Vyana valsı

Vyana valsı (alm. Wiener Walzer) — standart bal və turnir rəqslərindən olub, bir dəqiqədə 60 taktla ifa olunanaraq dünya rəqs poqramına daxil olan ən cəld rəqsdir.

Vyana valsı
"Bujivalda rəqs" (Ogüst Renuar, 1883)
"Bujivalda rəqs" (Ogüst Renuar, 1883)
Texnikası Standart
Musiqisi Vals
Taktı 3/4 və ya 6/8
Tempi 58-60 TPM (174–180 bpm)
Mənşəyi Avstriya
Yaranma tarixi ≈ 1777

Sonralar Vyana valsı kimi məşhurlaşmış fransız valsı modern tipli ən qədim bal rəqsi olub, ilk dəfə 1770-ci illərdə komediya ifaçısı Bernardo Feliks tərəfindən təqdim edilmişdir. Sonradan Böyük Fransa inqilabından əvvəl məşhurlaşmış və saray aristokratlarına məxsus "Menuet" rəqsini sıxışdıraraq onun yerini tutmuşdur.

Valsın alman xalq rəqsi əsasında və ya müstəqil şəkildə ona paralel olaraq yaranması haqqında çoxlu mübahisələr mövcuddur. İlk əvvəllər valsa qadının topuğu görsəndiyinə, cütlüyün bir-biri ilə sıx təmasda olmasına görə əxlaqsız rəqs kimi baxılırdı. Qisa bir müddətdə vals sərbəst və canlı xarakter alaraq ədəb rəqsinə çevrilmiş olur. 1805-ci ildə bal və aristokratik rəqs yalnız "Menuet" sayılırdı. 1814–1815-ci illər Vyana konqresi Vyanada rəqs, libas, maskarad ballarını canlandırmışdır. Bu isə öz növbəsində vals rəqsini aktuallaşdıraraq onu ictimailəşdirmişdir. Məşhur bəstəkarlar Yohan Ştraus, İosif Lanner, Pyotr Çaykovski Vyana valsını öz əsərləri ilə balların şahına çevirmişlər. 1932-ci ildən Vyana valsı turnir rəqsinə cevrilir. 1951-ci ildə Nürnberqdən olan rəqs müəllimi Paul Krebs köhnə Avstriya və ingilis stillərini birləşdirir ki, bu da ona elə həmin il "Qara dəniz hövzəsi rəqs festivalı"nda böyük müvvəffəqiyyət gətirir. 1963-cü ildən Vyana valsı dünya rəqs proqramına tam hüquqlu standart rəqs kimi salınır.

Texnikası və stili

[redaktə | mənbəni redaktə et]

Vyana valsının iki beynəlxalq və ABŞ-də daha geniş yayılmış amerikan üslubu mövcuddur. Balet texnikasına əsaslanmış bu rəqs sonralar illər keçdikcə əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalaraq standart rəqs texnikası tələblərinə uyğunlaşdırılmışdır. Yüksək sürət və daim fırlanma hərəkətləri bu rəqsi bir qədər gərginləşdirmişdir. Vyana valsında rəqs cütlüyü saat əqrəbi istiqamətində (sağa fırlanma Natural Turn) rəqs meydançası boyunca nizamla fırlanır.

Ritmi və musiqisi

[redaktə | mənbəni redaktə et]

Vyana valsı 3/4 takta əsaslanır, belə ki, əsas hərəkətlər 6 addımdan ibarət olub 2 taktı tam əhatə edir. Alternativ olaraq Vyana valsını 6/8 taktla da ifa emək olar ki, bu zaman əsas hərəkətlər 1 taktı əhatə edir. Rəqs ballarında və turnirlərində ənənəvi olaraq klassik musiqi ilə rəqs edilir. Bu rəqs müasir janrlarla, rok və pop musiqisinin uyğunlaşdırılmış ritmi altında da ifa edilə bilir (məsələn, Din Martin That's amore). Vyana valsı bir dəqiqədə 60 taktla ifa olunur ki, bu da asta valsla müqayisədə iki dəfə çoxdur.

Əsas hərəkətlər[1]

[redaktə | mənbəni redaktə et]

Kişi

  • sağ ayaq irəli
  • sol ayaq kicik addımla yana
  • sağ ayaq addımı bağlamaq üçün solla cütləşir
  • sol ayaq arxaya və yana çəkilir
  • sağ ayaq kicik daddımla yana
  • sol ayaq addımı bağlamaq üçün sağla cütləşir

Qadın

  • sol ayaq arxaya və yana çəkilir
  • sağ ayaq kicik daddımla yana
  • sol ayaq addımı bağlamaq üçün sağla cütləşir
  • sağ ayaq irəli
  • sol ayaq kicik daddımla yana
  • sağ ayaq addımı bağlamaq üçün solla cütləşir

Ritmi: 123 456

Yerində sayma, yana addım: Kişi sağla qadın isə solla başlayır. Cütləşən ayaq bədən ağırlığından azad olmalıdır. Rəqs artan templə ifa edilir. Dörd dəfə yerində sayma, yana addım və dörd dəfə fırlanma.

Bunları nəzərə almaq vacibdir:

  • Böyük addım atmamaq
  • Meydança boyunca və ya kənarı ilə rəqs etmək
  1. Wienr Walzer, Seit.13, Das Begleitheft für Einsteiger, Broschüre, Rupprecht Die Tanzschule