Passer domesticus

Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü.

Ev sərçəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Növ:
Ev sərçəsi
Beynəlxalq elmi adı

İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.[3].

Bioloji təsviri

[redaktə | mənbəni redaktə et]

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]
Ev sərçəsinin erkəyi
Ev sərçəsinin dişisi
Ev sərçəsinin səsi

Uzunluqları 14–18 sm[3][4], çəkiləri 21–37 q[3] təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər[4]. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər[3][4][5]. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir. Üstəlik erkəklərin başlarının üst hissəsi tünd boz və tünd qonur rəngdə olur. Dişilərdə isə göz ətrafında boz-sarı rəngli zolaq vardır[3][4].

İlk əvvəllər ev sərçələrinin yayılma arealı Şimali Avropa ilə məhdudlaşırdı. Sonradan Avropa və Asiya[3][4][5] (Arktika, şimal-şərqi, cənub-şərqi və mərkəzi istisna)[5], Şimali[3][5] və Şərqi Afrika[5], Seneqal[4], Kiçik Asiya, Ərəbistan yarımadasıYava adasına[4] yayılmışdır.

XX əsrdən etibarən isə dünyanın bir çox ölkələrinə aparılmışdır. Hazırda onlar yuxarıda qeyd olunan ərazilərdən başqa Cənubi Afrika, Avstraliya, Yeni Zelandiya, Şimali Amerika və Cənubi Amerikaya və bir çox adalar yayılmışdır[3][4][5].

Alkt fəsiləyə daxil olan digər quşların böyük əksəriyyəti kimi demək olar ki, köçəri quşlar sayılmırlar[3][5], ancaq arealın ən şimal nöqtələrindən 1000 km məsafədə cənuba uçurlar. Mərkəzi Asiyadadan isə Öz Asiya və ya Hindistana köç edirlər.

İnsan yaşayış yerlərini təqib edərək meşə tundra və hətta tundra zonalarına belə yayılmışlar — Murmansk vilayətində, Peçorta çayının mənsəbindən, Saxanın şimal sərhədlərinə qədər.

Sinantrop canlı olaraq, insanla eyni yaşayış məkanını paylaşmaqla yanaşı, insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişilən həyat mühitinə tez bir şəkildə uyğunlaşa bilir.

Sərçələrə istər şəhər istərsə kənd tipli yaşayış məntəqələrində rastlamaq mümkündür. Ancaq Orta Asiyada onlar insanlardan uzaq durmağı üstün bilirlər. Kənd təsərrüfatında əkinçiliyinin genişləndirilməsindən sonra onların şimal və cənub istiqamətində geniş ərazidə yayılması müşahidə edilir.

Ev sərçələri oturaq həyat tərzi keçirir[3][5] bu yuva şərtləri və insan yaşayış məntəqələrində zəngin yeməklə əlaqəlidir.

Əsasən bitki mənşəlli qidalarla qidalanırlar. Ancaq balalarını yaz ayları həşəratlarla bəsləyirlər[3][5].

Onların qida rasionuna dənli bitkilərin toxumları[3][4][5], ərzaq qalıqları[3], tarlalarda sünbüllər[4][5], albalı[4], üzüm, qarağat giləmeyvələri[4], yazda çiçək qönçələri daxildir. Yaxın ətrafda qida olmadıqda çəmənliklərə, meşə ətraflarına və çöllərə üz tutaraq yabanı ot bitkilərinin toxumları və bəzən cücülərlə qidalanırlar[5].

Sərçələr ya cütlüklər ya da koloniyalar şəklində yaşayırlar. Yuvalarını insanların evlərində və ya yaşayış məntəqələrinə yaxın ərazilərdə qururlar. Arealının cənubunda insanlar tərəfindən əkilmiş bitki və kolların arasında və ya sahələrə yaxın gildən təşkil olunmuş hündür yarğanlarda yuva qururlar. Cənubda sahə və tez-tez ağac və çalı ağaclarında, yarğanlarda, sahələrə bitişik tikilli qayalıqlarda tikilməkdədir

Yuvalarını müxtəlif yerlərdə — binaların damlarında, dəliklərdə[3][5], böyük quş yuvalarının divarlarında (Əsl vağ, Leylək, Qartal), ağac oyuqlarında[5], insanların düzətdiyi quş evləri, Adi sahil qaranquşunun hazırladığı dəlikləridə yuva qura bilirlər. Arealının cənubunda ağac budaqlarında belə yuva qurmaları müşahidə edilir[5].

