 2 3 "Gunman kills security chief at Azerbaijan Embassy in Iran" [Silahlı şəxs Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəisini öldürüb]. Associated Press (ingilis). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023The Washington Post vasitəsilə.
  11. Bağırov, Rəşad. "İranın Azərbaycanda məzhəbçilik siyasəti və qazanılmış imici itirmək qorxusu". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 22 oktyabr 2021. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  12. Mirzəli, Fərid. "İran mətbuatında Azərbaycan və Türkiyənin şeytanlaşdırılması kampaniyası". Topçubaşov Mərkəzi (az.). 2 noyabr 2022. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  13. "One person killed in armed attack on Azerbaijan embassy in Iran" [Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində bir nəfər ölüb]. Əl-Cəzirə (ingilis). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  14. Bagirova, Nailia. "Azerbaijan appoints first ever ambassador to Israel amid Iran row". Reuters (az.). 11 yanvar 2023. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  15. 1 2 Engelbrecht, Cora. "Gunman Attacks Azerbaijan Embassy in Tehran, Killing the Head of Security" [Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib, təhlükəsizlik rəisini öldürüb]. The New York Times (ingilis). 27 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  16. "İran'daki Azerbaycan Büyükelçiliğine silahlı saldırı" [İrandakı Azərbaycan səfirliyinə silahlı hücum]. TRT Haber (türk). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  17. "Azerbaycan'ın İran elçiliğine saldırı" [Azərbaycanın İrandakı səfirliyinə hücum]. CNN Türk (türk). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  18. "هویت فردی که به سفارت آذربایجان حمله کرد + تصویر" [Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi + şəkil]. etemadonline.com (fars). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023. (#first_missing_last)
  19. "Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub". Trend İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  20. 1 2 "One killed, two injured in attack on Azeri embassy (+VIDEO)" [Azərbaycan səfirliyinə hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb (+VİDEO)]. Mehr News Agency (ingilis). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  21. Rəcayi, Zeynəb. "جزئیات حمله مسلحانه به سفارت آذربایجان/ انگیزه مهاجم شخصی است" [Azərbaycan səfirliyinə silahlı hücumun təfərrüatları/hücum edənin motivi şəxsidir]. Mehr News Agency (fars). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  22. "Gunman kills security chief at Azerbaijan Embassy in Iran" [Silahlı şəxs Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəisini öldürüb]. Associated Press (ingilis). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023The Washington Post vasitəsilə.
  23. 1 2 3 Salem, Mostafa; Goodwin, Allegra. "Gun attack on Azerbaijan embassy in Tehran kills security chief" [Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda təhlükəsizlik xidmətinin rəisi həlak olub]. CNN (ingilis). 27 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  24. "XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  25. 1 2 "Azərbaycanın İrandakı səfirliyinə hücum anının GÖRÜNTÜLƏRİ". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  26. "Баку обвинил Тегеран в невыполнении обязательств по охране посольства" [Bakı Tehranı səfirliyi qorumaq üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edir]. RİA Novosti (rus). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  27. 1 2 Gambrell, Jon. "Gunman kills security chief at Azerbaijan Embassy in Iran" [Silahlı şəxs Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəisini öldürüb]. Times of Israel (ingilis). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  28. 1 2 Davis, Caleb. "Guard killed in shooting at Azerbaijan's embassy in Iran". Reuters (az.). 11 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  29. Qərib, Səid. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayılıb – VİDEO". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  30. "Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  31. Novruzov, Kənan. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  32. 1 2 "Azərbaycanın İrandakı səfirliyinə silahlı HÜCUM: ölən var YENİLƏNİB – VİDEO". Müsavat (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  33. "Səfirliyimizə xain hücum: 1 şəhid, 2 yaralı – Təfərrüat". Axar.az (az.). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  34. "Azərbaycan səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  35. Mustafayeva, Fidan. "Васиф Тагиев, обезвредивший иранского террориста, успешно прооперирован" [İranlı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev uğurla əməliyyat olunub]. Trend İnformasiya Agentliyi (rus). Trend News Agency. 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  36. