Otuz üç (film)

"Otuz üç" (rus. Тридцать три) — 1965-ci ildə Georgi Daneliyanın rejissorluğu ilə çəkilmiş komediya filmi. Baş rolu Yevgeni Leonov ifa edir.

Otuz üç
rus. Тридцать три
Janr komediya
Rejissor Georgi Daneliya
Prodüser Y. Roqozovski
Ssenari müəllifləri Valentin Yejov
Viktor Koneski
Georgi Daneliya
Baş rollarda Yevgeni Leonov
Nonna Mordyukova
İnna Çurikova
Lyubov Sokolova
Marqarita Qladunko
Viktor Avdyuşko
Gennadi Yaloviç
Nikolay Parfönov
Villor Kuznesov
Saveli Kramarov
Arkadi Trusov
Vyaçeslav Nevinnı
Georgi Svetlani
Vladimir Basov
Operator Sergey Vronski
Bəstəkar Andrey Petrov
Rəssam Aleksandr Borisov
İstehsalçı Mosfilm
İlk baxış tarixi 1965
Filmin növü bədii film
Müddət 72 dəqiqə
Ölkələr SSRİ SSRİ
Dil rus dili
İl 1965
Rəng ağ-qara
IMDb ID0059832

Yuxarı Çalalar (rus. Верхние Ямки) əyalətinin diş həkimi (Gennadi Yaloviç) gözlənilməz elmi kəşfə rast gəlir. O, pasienti İvan Sergeyeviç Travkinin (Yevgeni Leonov) ağız boşluğunda 33-cü dişi aşkara çıxarır. Ağrıdan əziyyət çəkən Travkini Moskvaya aparırlar. Orada əvvəlcə paxıl Proxorov (Nikolay Parfönov) səyləri nəticəsində dəlixanaya düşür. Sonra isə beynəlxalq elmi müşavirə qəhrəmana və (yuxusunda) Marsa göndərilən nümayəndəyə çevrilir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri: Valentin Yejov, Viktor Koneski, Georgi Daneliya
Quruluşçu rejissor: Georgi Daneliya
Quruluşçu operator: Sergey Vronski
Quruluşçu rəssam: Aleksandr Borisov
Bəstəkar: Andrey Petrov
Səs operatoru: Vladimir Kraçkovski
Dirijor: Emin Xaçaturyan
İkinci rejissor: M. Çernova
İkinci operator: V. Abramov
Montaj edən: T. Zinçuk
Geyim rəssamı: İ. Belyakova
Qrim rəssamı: N. Baldina
Rejissor assistentləri: L. Buşarova, D. Kuznesov
Operator assistentləri: V. Qriqoroviç, A. Cirkvelov
Rəssam assistenti: L. Kozlov
Quraşdırılmış səhnələrin operatoru: Boris Travkin
Quraşdırılmış səhnələrin rəssamı: A. Rudaçenko
Redaktor: İ. Sergiyevskaya
Mahnıların mətni: Yuri Levitanski
Filmin direktoru: Y. Roqozovski
  • Yevgeni Leonovİvan Sergeyeviç Travkin
  • Nonna MordyukovaQalina Petrovna Pristyajnyuk
  • İnna ÇurikovaRozoçka Lyubaşkina
  • Lyubov Sokolova — Lyuba Travkina
  • Marqarita Qladunko — Frosya
  • Viktor Avdyuşko — Mişa
  • Gennadi Yaloviç — Arkadi Borisoviç Şeremetyev
  • Nikolay Parfönov — Proxorov
  • Villor Kuznesov — İqor Bezrodnı
  • Saveli KramarovRodion Xomutov
  • Arkadi Trusov — Anatoli Petroviç İvanov
  • Vyaçeslav Nevinnı — Vasili Lyubaşkin
  • Georgi Svetlani — Mitriç
  • Vladimir Basovvilayət muzeyinin direktoru
  • Frunzik Mkrtçyanprofessor Bruk (titrlərdə F. Mkrtıçan)
  • Nikolay Daneliya — Travkinlərin birinci oğlu
  • Valya Şarikov — Travkinlərin ikinci oğlu
  • Mariya Vinoqradova — Raisa Yakovlevna
  • Olesya İvanova — Qorina
  • Klavdiya Kozlyonkova — qulluqçu
  • Boris Lavrov — Aleksandr Fyodoroviç (titrlərdə V. Lavrov)
  • Sergey Martinson — Valentin Petroviç Lyubaşkin
  • Daniil Netrebin — diş hesablamaları üzrə komissiyanın üzvü
  • Alevtina Rumyanseva — televiziyada rejissor köməkçisi
  • İrina SkobsevaVera Sergeyevna
  • Svetlana SvetliçnayaNina Svetlova
  • Yuri Saransev — taksi sürücüsü
  • İnna Fyodorova — sanitar
  • Pyotr Şşerbakov — Viktor Viktoroviç
  • Pavel Vinnik — Valentin İvanoviç (titrlərdə yoxdur)
  • İlya RutberqBrukun köməkçisi (titrlərdə yoxdur)
  • Mixail Loqvinov — qonaq (titrlərdə yoxdur)