Araşdırmaçıların uzun sürən müşahidələri onu göstərir ki, sərçələr ömrü böyü eyni cütlüklə ömür sürürlər. Bu canlıların örta ömür müddəti elədə çox olmasa da 9–11 il ömür sürən sərçələrə də rastlanılmışdır. Ancaq onların böyük hissəsi 4 ildən artıq ömür sürmür. Gənc sərçələrin böyük qismi ilk qışlamalarını belə keçirə bilmir və ortalama olaraq 9–21 ay yaşayırlar[6].

Yuvanın inşasındaçütlüyün hər iki üzvü iştiirak edir. Yuvalar dərin olur və əsasən quru otlardan inşa edilir[3]. Quş lələklərindəndə istifadə edilməklə qalıq divarlı yuvalar qurulur.

Ev sərçələrində çütləşmə dövrü erkən başlayır. Çetləşmələr səs-küylər və dava-dalaşlarla müşahidə edilir. Mart ayında çütlüklər yuva tikintisinə başlayır və apreldə yumurta qoyurlar[3].

Dişilər 4–10, adətən 5–7 ədəd yumurta qoyurlar. Yumurtalar ağ rəngdə olur. Qırt yatma dövrü 11–13 gün davam edir.

Balanı hər iki valideyn bəsləyir. Balaya əsasən həşəratlar yedizdirilir[3][5]. Bala yumurtadan çıxdıqdan 10 gün sonra yuvanı tərk edir.

Sərçələr yay aylarında bəzən iki (şimalda) və ya üç dəfə (cənubda) qırt yata bilirlər[3]. ikicı qırtyatma iyun ayının ikinci yarısından başlayır, balalar yumurtadan iyulda çıxır.

Sərçələr adətən sürülər halında toplanır, bəzən bir neçə min başdan çox qrup təşkil edir və tarlalara yemək üçün uçur[3].

Payızın sonlarında quşlarda bir canlanma müşahidə edilir, erkəklər dişilərə qulluq edir, yuvaya yeni materiallar gətirirlər. Yenilənmiş yuva qışda gecə soyuqlarından qorumağa imkan verir.

İlk əvvəllər növə Karl Linney tərəfindən Fringilla domestica adı verilmişdir. Növ (Fringilla) cinsinə daxil edilmişdir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
Parazitlərdən qurtulmaq üçün sərçə qum vannası qəbul edərkən

ev sərçələri 12 yarımnövə bölünür[7]:

  • Passer domesticus bactrianus Zarudny & Kudashev, 1916
  • Passer domesticus balearoibericus von Jordans, 1923
  • Passer domesticus biblicus Hartert, 1904
  • Passer domesticus domesticus (Linnaeus, 1758)
  • Passer domesticus hufufae Ticehurst & Cheesman, 1924
  • Passer domesticus hyrcanus Zarudny & Kudashev, 1916
  • Passer domesticus indicus Jardine & Selby, 1831
  • Passer domesticus niloticus Nicoll & Bonhote, 1909
  • Passer domesticus parkini Whistler, 1920
  • Passer domesticus persicus Zarudny & Kudashev, 1916
  • Passer domesticus rufidorsalis Brehm, 1855
  • Passer domesticus tingitanus Loche, 1867

Əvvəllər Hindistan sərçəsi müstəqil növ olaraq (P. indicus)[5] qəbul edilirdi. Onlar ev sərçələrinə nisbətdə az sinantrop olması və Orta Asiyadan hindistana köç etməkləri ilə seçilirlər.

Kapiotip: 76–78 xromoson (2n)[8].

Molekulyar genetika]
  • Verilənlər bazasında saxlanılan nukleotidlərin ardıcıllığı EntrezNucleotide, GenBank, NCBI, ABŞ: 1645 (2015-ci il 18 fevrala olan məlumat).
  • Verilənlər bazasında saxlanılan zülalların ardıçıllığı EntrezProtein, GenBank, NCBI, США: 628 (2015-ci il 18 fevrala olan məlumat).

Ev sərçələri sərçəkililər dəstəsinə daxil olan növlər arasında genetik baxımından ən çox araşdırılmış növdür.

Genom: 1,26–1,57 pq (C-value)[8].

Ev sərçəsi 11 min il öncə Avropa və Asiyadan Yaxın Şərqə qədər ərazidə yayılmışdış. Bu dövrdə Passer domesticus bactrianus yarımnövü meydana gəlmişdir. Evsərçələrində AMY2A variantı var ki, bu, uzun nişasta molekullarının daha qısa müddətə parçalanmasına imkan verən pankreasın fermentinin daha effektiv versiyasını istehsal etməyə imkan verir[9].

