Pərviz Nəsibov

Pərviz Paşa oğlu Nəsibov (18 avqust 1998, Muğanlı, Ağstafa rayonu[1]) — Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, TokioParis Olimpiya Oyunlarının gümüş mükafatçısı.

Pərviz Nəsibov
Pərviz Paşa oğlu Nəsibov
Şəxsi məlumatlar
Tam adı Pərviz Paşa oğlu Nəsibov
Vətəndaşlığı
Doğum tarixi 18 avqust 1998(1998-08-18) (26 yaş)
Doğum yeri
Boyu 170 sm
Çəkisi 67-72 kq
İdman növü Yunan-Roma güləşi
Karyera illəri 2004h. h.
Medallar
3 avqust 2021 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində[2] anadan olmuşdur.[3][4][5] Altı yaşına qədər doğma kəndində yaşamış və burada idmanda ilk addımlarını atmışdır.[2] Muğanlı kəndində bir il sərbəst güləş bölməsinə qatılmışdır. Ancaq 2004-cü ildə atası Ukraynanın Nikolayevə şəhərinə köçmüş və ailəsini də özü ilə aparmışdır. Nikolayevdə də Pərviz güləşmə məşğul olmağı davam etdirmiş, lakin burada o, yunan-Roma üslubunu seçmişdir.

2017-ci ilin mart ayında İranın Abadan şəhərində baş tutan Dünya Kubokunda, milli komandası 6-cı yerdə qərarlaşsa da, o, bütün döyüşləri məğlubiyyətsiz keçirən yeganə ukraynalı güləşçi olub.[6] 2017-ci ilin iyul ayında Almaniyanın Dortmund şəhərində finalda gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.[7]

2018-ci ilin sentyabr ayında SlovakiyanınTrnavaa şəhərində keçirilən gənclər arasında Dünya Çempionatının bürünc medalçısı olub.[8] 2021-ci ilin may ayında Sofiyada keçirilən dünya lisenziya turnirində Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıb, lakin Nəsibovun sözlərinə görə bundan sonra özünə qarşı lazımi diqqət görməyib.[9]

İdman nəticələri

[redaktə | mənbəni redaktə et]
  • Yeniyetmələr arasında Avropa çempionatı 2014 — 3;
  • Yeniyetmə Dünya Çempionatı 2014 — 2;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2015 — 2;
  • Yeniyetmələr arasında Avropa çempionatı 2015 — 2;
  • Yeniyetmə Dünya Çempionatı 2015 — 3;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2016 — 2;
  • Sərbəst Güləş üzrə Ukrayna Çempionatı 2016 — 2;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2017 — 1;
  • Yeniyetmələr arasında Dünya Çempionatı 2017 — 3;
  1. 1 2 https://azerforum.com/ru/1news-az-finalist-tokio-2020-ukrainskiy-borec-parviz-nasibov-azerbaydzhan-vsegda-byl-dlya-menya-rodinoy.
  2. 1 2 "Ukrayna millisinin azərbaycanlı üzvü: "Məni qarşılamağa bir həmyerlimiz belə gəlməmişdi"". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  3. "Финалист Токио-2020, украинский борец Парвиз Насибов: Азербайджан всегда был для меня родиной". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  4. "Парвиз Насибов: «Я прошел очень тяжелую дорогу к этой Олимпиаде, это все для Украины»". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  5. "Парвиз Насибов: После Олимпиады поеду в Азербайджан, чтобы увидеть дедушку и бабушку". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  6. "Парвиз Насибов – лучший украинский борец на Кубке мира". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  7. "Парвиз Насибов стал чемпионом Европы с греко-римской борьбы". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  8. "Воспитанник николаевской школы борьбы Парвиз Насибов - призер юниорского чемпионата мира". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  9. "Парвиз Насибов: «Очень обидно, что спортсменов-олимпийцев наша страна практически ничем не поддерживает»". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]