Paramuşir

Paramuşir adası[1] (yap. 幌筵島) ayn dilində «geniş ada») — Kuril adalarının şimalında yerləşən Böyük Kuril cərgəsinə daxil olan ada. Adanın sahəsi 2053 km² təşkil edir. Ölçüsünə görə İturupdan sonra arxipelaqın ikinci ən iri adasıdır. Adanın uzunluğu 120 km, eni isə 30 km təşkil edir. Burada nisbətən iri göl olan Zerkalnoye gölü yerləşir.

Paramuşir adası
rus. Oстров Парамушир
Ümumi məlumatlar
Sahəsi 2053 km²
Hündür nöqtəsi 1816 m
Əhalisi 2.470 nəfər (2006-cı il)
Yerləşməsi
50°23′00″ şm. e. 155°41′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Paramuşir adası xəritədə
Paramuşir adası
Paramuşir adası
Paramuşir adası xəritədə
Paramuşir adası
Paramuşir adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ada inzibati cəhətdən Saxalin vilayəti Şimali Kuril şəhər dairəsi ərazisinə daxildir. Şumşu adası ilə Onekotan adası arasında yerləşir. Adanın şimalında Severo-Kurilsk şəhəri yerləşir. 2011-ci ilə olan məlumata görə adada 2400 nəfər yaşayır. İnzibati mərkəz rolunu oynayır.XXI əsrdə adada olan yeganə yaşayış məntəqəsidir. Üstəlik burada hazırda yaşayış olmayan Podqornı və Şelixov qəsəbələri mövcuddur. Vaxtı ilə isə Mayorov, Kitovı, Kamenistı, Vasilev, Qalkin, Okeanskoye və Prebrejnı kındlərində 2002-ci ilə olan məlumata görə insan yaşamır. Bu kəndlərin bur qismi hələ 1952-ci il Şimali-Kuril sunamisi zamanı məhv olmuşdur.

Təbiət və coğrafiya

[redaktə | mənbəni redaktə et]

Kuril adalarının şimal hissəsində yerləşən adalardan biridir. Arxipelaqın sahəsinə görə ikinci adasıdır. Şimal-şərqdən cənub-qərbə 100 kilometrdən artıq məsafədə uzanır, orta eni 19–22 km arasında dəyişir. Şimal-qərbən Oxot dənizi, cənub-qərbdən isə Sakit okeanla yuyulur. Dəniz hissədən adanın sahilləri hendür və sıldırımlıdır. Zəif şəkildə körfəzlərlə parçalanmışdır. Sahil hissəsi ensizfir. Okean sahilləri isə düzəndir. Burada çoxlu sayda buxta və burunlar vardır. Qayalı riflərə rast gəlinir. Kuril adaları aradında dağlıq sahələr haha geniş sahəni əhatə edir. Adanın ən hündür nöqtəsi Nasedkin dağıdır (1152 m). İkinci hündür zirvə Verenayadır (1088 m). Dağ şimala uzanaraq Zemleproxodes burnunda bitir. Bu burun həm də adanın ucqar şimal nöqtəsini təşkil edir. Adanın cənub qutaracağı Kapustnı burnu həm də Vasilyev yarımadasının qutaracağını təşkil edir. Adanın cənub qutaracağı Yumen, qərb qutaracağı isə Neproydennıdır. Adada ümumilikdə 23 vulkan vardır. Onlardan beşi (Edeko, Karpinski, Tatarinov, Fussa və Çikuraçi) fəaliyyətdədir.

Paramuşir adası ətrafında olan boğazlar.

Atlasov adasından Alaid boğazı, Şumşu adasından isə İkinci Kuril boğazı ilə ayrılmışdır. Lujin boğazı adadan 15 km qərbdə yerləşən Ansiferov adası, Dördüncü Kuril boğazı 54 km cənub-qərbdə yerləşən Onekotan adasından ayırır. Ada yaxınlında çoxlu sayda kiçik adalar, riflər və qayalıqlar vardır: Adalar Çaykinı, Kit, Ptenes, Bazarnı, Barernı, Dım, qayalar Тоrçki, Uno, Оpasnaya, Хitarnaya, Хmır, Penistıe və başqaları. Sdada bir çox kol bitkiləri yayılmışdır: Mərcangilə, Festuca, Polygonum viviparum, Geranium, rododendron, cır qaragilə, Pediculáris. Çoxlu sayda göbələk növü vardır.

Ada ərazisində olan ən uzun çayda (Tuxarka, uzunluğu 20 km) Oncorhynchus gorbuscha, Oncorhynchus nerka, Oncorhynchus kisutch və s. balıqlar yaşayır.

Burada 100 baş qonur ayı vardır. Adada tülkü, Lepus timidus, Mustela erminea, sahillərində isə dəniz samuru yaşayır. Paramuşirin endemiki - Sorex leucogaster[2].

Suribasi buxtasında (indiki Kolokolev) əvvəllət yaponlara məxsus yod zavodu fəaliyyət göstərmişdir. Adada yaponlara məxsus hərbi-dəniz qüvvələrinə məxsys güçləndirilmiş məntəqə fəaliyyət göstərmişdir.

Vasilev yarımadasında hazırda HHMQ aid olan bölük, sərhənd zastavası və mayak vardır. Mayak Xmır qsyası üzərində yerləşir.

Paramuşirdəki vulkanlar

[redaktə | mənbəni redaktə et]

Adada fəaliyyətdə olan vulkanlar:

  1. "Adanın təsviri. Xəritə. Şəkillər". 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
  2. "Позвоночные животные России: Sorex leucogaster". 2021-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.