Rocer Tsen- (1 fevral 1952[1][2][…], Nyu-York, Nyu-York ştatı[1] – 24 avqust 2016[1][2][…]) Çin-Amerika kimyaçısı[5][6] və San-Diyeqo Kaliforniya Universitetinin Kimya[7] və Biokimya Departamentinin professoru[8] 2008-ci ildə o, digər iki kimyaçı ilə birlikdə “Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.[9]
Rocer Tsen | |
---|---|
ing. Roger Tsien | |
Doğum tarixi | 1 fevral 1952[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 avqust 2016[1][2][…] (64 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Elm sahəsi | biokimya |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
tsienlab.ucsd.edu | |
Vikianbarda əlaqəli mediafayllar |
Rocer Tsen 1 fevral 1952-ci ildə Nyu-Yorkda Massaçusets Texnologiya İnstitutunda mexaniki mühəndis olan Xuezhu Tsen və tibb bacısı Yiyinqin üçüncü oğlu olaraq anadan olub. Onun ailəsinin kökü, Sun sülaləsi ilə uzun tarixən sənədləşdirilmiş əlaqələri olan Hançjoudan olan alim-zadəganlar xətti ilə əlaqələndirilirdi. Üstəlik, ailənin İkinci Dünya müharibəsi zamanı və dərhal sonra Çin tarixi hadisələrini əks etdirən qeyri-adi taleyi var idi. Onun nümayəndələri uğursuzluqlara və qərəzlərə baxmayaraq, tez-tez Qərbdə karyera qururdular. Belə ki, Kaliforniya Texnologiya İnstitutunda reaktiv mühərriklər laboratoriyasının yaradıcılarından biri olan Sian Xuesen Tsenin atasının əmisi oğludur. Tsenin qardaşı Riçard da Stenfordda tanınmış alimlərdəndir.
T.Rocerin atası Nyu-Yorkda kiçik bir ticarət şirkətinə sahib idi və eyni zamanda Vestçester Countidə mühəndislik məsləhətçisi idi. Daha sonra atası Rocer səkkiz yaşında olanda ailəni Nyu-Cersi ştatının Livinqston şəhərinə köçürdü. Orada Tsenin atası Radio Corporation of America və Esso Research and Engineering üçün vakuum boruları və neft-kimya məhsulları üzərində işləyirdi.
Uşaqlıqda Tsen astma xəstəliyindən əziyyət çəkirdi və buna görə də vaxtının çox hissəsini qapalı şəraitdə otaqda keçirirdi. O, elmlə məşğul olaraq qeyri-adi yüksək qabiliyyətlər nümayiş etdirmiş və sonra bu qabiliyyət onda nəzəri və praktiki kimyaya məhəbbətə çevrilmişdir. O, xromoforların liqandla idarə olunmasına - geniş spektrli klassik qeyri-üzvi kimya təcrübələrində iştirak edən metal ionlarının rəngli keçidlərinə maraq göstərməyə başlamışdır. T.Rocer kimya sahəsindəki nailiyyətlərinə görə ilk dəfə Boy Skaut nişanı almışdır. Onun səkkiz yaşlı bir uşağın kimyəvi təcrübələrini qeyd etdiyi dəftəri hazırda Stokholmdakı Nobel muzeyində saxlanılır.[10]
Gənc T.Rocerin kimyaya olan həvəsi hələ məktəb illərindən başlamışdır. O, 1967-ci ildə Milli Elm Fondu tərəfindən dəstəklənən Ohayo Universitetində yay tədqiqat proqramını öyrənmişdir. Tədqiqat nükleofilik kükürd və azot atomları arasında mənfi yükün oxşar paylanması nəticəsində yaranan tiosiyanat (SCN-) mühitinin xassələrinə yönəldilmişdi. Bu simmetrik yük paylanması N və S atomunun müvafiq olaraq A və B sinfi metallarına bağlanması yolu ilə iki və ya daha çox metal ionunu birləşdirən bir əlaqə yaratmaq imkanını yaratdı. T.Rocer bu işdən çox xoşlanmasada, onu qıcıqlandırsa da, 1968-ci ildə Vestinqhaus Elm İstedadları Axtarışında bu tədqiqat yüksək mükafatlara layiq görülmüşdür.[11]