İnsanlar və sərçələr

[redaktə | mənbəni redaktə et]
Farer adalarına aid poçt markası

İnsanla sərçə arasında olan əlaqə həm xeyir həm də zərər verə bilər. Bu baxımından müsbət və mənfi münasibətlər vardır.

Bəzən sərçələr ziyan verici hava ilə yayılan infeksiyaların daşıyıcısı ola bilir. Bir tarladan digərinə uçan quşlar bəzən zərərli anbar gənələrini daşıyırlar. Bununla yanaşı ev sərçələri Təbii çiçək, Difteriya və bir neçə ev quşu xəstəliklərini yayırlar. 2004-cü ildə Çində H5N1 virusu olan Quş qripi epidemiyası zamanı 38 ev sərçəsində aparılan testlər onların bəzisində təhlükəli virusun aşkarlanması ilə nəticələnmişdir[10].

Ev sərçələri əsasən areallarının cənubunda yay ayları çoxsaylı olduqları zaman dənli bitkilər[4][5], həmçinin giləmeyvələr (albalı, üzüm)[4], günəbaxançətənə əkinlərinə ziyan vura bilir.

Sovet dövründə Orta Asiyada ev sərçəsinin bir yarımnövü olan Hind sərçəsi zərərveriçi olaraq ona qarşı zəhərli qidalarla mübarizə aparılırdı[5].

İlin qalan dövrlərində sərçələr insanlara demək olar ki, zərər vurmur. Xüsusi ilə bala çıxartdıqları dövrdə həşərat yeyən quşlaraın olmadığı ərazilərdə zərərveriçi həşəratlarla qidalanmaları insan üçün faydalıdır. Onların kütləvi ovlandığı zərərveriçi həşəratların artması müşahidə edilir[4].

Çində 1950-ci illərdə kənd təsərrüfatı zərərveriçilərinə qarşı aparılan sərçələri məhv etmə kompaniyası zamanı təkcə 1958-ci ilin aprel-may aylarında 3 gün ərzində PekinŞanxayda 900 min sərçə öldürülmüşdür. Həmin ilin noyabrının birinci yarısına qədər isə dəqiq olmayan məlumata görə 1,96 mlrd quş məhv edilir. Ancaq kütləvi ovlamalar 1959-cu ilin yaz-ya\y aylarında Şanxay və digər iri şəhərlərdə zərərli həşəratların kütləvi artımına səbəb olur. 18 mart 1960-cı ildə Mao Tszedunun şəxsi qərarı ilə bu məhv etmə dayandırılmışdır[11][12][13][14][15].

İnsanlar tərəfindən sərçələrin zərərli həşəratları ovlamasına minnətdarlıq olaraq abidələr ucaldılmışdır. Buna misal olaraq XIX əsrin ortalarında qoyulmuş abidəni göstərmək olar. 2003-cü ildə bənzər bir abidə Baranoviçi şəhərində "Belarus quşlarının qorunması" ictimai təşkilatı tərəfindən 2003-cü ildə keçirilmiş "Ev sərçəsi — 2003-cü ilin quşu" kompaniyası çərçivəsində qoyulmuşdur[16].

Sərçənin əti bərk və dadlı olmaması səbəbindən qida kimi istifadə edilmir[4].

Sərçələrin yoxa çıxması

[redaktə | mənbəni redaktə et]

Belə bir fiki vardır ki, insana ən yaxın yabanı canlısı olaraq "bioloji bir göstərici" kimi fəaliyyət göstərə bilər. Bu növün populyasiyası əsasında ətraf mühitin vəziyyəti haqqında mülahizə irəli sürmək mümkündür. XXI əsrin əvvəllərinə əsasən ümumi Avropa miqyasında sərçələrin sayında azlma müşahidə edilir[17]. Bəzi ölkələrdə isə bu növün nəsli kəsilmək ərəfəsindədir[18]. Belə ki, 1980-ci illərdə çexiyada sərçələrin sayı 75 %[19], Böyük Britaniyada 68 %[20] azalmışdır. Böyük Britaniyanın əsasən şəhərlərində demək olar ki, sərçələr tamamən yoxa çıxmışdır[21]. Onların yoxa çıxmasına səbəb kimi şəhərlərdə yaşıllıqların azalması, rekonstruksiya işləri ilə əlaqədar quşların bala çıxartma gönəmində balalarını cücülərlə qidalandıra bilməmələri həşəratların olmaması göstərilir[21][22][23].

