Petros İeronimoviç Adamyan (erm. Պետրոս Հերոնիմոսի Ադամեան; 21 dekabr 1849[1][2], Karaköy[d], Konstantinopol, Osmanlı imperiyası[1][2] – 4 iyun 1891[1][2], Konstantinopol[1][2]) — erməni aktyoru.
Petros Adamyan | |
---|---|
q.erm. Պետրոս Հերոնիմոսի Ադամեան | |
Doğum tarixi | 21 dekabr 1849[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 4 iyun 1891[1][2] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qırtlaq xərçəngi[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, şair, rəssam, ictimai xadim |
Vikianbarda əlaqəli mediafayllar |
Petros İeronimoviç Adamyan 21 dekabr 1849-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1866-cı ildən İstanbul erməni teatrında başlamışdır. 1879-cu ildən Tiflisdə, Bakıda, Şuşada, həmçinin Rusiya və Ukrayna şəhərlərində çıxış etmişdir. 1888-ci ildə Adamyan İstanbula qayıtmışdır. 200-dən çox rol oynamışdır. Adamyanın yaradıcılığı üçün intellektuallıq, emosionallıq və yüksək sənətkarlıq xarakterik idi. Əsas rolları: Arbenin ("Maskarad", Lermontov), Hamlet, Otello ("Hamlet", "Otello", Şekspir), Karl Moor ("Qaçaqlar", Şiller), Masistan ("Xatabala", Sundukyan). "Şekspir və onun "Hamlet" faciəsinin tənqidi" kitabının müəllifidir. O, 4 iyun 1891-ci ildə, 41 yaşında İstanbul şəhərində vəfat etmişdir.[3]