Kvikstep

Kvikstep (ing. Quickstep "cəld addım") — cəld fokstrot (ing. Foxtrot "tülkü addımı"). Bu rəqs ifaçıdan adından məlum olduğu kimi çəldlik, çeviklik tələb edir. Bu rəqs zəngin variasiyalara malik olduğu üçün o, standart rəqslərin "kiçik qramatikası" hesab olunur. Hərəkətlər cəld, yüngül, uçucudur. Musiqi ölçüsü 4/4, taktların dəqiqədə sayı 50-dir. Hərəkətlər qalxan və enəndir: 1, 2 və 3-cü taktlarında qalxır, sonda IV takta enir. Rəqs I Dünya müharibəsi zamanında Nyu-York ətrafında afrikalı rəqqaslar tərəfindən ifa olunurdu.

Kvikstep
ing. Quickstep
Musiqisi Svinq, pop
Taktı 4/4
Tempi 50-52
Mənşəyi ABŞ
Yaranma tarixi XX əsr