Çalfi Martin (ing. Martin Chalfie; 15 yanvar 1947[1][2][…], Çikaqo, İllinoys[3][4][…]),[5][6] Çikaqo, İllinoys,[7][8] — amerikalı neyrobioloq, Osamu Simomura və Rocer Tsen ilə birlikdə "Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə" 2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adını almışdır.[9]
Çalfi Martin | |
---|---|
ing. Martin Chalfie | |
Doğum tarixi | 15 yanvar 1947[1][2][…] (77 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Neyrobiologiya |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəlsəfə doktoru, Kolumbiya Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının (2004-cü il)[10] və ABŞ Milli Tibb Akademiyasının (2009-cu il)[11] üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (2018-ci il).[12]
O, Rusiya imperiyasından olan yəhudi mühacirlərində kök salmış gitaraçı Eli Çalfi (1910–1996) və qalanteriya mağazasının sahibi Vivyen Fridlenin (1913–2005) ailəsində 1947-ci il yanvar ayının 15-ində anadan olmuşdur. Atasının valideynləri Benjamin və Ester Çalfi (Chalfie), Brest-Litovskdan Cincinnatiyə köçmüşdülər. Ana tərəfdən babası isə Meer Fridlen Moskva şəhərində anadan olmuşdur.[13]
Orta təhsilini Çalfi Martin Çikaqoda almışdır. Sonra Harvard Universitetini 1969-cu ildə bitirmişdir. Orada 1977-ci ildə neyrobiologiya üzrə doktorluq dərəcəsi almışdır. Hazırda Kolumbiya Universitetində biologiya professorudur.
Çalfinin laboratoriyası sinir hüceyrələrinin inkişafı və funksiyasının müxtəlif aspektlərini öyrənmək üçün C. elegans nematodundan istifadə edir. C. elegans üçün mövcud olan inkişaf, anatomik, genetik və molekulyar məlumatların zənginliyi bu tədqiqatlara güclü və çoxşaxəli yanaşmaları təmin edir.[14]
Martin Çalfi 200-dən çox elmi məqalələr dərc etmişdir ki, onlardan ən azı 16-na yüz dəfədən çox istinad edilmişdir.[15]
2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[16][17][18]