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, bir nəfər həlak olub, hücum edən şəxs saxlanılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)". Trend İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  37. "Посольство Азербайджана в Тегеране подверглось вооруженному нападению" [Azərbaycanın Tehrandakı səfirliyi silahlı hücuma məruz qalıb]. İTAR-TASS (rus). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  38. Cəmil, Gülçin. "Orxan Əsgərovun cənazəsi, səfirlik əməkdaşlarının olduğu təyyarə Azərbaycana gəlib – YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  39. Ağasəlim, Sail. "Azərbaycanın İrandakı səfirliyindən 53 nəfər təxliyə olunub – FOTO". Azəri Press Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  40. Cəmil, Gülçin. "Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  41. Vahid, Firuzə. "XİN: Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq". Azəri Press Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  42. Hüseynli, Banuçiçək. "Şəhid Orxan Əsgərov İkinci Fəxri xiyabanda dəfn edilir". Səs (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  43. Cəfərli, Könül. "Azərbaycandakı dini konfessiyaların rəhbərləri Orxan Əsgərovun yas mərasimində iştirak ediblər – FOTO". Oxu.az (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  44. Cəbi, Ehtiram. "Azərbaycan şəhidi ilə vidalaşır – FOTOREPORTAJ". Report İnformasiya Agentliyi (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  45. "More proof to personal motive behind Azerbaijan embassy attack" [Azərbaycan səfirliyinə hücumun arxasında şəxsi motivin daha çox sübutu]. IRNA English (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  46. 1 2 "جزئیات جدید از تیراندازی در سفارت آذربایجان - اعترافات متهم ؛ روایت یک شاهد" [Azərbaycan səfirliyində baş verən atışmanın yeni təfərrüatları – təqsirləndirilən şəxslərin etirafları; Şahidin rəvayəti.]. همشهری آنلاین (fars). 2023-01-28. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-28.
  47. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var – VİDEO". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  48. "حمله مسلحانه به سفارت جمهوری آذربایجان؛ وزارت خارجه ایران: موضوع با اولویت و حساسیت بالا در حال بررسی است" [Azərbaycan Respublikasının səfirliyinə silahlı basqın; İran Xarici İşlər Nazirliyi: Yüksək prioritet və həssaslıqla bağlı məsələ araşdırılır]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  49. "Azərbaycanın İrandakı səfirliyinə silahlı HÜCUM: ölən var – VİDEO -YENİLƏNİB". Lent.az (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  50. "One Killed, 2 Injured in Shooting at Azerbaijan's Tehran Embassy" [Azərbaycanın Tehrandakı səfirliyində atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb]. Tasnim (ingilis). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  51. Nəsibli, İsmayıl. "DTX: "Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  52. Cəmil, Gülçin. "Xələf Xələfov: "Müvafiq orqanlarımızda səfirlikdəki cinayətlə bağlı lazımi qədər tutarlı sübutlar var"". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  53. "İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub". Azəri Press Agentliyi (az.). 1 fevral 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  54. "Gunman storms Azerbaijan embassy in Tehran, killing one" [Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə basqın edib, bir nəfər ölüb]. Tehran Times (ingilis). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  55. "جزئیات حمله به سفارت آذربایجان/ یک نفر کشته و دو نفر زخمی شدند" [Azərbaycan səfirliyinə hücumun təfərrüatları. Bir nəfər həlak olub, iki nəfər yaralanıb]. Tasnim (fars). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  56. "Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi açıqlandı". Milli.az (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  57. "سرپرست دادسرای جنایی تهران: فرد مهاجم تصور می‌کرده همسرش در سفارت جمهوری آذربایجان بوده" [Tehran Cinayət Prokurorluğunun rəhbəri: Hücum edən şəxs həyat yoldaşının Azərbaycan Respublikasının səfirliyində olduğunu zənn edib]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  58. "خبرگزاری تسنیم: همسر فرد مهاجم ابتدای سال به جمهوری آذربایجان رفته بود" [Təsnim xəbər agentliyi: Hücum edənin həyat yoldaşı ilin əvvəlində Azərbaycana gedib]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  59. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub". Azadlıq Radiosu (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  60. "İran məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  61. Isayev, Heydar. "Azerbaijani embassy in Iran comes under deadly attack" [Azərbaycanın İrandakı səfirliyinə hücum olub]. Eurasianet (ingilis). 27 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  62. "Tehranın polis rəisinin Azərbaycan səfirliyində törədilən terrorla bağlı yalan açıqlaması ifşa olunub – VİDEO". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  63. 1 2 3 Novruzov, Kənan. "Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  64. "با حکم رادان، فرمانده انتظامی تهران تغییر کرد" [Radanın fərmanı ilə Tehranın polis rəisi dəyişdi]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  65. Kitaneh Fitzpatrick, Nicholas Carl, Annika Ganzeveld, Amin Soltani, and Frederick W. Kagan. "IRAN CRISIS UPDATE, JANUARY 27, 2023" [İRAN BÖHRANI YENİLƏNMƏSİ, 27 YANVAR 2023-cü il]. THE INSTITUTE FOR THE STUDY OF WAR (ingilis). 27 yanvar 2023. January 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  66. "حمله به سفارت جمهوری آذربایجان در تهران؛ «باکو تمام کارکنانش را از تهران خارج می‌کند»" [Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum; "Bakı bütün işçilərini Tehrandan çıxaracaq"]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  67. "Azerbaijan completely suspends Tehran embassy operations, evacuates staff" [Azərbaycan Tehran səfirliyinin fəaliyyətini tamamilə dayandırır, əməkdaşlarını təxliyə edir]. Azernews. 30 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  68. "وزارت خارجه جمهوری آذربایجان سفیر جمهوری اسلامی ایران را احضار کرد" [Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran İslam Respublikasının səfirini çağırıb]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  69. Cəmil, Gülçin. "XİN: "İrandakı vətəndaşlarımızın yardıma ehtiyacı olsa, Təbrizdəki konsulluğumuza müraciət edə bilərlər"". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  70. Abdullayeva, Samirə. "İran səfiri Azərbaycan XİN-ə çağırılıb". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  71. Novruz, Kənan. "Azərbaycan XİN İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib". Report İnformasiya Agentliyi (az.). 31 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
  72. "Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb". Oxu.Az (az.). 2024-02-05. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
  73. Nazimqızı, Şəfiqə. "Prezident İlham Əliyev: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  74. Oqtay, Nərgiz. "Azərbaycanın İrandakı səfiri: "Biz terror aktını törədənlərin cəzalandırılmasını tələb edirik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  75. "Spiker İrandan tələb etdi – Terror aktı obyektiv araşdırılsın". modern.az (az.). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  76. Qərib, Səid. "Azərbaycanın ədliyyə naziri iranlı həmkarına müraciət ünvanlayıb". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  77. Abdullayeva, Samirə. "Deputat: "Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  78. Nazimqızı, Şəfiqə. ""Kimsə bu cür addımlarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, bu, mümkün deyil" – RƏY". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  79. Abdullayeva, Samirə. "MM-in komitə sədri: "Azərbaycan səfirliyinə hücuma görə birbaşa İran məsuliyyət daşıyır və cavab verməlidir"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  80. "Azərbaycanın İrandakı səfirliyinə terror Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır – QMİ-dən bəyanat". Day.az (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023. (#first_missing_last)
  81. Səftərov, Tural. "İran Prezidenti Azərbaycanın səfirliyinə hücumun araşdırılmasını tapşırıb". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  82. Rəcayi. "حمله به سفارت؛ گفتگوی تلفنی امیرعبداللهیان با وزیر خارجه جمهوری آذربایجان" [səfirliyə hücum; Əmir Abdullahianın Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə telefon danışığı]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  83. "جمشیدی: اقدام مجرمانه یک فرد نمی‌تواند مخل روابط ایران و آذربایجان باشد" [Cəmşidi: Bir nəfərin cinayət əməli İranla Azərbaycan arasında münasibətləri poza bilməz]. Fars News Agency (fars). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  84. "تاکید نایب رئیس مجلس بر برادری و دوستی دولت و ملت ایران و آذربایجان/ نیکزاد: ایران مهاجم مسلح را محاکمه و مجازات خواهد کرد" [Parlament sədrinin müavini İran və Azərbaycan hökuməti və xalqı arasında qardaşlıq və dostluğa toxunub/Nikzad: İran silahlı hücumçunu mühakimə edib cəzalandıracaq.]. Fars News Agency (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  85. "حمله به سفارت؛ رئیس کمیسیون امنیت ملی مجلس: موضع گیری رئیس جمهور آذربایجان عالمانه بوده" [səfirliyə hücum; Milli Məclisin Milli Təhlükəsizlik Komitəsinin sədri: Azərbaycan Prezidentinin mövqeyi "müdrikcəsinə"dir]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  86. "وحیدی: انگیزه عامل حادثه حمله به سفارت باکو شخصی بود" [Vahidi: Bakı səfirliyinə hücumun motivi şəxsi olub]. Fars News Agency (fars). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  87. Kitaneh Fitzpatrick, Nicholas Carl, Annika Ganzeveld, Amin Soltani, and Frederick W. Kagan. "IRAN CRISIS UPDATE, JANUARY 27, 2023" [İRAN BÖHRANI YENİLƏNMƏSİ, 27 YANVAR 2023-cü il]. THE INSTITUTE FOR THE STUDY OF WAR (ingilis). 