Svetlana Afanasyevna Svetliçnaya (rus. Светлана Афанасьевна Светличная; 15 may 1940, Leninakan) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1974).
Svetlana Svetliçnaya | |
---|---|
rus. Светлана Светличная | |
| |
Doğum adı | Svetlana Afanasyevna Svetliçnaya |
Doğum tarixi | |
Doğum yeri | Leninakan, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Həyat yoldaşı |
Vladimir İvaşov Sergey Sokolski |
Uşaqları |
Aleksey Oleq |
Atası | Afanasi Mixayloviç Svetliçnı[1] |
Anası | Mariya Fyodorovna Zolotaryeva[2] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1959-bugünədək |
Təhsili |
|
İstiqamət |
teatr kino |
Üzvlüyü | |
Mükafatları | |
IMDb | ID0841254 |
ssvetlichnaya.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Svetlana Afanasyevna Svetliçnaya 1940-cı ildə Leninakan (hazırda Gümrü) şəhərində rus ailəsində anadan olmuşdur. Atası hərbçi olduğuna görə, ailə tez-tez yaşayış yerini dəyişirdi. Svetlana məktəbə Sumı vilayətinin Axtırka şəhərində getsə də, oranı Kalininqrad vilayətinin Sovetsk şəhərində bitirir. 1958-ci ildə Svetlananın atası istefaya getdi və ailə Melitopolda məskunlaşdı.[3] Elə həmin ildə Svetlana anasının israrı sayəsində ÜDKİ-yə, Mixail Rommun kursuna daxil olur.
Svetlana Svetliçnaya 1963-cü ildə institutu bitirdikdən sonra Kinoaktyor Teatr-studiyasının aktrisası oldu.
Kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olmuşdur.
Svetlana Svetliçnayanın ən yaddaqalan obrazı isə "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur. Bu filmdə Svetliçnaya yumor elementlərilə olsa belə, o zaman üçün tamamilə yeni qadın surəti yaratmağa nail oldu. Anna ekranda müasir, dəbli və seksual cəhətdən azad qadın kimi görünürdü. Sovet kinosunda bu cür qəhrəmanlar hələ olmamışdı. Bundan başqa, aktrisanın çəkildiyi yarıerotik məzmunlu səhnə sovet kinosunda ilk dəfə istifadə edilmişdi.
Svetlana Svetliçnaya Qriqori Aleksandrov ("Sığırçın və Lira"), Stanislav Rostoski ("Zəmanəmizin qəhrəmanı"), Marlen Xusiyev ("İliç sərhəd-keçid məntəqəsi"), Yuli Fayt ("Cəbhə hələ müdafiədədir"), Tatyana Lioznova ("Səma onlara tabe olur", "Baharın on yeddi anı"), Leonid Qayday ("Brilyant əl"), Georgi Daneliya ("Otuz üç"), Mixail Kalik ("Beşik", "Sevmək"), Stanislav Qovoruxin ("Görüş yerini dəyişmək olmaz") kimi bir çox sovet rejissorları ilə çalışmışdır. Müasir dövrdə çəkilmiş filmlər arasında Renata Litvinovanın "İlahə: mən necə aşiq oldum" və Yos Stellinqin "Qız və ölüm" filmlərində parlaq obrazlar yaratmışdır.
28 iyun 2005-ci ildə "“YUKOS”un keçmiş rəhbərlərinin məhkəmə hökmünə dəstək məktubu"nu imzalamışdır.[4] Lakin 9 fevral 2011-ci ildə aktrisa Azadlıq Radiosunun müxbirinə bildirib ki, belə bir məktub imzalamayıb və ilk dəfədir, bu barədə eşidir. Svetliçnaya eyni zamanda Mixail Xodorovski üçün təəssüf etdiyini qeyd edərək, onu "böyük hərflərlə insan" adlandırıb.[5]
Svetlana Svetliçnaya 2015-ci ilin aprelində Qatçinada keçirilən "Ədəbiyyat və kino" XXI Rusiya kinofestivalında "Kinematoqrafa sədaqətə görə" mükafatına layiq görülüb.[6]
Valideynlərinin ailəsində üç uşaq olub: böyük qardaşı Valeri, ortancıl uşaq Svetlana və bacısından 13 il sonra, lakin eyni gündə (15 may) anadan olmuş Oleq. Aktrisanın kiçik qardaşı atasının yolu ilə gedərək hərbçi olub. Hazırda Penzada yaşayır.[7]
Svetlana Svetliçnaya iki dəfə ailə qurub.