Buna baxmayaraq Avstraliyada Köhnə qitədən fərqli olaraq saylarında artım müşahidə edilir. Bu isə qitənin ekoloji balansını poza bilər. Bu səbəbdən sərçələrin ovlanması həyata keçirilir. Ancaq bu istənilən nəticəni vermir[24].

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Назаренко Е. А., Бессонов С. А. "Passer domesticus (Linnaeus, 1758) — Домовой воробей". Позвоночные животные России (информационно-поисковая система). Авторы общей концепции и разработчики информационно-поисковой системы: Павлов Д. С., Петросян В. Г., Дгебуадзе Ю. Ю., Рожнов В. В., Решетников Ю. С., Кузьмин С. Л., Варшавский А. А., Корнеева Т. М., Павлов А. В., Бессонов С. А., Вепринцева О. Д., Омельченко А. В., Павлинов И. Я., Орлова В. Ф., Лоскот В. М., Дорофеева Е. А., Сиделева В. Г. М.: Группа биоинформатики и моделирования биологических процессов; Федеральное государственное бюджетное учреждение науки Институт проблем экологии и эволюции им. А. Н. Северцова Российской академии наук (ИПЭЭ РАН). 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Воробей // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "{title}". 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
  6. Мамонов Г. А. Sərçə Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine
  7. "Old World sparrows, snowfinches & weavers". IOC World Bird List (v 7.3) (rəsmi sayt) (ingilis). International Ornithologists' Union. 2017-07-31. doi:10.14344/IOC.ML.7.3. 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
  8. 1 2 "Detailed Record for Passer domesticus". Animal Genome Size Database (ingilis). T. Ryan Gregory. 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-18.
  9. "Успешность домовых воробьёв обеспечили два гена". 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  10. Информация отраслевого портала "Птицепром". Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
  11. Информация [ölü keçid] агентства "Синьхуа" от 2 марта 2007 года.
  12. McCarthy, Michael. "The sparrow that survived Mao's purge". Opinion. Commentators (ingilis). Independent.co.uk. 2010-09-03. 2010-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-03.
  13. "Mao Zedong Great Leap Four Plagues Sparrows". DennisMathysen's Channel (ingilis). YouTube, LLC. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-03.
  14. "Mao and the Sparrows". johnblackmusic's Channel (ingilis). YouTube, LLC. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-03.
  15. В начале XXI века в Китае началась массовая кампания по защите воробьёв (см. заметку Arxivləşdirilib 2009-04-15 at the Wayback Machine).
  16. "В Барановичах воздвигли памятник воробью" Arxivləşdirilib 2017-02-24 at the Wayback Machine — сообщение РИА "Новости" от 13 октября 2003 года.
  17. "Ev sərçəsi bizim şəhərlərdən yoxa çıxır". 2009-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  18. Сведения взяты из новостной заметки Arxivləşdirilib 2009-04-15 at the Wayback Machine РИА "Новости".
  19. Чешские орнитологи бьют тревогу Arxivləşdirilib 2005-01-26 at the Wayback Machine — Пресса — Радио Прага
  20. "Böyük Britaniyada sərçələr yoxa çıxır". 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  21. 1 2 Qərb və Şərq tarixi. Britaniyada sərçələr yoxa çıxır [ölü keçid] — Azadlıq radiosu.
  22. "Şəhərlərdə sərçələr yoxa çıxır". 2007-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  23. Nəyə görə sərçələr yoxa çıxır? Çiçəkli xəbərlər [ölü keçid]
  24. [1]İzvestiya qəzetindən məlumat
  • Ильенко А. И. Экология домовых воробьёв и их эктопаразитов. — М.: Наука, 1976. — 120 с.
  • Птицы Советского Союза / Под ред. Г. П. Дементьева и Н. А. Гладкова. — М.: Советская наука, 1954. — Т. 5.
  • Рябицев В. К. Птицы Урала, Приуралья и Западной Сибири: Справочник-определитель. — Екатеринбург: Изд-во Уральского университета, 2002. — ISBN 5-7525-0825-8.
  • Олег Измайлович Семёнов-Тян-Шанский, Гилязов А. С. Птицы Лапландии. — М.: Наука, 1991.
  • Устюгов Б. Мёртвая ворона несёт золотые яйца // Известия. — 2006. — 16 марта.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]