Asta vals (ing. Slow Waltz, alm. Langsamer Walzer) - 3/4-taktlı bal və turnir rəqsidir. Asta vals klassik standart rəqs sayılır. Bu rəqs təxminən dəqiqədə 30 takt icra etməklə ifa olunur.
Asta vals | |
---|---|
| |
Texnikası | Standart |
Musiqisi | Vals |
Taktı | 3/4 |
Tempi | 28-30 TPM (84–90 bpm) |
Müəllifi | İngiltərə |
Yaranma tarixi | ≈ 1920 |
1870-ci ildə ABŞ-də Vyana valsının asta forması kimi Boston adı ilə yaranmışdır. Vyana valsına xarakterik olan hərəkətlərə malik olub lakin asta templə ifası ilə fərqlənir.
1920-ci ildən isə İngiltərədə "Asta vals" adı ilə məşhurlaşmışdır. Onu "İngilis valsı" da adlandırırlar. Bəzi mənbələrdə onun Lender (alm. Ländler) avstriya-alman xalq rəqsinin əsasında yarandığı göstərilmişdir.
Asta vals 1963-cü ildən dünya rəqs proqramına aid edilmişdir. Harmonik standart rəqs olduğundan rəqs turnirləri məhz bu rəqslə açılır.
Kişi
Qadın
Ritmi: 1 2 3 4 5 6
İki dəfə əsas hərəkətlə irəli və dörd dəfə sağa fırlanma