Hazırda Svetlana Svetliçnaya Moskvanın cənub-qərbində yerləşən Yasenevo rayonunda yaşayır.[8]
Kinoaktyor teatrında Dostoyevskinin "Cinlər" romanı əsasında hazırlanmış tamaşada Mariya Timofeyevna Lebyadkina rolunu ifa edib. 2015-ci ildə Yevgeni Lavrençukun tamaşasında Mosartın arvadı rolunu məşq edib. Həmin tamaşada onun tərəf-müqabilləri Daniel Olbrıxski, Olqa Yakovleva və İqor Yasuloviç olmuşdur.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1959 | Beşik | rus. Колыбельная | Natka |
1963 | Səma onlara tabe olur | rus. Им покоряется небо | Nina Kolçina |
1963 | Bənövşə gətirən xala | rus. Тётка с фиалками | Svetlana |
1964 | Cəbhə hələ müdafiədədir | rus. Пока фронт в обороне | Katya |
1964 | İliç sərhəd-keçid məntəqəsi | rus. Застава Ильича | Svetlana |
1965 | Saf nohurlar | rus. Чистые пруды | Katya |
1965 | Otuz üç | rus. Тридцать три | Nina Svetlova |
1965 | Aşpaz qadın | rus. Стряпуха | Pavlina Xutornaya |
1966 | Zəmanəmizin qəhrəmanı | rus. Герой нашего времени | Undina |
1966 | O qədər də uğurlu gün deyil | rus. Не самый удачный день | Nadya Stepanova |
1968 | Brilyant əl | rus. Бриллиантовая рука | Anna Sergeyevna |
1968 | Ələkeçməzlərin yeni macəraları | rus. Новые приключения неуловимых | gözəlçə |
1968 | Sevmək | rus. Любить | şimallı qız |
1969 | Məhkəməyə aid deyil | rus. Неподсуден | Vika |
1971 | Buludlardan yapış | rus. Держись за облака mac. Kapaszkodj a fellegekbe! |
sovet kəşfiyyatçısı |
1973 | Baharın on yeddi anı | rus. Семнадцать мгновений весны | Qabi Nabel |
1974 | Sığırçın və Lira | rus. Скворец и Лира | Genrietta |
1974 | Mövsümün bağlanışı | rus. Закрытие сезона | Zoya Morenko |
1975 | Torpaq titrəyərkən | rus. Когда дрожит земля | İrina |
1976 | Sən mənə, mən sənə | rus. Ты — мне, я — тебе | Valya |
1977 | Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusu | rus. Эти невероятные музыканты, или Новые сновидения Шурика | Anna Sergeyevna |
1978 | Həyatın mənbəyi | rus. Корень жизни | Səbinə |
1978 | Sergi Ata | rus. Отец Сергий | xanım |
1979 | Görüş yerini dəyişmək olmaz | rus. Место встречи изменить нельзя | Nadya |
1978 | III Napoleonun tülküsü | rus. Недопёсок Наполеон III | Vera Merinovanın anası |
1981 | Üçüncü ölçü | rus. Третье измерение | Olqa |
1983- 1986 |
Anna Pavlova | rus. Анна Павлова ing. Anna Pavlova |
Maşa |
1985 | Qəzəb günü | rus. День гнева | sərgərdan qadın |
1991 | Və külək qayıdır | rus. И возвращается ветер | kameo |
1994 | Daş üzərində ev | rus. Дом на камне | |
2004 | İlahə: mən necə aşiq oldum | rus. Богиня: как я полюбила | kabus ana |
2004 | Duz gölündəki ev | rus. Дом у солёного озера | Ziqrid |
2007 | İmperiya ulduzu | rus. Звезда империи | falçı |
2007 | Nəzarətçi | rus. Куратор | Mariya Tarasovna |
2009 | İlahənin qaçırılması | rus. Похищение богини | Afrodita Popandos |
2012 | Qız və ölüm | rus. Девушка и смерть ing. The Girl and Death |
qoca Nina |