1965-ci ildə filmin prokatda qalması heç iki həftə də çəkmir. Deyilənə görə, ideologiya üzrə o zamankı Sov.İKP MK katibi Mixail Suslov filmdə motosiklçilərin mühafizəsi altında gedən "Çayka" avtomobilini və kosmonavtlarla görüşə parodiya səhnəsini gördükdən sonra[1] "bizim sosialist gerçəkliyinə iftira"nın çıxarılmasına göstəriş verir. Georgi Daneliya bu səhnələri montaj etməkdən imtina edir. Buna görə də film geniş prokatdan çıxarılır.

" ...Düz iyirmi beş il bu film qadağa altında qaldı və bu iyirmi beş il ərzində onu mütəmadi ekranlarda görmək oldu: klublarda, hərbi hissələrdə və hətta Moskva ətrafındakı kinoteatrlarda... Mən özüm yetmişinci illərdə bu filmi Kubanın hərbi bazasında görmüşəm.
Yeri gəlmişkən, yenidənqurmadan sonra hər kəs öz "qapadılmış" filmilə öyündüyü vaxt, mən də bu dalğaya qoşulub "Otuz üç" adlı filmimin iyirmi beş il rəfdə saxlanıldığını dedim. Lakin cəhdim baş tutmadı: durğun yetmişinci illərdə, demək olar ki, hamı mənim bu qadağalı filmimə ekranda baxmışdı.
Georgi Daneliya. "Biletsiz sərnişin"
"

Kosmonavtların hazırlıq rəhbəri Sovet İttifaqı Qəhrəmanı Nikolay Kamanin 2 fevral 1966-cı il tarixində öz gündəliyində yazır:[2]

" Leonov, Qaqarin və digər kosmonavtlar "Otuz üç" kinokomediyasının geniş ekrana buraxılmasına qadağa ilə əlaqədar məndən tədbir görməyimi xahiş ediblər: onlar hesab edir ki, bu film kosmonavtların xidmətlərini aşağılayır. Dünən Verşinin, Rıtov, mən və hərbi hava qüvvələri mərkəzi orqanının zabit heyəti bu kinokomediyaya baxdıq. Film hamının xoşuna gəldi, biz heç bir qəbahət aşkar etmədik. Şəxsən mən bir saatdan artıq güldüm və məmnuniyyətlə Travkinin "uğurlarının" inkişafına nəzər saldım.
Nikolay Kamanin
"

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Bu filmdən başlayaraq, Georgi Daneliyanın və digər rejissorların bir çox ekran əsərlərində Yevgeni Leonovun ifasında "Çayda" (rus. На речке) mahnısı müxtəlif formalarda səslənib ("На речке, на речке, на том бережочке мыла Марусенька белые ножки…").
  • Çəkilişlərin bir hissəsi Rostov-na-Donda aparılıb.
  • Filmdə ər-arvad İvan və Lyuba rollarını ifa edən Yevgeni Leonov və Lyubov Sokolova "Belarus vağzalı" filmində də eyni adlı cütlüyü canlandırıblar.
  • "Otuz üç" Georgi Daneliyanın ağ-qara kinolentə çəkdiyi son filmdir.
  1. "Тридцать три. СССР. 1965". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  2. "Дневники Н. Каманина-2". 2012-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]