Osteoma — xoşxassəli sümük şişi. Sümük şişi digər sümükdə böyüdükdə "homoplastik osteoma" kimi tanınır. Digər toxuma üzərində böyüdükdə "heteroplastik osteoma" deyilir.[1]
Osteoma | |
---|---|
XBT-10 | C40 |
XBT-9 | 213.0 |
XBT-O | 9180/0 |
MeSH | D010016 |
Vikianbarda əlaqəli mediafayllar |
Osteoma burun və paranazal sinusların ən çox rast gəlinən xoşxassəli neoplazmasıdır. Osteomaların səbəbi aydın deyil, lakin ümumi qəbul edilmiş nəzəriyyələr embrioloji, travmatik və ya yoluxucu səbəbləri müəyyən edir. Osteomalar Qardner sindromunda (yoğun bağırsağın popilozu) da baş verir.[2] Böyük kraniofasiyal osteomalar nazofrontal kanalların tıxanması səbəbindən üz ağrısı, baş ağrısı və infeksiyaya səbəb ola bilər. Çox vaxt kraniofasiyal osteoma okulyar əlamət və simptomlarla (məsələn, ekzoftalmos) özünü göstərir.[3]