Osamu Şimomura (27 avqust 1928[1][2][…] – 19 oktyabr 2018[3], Naqasaki) — üzvi kimya və dəniz biologiyası sahələrində Yaponiya-ABŞ alimi,[6][7] 2008-ci ildə kimya üzrə "Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə" Rocer Tsen və Çalfi Martin ilə bərabər "Nobel" mükafatı almışdır.[8]
Osamu Şimomura | |
---|---|
yap. 下村脩 | |
Doğum tarixi | 27 avqust 1928[1][2][…] |
Vəfat tarixi | 19 oktyabr 2018[3] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qocalıq[d][5] |
Elm sahələri | biokimya, biologiya, üzvi kimya, okean biologiyası |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Milli Elmlər Akademiyasının xarici üzvüdür (2013-cü ildən).[9]
Osamu Şimomura 27 avqust 1928-ci ildə Fukutiyama şəhərində (Kyoto prefekturası) anadan olub. O, Yaponiya ordusunda zabit olan atasının xidmət etdiyi Mançuriya və Osakada böyüyüb. Daha sonra ailəsi İsahaya şəhərinə köçdü. 1958-ci ildə magistr dərəcəsi almış, 1960-cı ildə isə namizədlik dissertasiyası müdafiə etmişdir. 1960-cı ildən O. Simomura ABŞ-də yaşayıb işləyib.
2011-ci ildə RAS-ın akademiki İosef Hitelzonun[10] dəvəti ilə O. Şimomura bioluminessensiyanı öyrənmək layihəsi ilə "meqaqrant" müsabiqəsində iştirak etmək üçün müraciət etdi və həmin müsabiqənin qalibi oldu. Bu iş Sibir Federal Universitetində biokimyaçı, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Anatolyeviç Lukyanovun Moskva komandası ilə sıx əməkdaşlıq şəraitində aparılmışdır.[11]
19 oktyabr 2018-ci ildə Naqasakidə 91 yaşında vəfat etmişdir.[12]