Pasodobl (isp. Paso doble "ikiqat addım") - ənənəvi olaraq Latın Amerikası rəqsləri əsasında IX əsrin sonlarında yaranmışdır. Korridonu tərənnüm edən (burada rəqqas toreronu, onun partnyoru - rəqqasə isə qırmızı kətanı tərənnüm edir) ispan rəqsi. 1945- ci ildən turnir rəqsləri, 1963- cü ildən isə Dünya Rəqs Proqrammına daxil edilmişdir.
Pasodobl | |
---|---|
| |
Texnikası | Latınamerika |
Musiqisi | Marş |
Taktı | 2/4-Takt |
Tempi | 58-62 TPM (116-124 bpm) |
Mənşəyi | İspaniya |
Yaranma tarixi | ~IX əsrin sonları |
Vikianbarda əlaqəli mediafayllar |
Pasodobl dinamik rəqs olub, hərəkətlər bütün zal boyu icra edilir. Rəqs demək olar ki, öküz döyüşünü təsvir edən elementlər və flamenqo, fandanqo hərəkətlərindən sintez olunmuşdur. Pasodobl xüsusi qamətli duruşla, qürur və ehtirasla icra edilir. Bu zaman çiyinlər tarım arxaya çəkilmiş, döş qəfəsi önə qabarmış, bədən çəkisi önə yönəldilmiş, gərginlikdən bud qasıq nahiyyəsindən önə yönəldilmiş olur, cütlər arasında məsafə dəyişməz qalır. Addımlar əsasən sağ ayaqla yerə dirəniş hərəkəti (yerə vurmaqla) ilə başlayır.
İlk olaraq rəqs 3/8, sonra 2/4, 3/4 və 3/8 takta malikdir. Hazırkı dövrdə rəqsin musiqisi yalnız 2/4 takta əsaslanır. Bu isə dəqiqədə 58-62 takt deməkdir. Turnirlərdə rəqs əsasən dəqiqədə 60-62 takt tezliyi ilə ifa olunur.