27 yanvar 2023. January 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  88. İsmayılov, Sədrəddin. "Güneyli ailələr Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısına gül dəstələri düzür". Report İnformasiya Agentliyi (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  89. İsmayılov, Sədrəddin. ""Traktor" FK Tehrandakı terroru pisləyib: "Qardaş ağrısını qardaş çəkər"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  90. 1 2 Abdullayeva, Samirə. "Misir Prezidenti Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  91. Novruzov, Kənan. "Britaniya səfiri: "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum xəbəri məni sarsıtdı"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  92. Price, Ned. "Condemning the Attack on the Azerbaijani Embassy in Tehran" [Azərbaycanın Tehrandakı səfirliyinə hücumun pislənməsi]. ABŞ Dövlət Departamenti (ingilis). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  93. "РФ надеется, что виновные в нападении на посольство Азербайджана в Тегеране будут наказаны" [Rusiya Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə məsuliyyət daşıyanların cəzalandırılacağına ümid edir]. İTAR-TASS (rus). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  94. "İran'daki Azerbaycan elçiliğine saldırı sonrası Cumhurbaşkanı Erdoğan'dan taziye mesajı" [Azərbaycanın İrandakı səfirliyinə hücumdan sonra prezident Ərdoğandan başsağlığı mesajı]. Milliyət (türk). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  95. Novruzov, Kənan. "İsrail XİN: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  96. "اوکراین حمله به سفارت جمهوری آذربایجان در ایران را محکوم کرد" [Ukrayna Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücumu pisləyib]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  97. Tağıyev, Anar. "Pakistan XİN: "Qardaş Azərbaycan xalqı ilə həmrəyik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  98. "İtaliya XİN: "Tehrandakı səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  99. Novruzov, Kənan. "Fransa XİN: "İran hakimiyyətini Azərbaycan səfirliyinə edilən hücumu araşdırmağa çağırırıq"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  100. Novruzov, Kənan. "Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: "Qəbuledilməzdir"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  101. Cəmil, Gülçin. "Xələf Xələfov: "İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın"". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  102. "XİN: QH-da 120 ölkə arasında İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub". Azəri Press Agentliyi (az.). 1 fevral 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2023.
  103. Abbasova, Vüsalə. "BMT Baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  104. Öztürk, Alparslan. "NATO Azərbaycan səfirliyinə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  105. Tağıyev, Anar. "Aİ Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  106. Abbaslı, Aytən. "Avropa Şurasının Baş katibi: Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  107. Ünal, Sevil Hilalqızı. "TDT-nin Baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib – BƏYANAT". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  108. Tağıyev, Anar. "Ned Prays: "İrana xatırladırıq ki, xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  109. "Azərbaycan təhlilçilərindən səfirliyə hücuma baxış". BBC Azərbaycanca (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  110. Abdullayeva, Samirə. "Politoloq: "Tehrandakı səfirliyimizə hücum BMT-nin müzakirəsinə çıxarılmalıdır"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  111. Oqtay, Nərgiz. "Ekspert: "Rejim istəməsəydi, İrandakı səfirliyə hücum baş verməzdi"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  112. Əliyeva, Ceyla. "Ariel Koen: "Azərbaycan səfirliyinə hücum İran hakimiyyətinin xəbəri olmadan baş verə bilməzdi"". Report İnformasiya Agentliyi (az.). 31 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
  113. Rüstəmov, İqbal. "Markov: "Azərbaycanın Tehrandakı səfirliyinə hücumda İran hakimiyyətinin əli var"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  114. Əliyeva, Ceyla. "Analitik: "Elə bir ehtimal var ki, hücum İran hökumətinin səssiz razılığı ilə həyata keçirilib"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  115. Oqtay, Nərgiz. "Fransız politoloq: "Beynəlxalq ictimaiyyət İranı terror aktına izahat verməyə məcbur etməlidir"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  116. Əyyubova, Şəbnəm. "Fransalı politoloq: "Terror qorxaqların silahıdır"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  117. "Azerbaycan'ın Tahran Büyükelçiliğine gerçekleştirilen silahlı saldırının görüntüleri ortaya çıktı" [Azərbaycanın Tehran səfirliyinə silahlı hücumun görüntüləri ortaya çıxıb.]. Milliyət (türk). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]