Poynt-Roberts (Vaşinqton)

Poynt Roberts (ing. Point Roberts) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 1314 nəfər olmuşdur.[3] "Point Rob" və ya "The Point" adı ilə də tanınır.

Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi
Poynt Roberts
ing. Point Roberts
49°00′00″ şm. e. 123°03′53″ q. u.HGYO
Ölkə  ABŞ
Ştat Vaşinqton
Qraflıq Uotkom
Tarixi və coğrafiyası
Əsası qoyulub 15 iyun, 1846
Sahəsi 12.67[1]
Mərkəzin hündürlüyü 10[2]
Saat qurşağı UTC−8 , yayda UTC−7
Əhalisi
Əhalisi 1314 [3] nəfər (2010)
Sıxlığı 103.8 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 360
Poçt indeksi 98281
Digər
pointrobertschamberofcommerce.com
Poynt Roberts xəritədə
Poynt Roberts
Poynt Roberts
Poynt Roberts xəritədə
Poynt Roberts
Poynt Roberts
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

E.ə. 500-cü illərdə burada yaşamış hindular buranı Tiltenem adlandırmışdılar.[4] Poynt Roberts yerli Hindi qəbilələri (Kouviçan, Lummi, Saaniç və Semiaymu) üçün uzun müddət balıq ovu yeri olmuşdur. Hindilər hər yay burada kamp quraraq balıq ovlayırdılar.[5] Buranı ilk dəfə kəşf edən avropalılar 1791-ci ildə ispan səyyahı Fransisko de Elizanın (1759-1825) rəhbərlik etdiyi ekspedisiya üzvləri olmuşdu.[4][5][6] O səhvən kəşf edilən ərazini ada hesab etmiş və "Isla de Zepeda" adını vermişdi.[4][5] Lakin sonrakı iki ildə digər ispan səyyahlar - Dionisio Qaliano (1760-1825) və Kayetano Valdesin (1767-1835) tədqiqatı buranın ada olmadığını ortaya qoydu və ərazinin adını "Punta Cepeda" olaraq dəyişdirdilər. Lakin eyni vaxt ərazidə ekspediya aparan Britaniyalı Corc Vankuver (1758-1798) bura dostu Henri Robertsın adını vermişdi.

15 İyun 1846-cı ildə ABŞ ilə Böyük Britaniya arasında bağlanan Oreqon müqaviləsinə əsasən bu ərazilər ABŞ-yə daxil oldu. 1858-ci ildə Freyzer Kanyonu qızıl hərisliyi əraziyə bir çox insanın axınına səbəb olsa da, daha sonra qızılın tapılmaması qısa müddətdə yenə də ərazinin boşalmasına gətirib çıxartdı. 1859-cu ildə ABŞ burada hərbi baza qurdu, amma əraziyə hərbi personal və avadanlıq aparılmadı. Bunun nəticəsində uzun müddət boş qalan ərazi qanun qaçaqları üçün əla gizlənmə yeri oldu. Bütün təhlükələrə baxmayaraq 1870-ci illərdə artıq ərazidə yaşayış yerləri qurulurdu. Ərazinin ilk daimi məskunu 1873-cü ildə bura gəlmiş Con Harris (ö. 1883) olduğu bilinir. 1870-ci illərin sonlarında başqaları da ərazidə məskunlaşmışdılar. 1879-cu ildə Pacific Fishing Company ərazidə ilk mağazasını və ticarət mərkəzini açdı.

1892-ci ildə ABŞ hökuməti bəzi tədbirlər görsə də, 1908-ci ilə qədər Poynt Roberts tam olaraq məskunlaşamaya hazır olmadı. 1890-cı illərdə əvvəllər Viktoriyada yaşayan island mənşəli bəzi insanlar daha yaxşı iqtisadi imkanlar üçün əraziyə köçməyə başladı. Onlar kənd təsərrüfatı və balıqçılıq ilə məşğul olurdular. 1904-cü ildə burada 93 island mənşəli şəxs var idi ki, bu da ümumi əhalinin təxminən yarısını təşkil edirdi. Bu vaxt Poynt Robertsda 23 ev, 2 mağaza, otel, poçt məntəqəsi və bərbərxana var idi.

1893-cü ildə Edmund Wadhams (1833-1900) cənub-şərq sahilində konserv zavodu inşa etdi. Həmin ilin sonunda bu zavod Alaska Packers Association tərəfindən alındı. 1900-cu ildə George and Barker Packing Company burada fəaliyyətə başladı. Bununla yanaşı kənd təsərrüfatı da inkişaf edirdi.

