Novruz Məmmədov

Novruz İsmayıl oğlu Məmmədov (15 mart 1947, Şıxmahmud, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının 9-cu baş naziri (2018–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017–2018),[2] Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012–2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997 – 1 iyun 2017) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (1 iyun 2017 – 21 aprel 2018).[2]

Novruz Məmmədov
21 aprel 2018 [1] – 8 oktyabr 2019
Prezidentİlham Əliyev
ƏvvəlkiArtur Rasizadə
SonrakıƏli Əsədov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələlər üzrə köməkçisi
bayraq2
1 iyun 2017 – 21 aprel 2018
bayraq
Azərbaycan Respublikası
Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri
bayraq2
1 iyun 2017 – 21 aprel 2018
bayraq
Azərbaycan Respublikası
Prezident Administrasiyasının
rəhbərinin müavini
bayraq2
29 noyabr 2012 – 1 iyun 2017
bayraq
Azərbaycan Respublikası
Prezident Administrasiyasının
Xarici Əlaqələr şöbəsinin müdiri
bayraq2
12 aprel 1997 – 1 iyun 2017
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1947(1947-03-15) (77 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya
Təhsili
Fəaliyyəti dilçi, siyasətçi, diplomat
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]

Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri "Xidmətlərə görə" ordeninin cəngavər dərəcəsi
cabmin.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993–1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur – "Fəxri Legion" ordeni ilə təltif edilmişdir.

2005–2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olmuşdur.

Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3].

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib[4].

1 iyun 2017-ci il tarixindən 21 aprel 2018-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsində çalışıb.[5].

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmişdir.

21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilmiş, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa vermişdir.

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, Novruz Məmmədov bir müddət Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.[6]

2018-ci ildə Fransa Respublikası Prezidentinin Fərmanı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • IX sinif üçün fransız dili dərsliyi ("Le Français", 1994)
  • "Fransız dilinin praktik fonetikası" (1997)
  • "Geosiyasətə giriş" (1-ci cild, Bakı, "Azərbaycan nəşriyyatı", 2011.- 576 səh.)
  • "Geosiyasətə giriş" (2-ci cild, Bakı, "Azərbaycan nəşriyyatı", 2011.- 416 səh.)
  • "Xarici Siyasətin Azərbaycan Modeli" (Bakı, Çaşıoğlu, 2012.-464 səh.)
  • "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" (Bakı, Qanun nəşriyyatı, 2013.-264 səh.)
  • "Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış" (Ankara, Berikan yayınevi, 2015.-308 səh.)

Rəhbərlik etdiyi və baş redaktoru olduğu nəşrlər

[redaktə | mənbəni redaktə et]
  • "Diplomatiya: ensiklopedik lüğət" (Bakı, "Diplomat" nəşriyyatı, 2005.-578 səh.)
  • "Qlobal Siyasət: Təhdidlər, çağırışlar, ümidlər" (Bakı, Qanun nəşriyyatı, 2013.-320 səh.)
  • "Кто прав, тот и сильнее?" (Bakı, "Zərdabi LTD", 2013.-344 səh.)
  • "Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı" (Bakı, 2014.-232 səh.)
  • "Современная Система Международных Отношений: Сквозь Призму Newtimes.az" "(Bakı, "Elm və Təhsil", nəşriyyatı 2015.-319 səh.)
  • "Günümüz Jeosiyasi Süreçlerinin Perde Arkası"(Bakı, "Elm və Təhsil", nəşriyyatı 2015.-366 səh.)
  • "Müstəqil Azərbaycanın 25 ili Səfirlərin gözü ilə"(Bakı, "BEST-TMS" MMC, 2016, — 645 səh.)

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • Erix Fayql — "Правда о терроре: армянский терроризм — истоки и причины" (rus dilinə, Bakı, Azərnəşr, 2000.-176 səh.)
  • Pyer Qamarra — "L'Assassin a le prix Goncourt"1963 (azərbaycan dilinə, Bakı, "Azərbaycan nəşriyyatı 2010.-216 səh.)
  • Philippe Braillard, Mohammad Reza Djalili "Les relations internationales". 1997. (azərbaycan dilinə, Bakı, "Azərbaycan nəşriyyatı", 2010.-128 səh.). Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti (1991–2011). (azərbaycan dilində, Bakı, "Elm və təhsil" nəşriyyatı, 2016. −328 s., −16 s. illüstr).
  1. https://www.bizimyolinfo.com/news-post/55332.html[ölü keçid]
  2. 1 2 "Arxivlənmiş surət". 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
  3. "Arxivlənmiş surət". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
  4. "Arxivlənmiş surət". 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
  5. "Arxivlənmiş surət". 2018-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-11.
  6. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]