R.Tsenin işi hüceyrə fiziologiyasında əsas ionların və molekulların ölçülməsi üçün müxtəlif üsulların işlənib hazırlanmasına yönəlmişdir. Bu üsullar, öz növbəsində, alimin sağlığında fiziologiyada mühüm hadisələri həyata keçirməyə və onların mexanizmlərini deşifrə etməyə imkan verən vasitələrin yaradılmasına səbəb olmuşdur. O, həm də özündən sonra bir çox məzun və tədqiqatçı qoyub getmişdir. Tsen kiçik flüoresan molekulların və flüoresan zülalların geniş spektrini tədqiq etmişdir ki, bu da canlı hüceyrə və hətta canlı orqanizmlər daxilində müxtəlif əsas biokimyəvi proseslərin birbaşa təsviri üçün mühüm texnikaların inkişafına səbəb olmuşdur. Bu maddələr hüceyrəyə ya nüfuz edə bilən analoqları ilə, ya da molekulyar bioloji üsullardan yararlanaraq birbaşa hüceyrədə istifadə edilə bilər. Onlardan bəziləri fərdi flüoresan komponentlər kimi, bəziləri isə cütlərlə qarşılıqlı əlaqədə (FRET) istifadə edilə bilər.
Zülalların qarşılıqlı təsiri zamanı yaranan fizioloji proseslərin özlərinin öyrənilməsi, bu prosesdə iştirak edən genlərin daxil olub-olmaması sualından başlayaraq, iştirakçı zülalların ifadəsi, köçürülməsi və qarşılıqlı təsirinin öyrənilməsinə keçərək, hüceyrə fizioloji proseslərin bütün sinfini öyrənmək üçün onlardan istifadə etməyə imkan vermişdir.[12]
T.Rocer 2008-ci ildə kimya üzrə Nobel mükafatını Osamu Şimomura (Woods Hole Dəniz Bioloji Laboratoriyası) və Çalfi Martin (Kolumbiya Universiteti, ABŞ) ilə birlikdə bölüşmüşdür. Komitənin tərtibatı, Tsenin GFP və əlaqəli zülalların flüoresan xüsusiyyətlərinin dərk edilməsinə verdiyi töhfələri xüsusilə vurğulamışdır ki, bu da onların canlı sistemlərdə dinamik proseslərin öyrənilməsində tətbiqinə səbəb olmuşdur. GFP-ni ilk öyrənən Duqlas Preşerə hörmət və ehtiram olaraq, Tseni mərasimədə dəvət etdi.
R.Tsen Vendi Qlob ilə ailə həyatı qurmuşdur. Rocerin öz övladı yox idi; O, həyat yoldaşının ögey oğlu olan Maks Rinki yoldaşıyla birlikdə böyütmüşdür.
Onun dostu Kristofer Huanqın dediyinə görə, R.Tsen və onun məzun müşaviri Riçard Adrian “oxşar elmi və şəxsi dəyərləri, davranışları, dünyaya mehriban, səxavətli, hörmətli münasibəti və başqalarına qarşı yüksək dürüst və humanist münasibəti ilə seçilirdilər”.
O, həvəskar bir fotoqraf kimi, şəkil çəkməklə məşğul olmuşdur. Təbiətdə aktiv istirahəti də çox sevirmiş.
2014-cü ildə R.Tsen insult keçirmişdir. O, həyat yoldaşı Vendi Qlob ilə San-Dieqodan Oreqon ştatının Yudgen şəhərinə köçmüşdür. İki il sonra, 2016-cı il avqust ayının 24-də R.Tsen 64 yaşında velosiped sürərkən həyatını itirmişdir.[13]