1910-cu illərdə yol tikintisi sürətləndi və 1919-cu ildə Poynt Roberts Kanada ilə birləşdi. Burada gömrük keçid məntəqəsi fəaliyyət göstərsə də, əsl məntəqə 1934-cü ildə tikildi. Daha sonra yaradılan ikinci keçid məntəqəsi 1960-1970-ci illərdə fəaliyyət göstərsə də 1975-ci ildə bağlandı.

Lakin 1910-cu illərin sonunda Poynt Roberts ətrafındakı sularda qızılbalığın tükənməsi burada balıqçılığa böyük zərbə vurdu. 1917-ci ildə Alaska Packers Association, 1929-cu ildə isə George and Barker Packing Company öz zavodlarını bağladı. 1934-cü ildə Vaşinqton ştatında torla balıq ovu qadağan edilməsi balıqçılığın məhv olmasına səbəb oldu. Torpaqların məhsuldarlığının aşağı düşməsi isə öz növbəsində kənd təsərrüfatının da süqutuna gətirib çıxardı. 1950-ci ildə demək olar ki, fermalar yox oldu. Hətta 1893-cü ildə fəaliyyətə başlayan orta məktəb 1963-cü ildə bağlandı.

Lakin 1953-cü ildə Kanada vətandaşlarına bu ərazidən torpaq almaq hüququ verən qərar çıxdıqdan sonra bir çox Kanadalı buradan torpaq almağa başladı. 1959-cu ildə Freyzer çayının altından keçən tunelin açılışı ilə Vankuver ilə olan əlaqəni sıxlaşdırdı. Bunun nəticəsi olaraq artıq 1970-ci illərdə Poynt Robertsda daimi yaşayanların yarısı Kanada vətəndaşı idi. 1973-cü ildə Lighthouse Marine Park, 1977-ci ildə Poynt Roberts Marinasının açılışı burada turizmi inkişaf etdirdi.

Ümumi ərazisi 12.65 km²-dir. Poynt Robertsın fiziki olaraq ABŞ ilə quru əlaqəsi yoxdur. Quru vasitəsi ilə yalnız Kanada ərazisindən keçərək getmək olur. Buna görə də ABŞ-dən əsasən su və hava yolu ilə gedilir.

Orta illik temperatur 10.0 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 17.5 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 3.5 °C). Ən yüksək temperatur 31.9 °C, ən aşağı temperatur isə -15.2 °C olmuşdur.

Orta illik yağıntı miqdarı 1218 mm-dir.[7]


Poynt Robertsın iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 15,0 16,1 18,5 22,1 28,3 30,2 31,9 31,9 27,4 24,2 17,0 14,9 31,9
Maksimum orta, °C 7,5 8,7 10,9 14,1 17,4 20,3 22,9 22,8 19,7 14,3 9,9 7,2 13,8
Orta temperatur, °C 3,5 4,0 6,0 9,5 12,5 15,5 17,5 17,5 14,5 10,0 6,0 3,5 10,0
Minimum orta, °C 0,9 0,8 2,9 5,4 8,6 11,5 13,6 13,5 10,7 6,8 3,2 0,7 6,6
Mütləq minimum, °C −14,1 −11,2 −5,3 −0,5 0,0 5,0 8,0 7,0 4,9 −4,7 −12 −15,2 −15,2
Yağıntı norması, mm 186 94,1 118,2 85,2 60,4 59,1 38,9 39,5 48,2 126,8 183,4 177,8 1.218
Mənbə: http://www.meoweather.com/history/United%20States/na/48.9855556/-123.0766667/Point%20Roberts.html


2010-cu il əhalinin siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 1314 nəfər əhali, 678 şəxsi təsərrüfat və 372 ailə vardı. Əhalinin sıxlığı 103.8 nəfər/km²-di. Burada 678 ev var və evlərin sıxlığı 53.6/km²-di. Əhalinin etnik tərkibini 91.9%-i Ağ amerikalılar, 0.8%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 4.5%-i Asiyalılar, 0.3%-i digər irqdən olanlar və 1.7%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

678 şəxsi təsərrüfatın 15.8%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 48.2%-ində evli ailə, 4.0%-ində əri olmayan qadın, 2.7%-ində arvadı olmayan kişi, 45.1%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 40.0%-ində tək bir şəxs və 14.9%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 1.94 nəfər, hər ailədə isə ortalama 2.57 nəfər vardı.

Yaşayış məntəqəsi əhalisinin orta yaşı 52.7-dir. Əhalinin 14.6%-i 18 yaşdan kiçik, 4.6%-i 18-24 yaş arasında, 16.2%-i 25-44 yaş arasında, 40.7%-i 45-65 yaş arasında, 23.9%-i isə 65 yaşdan böyükdür. Əhalinin 50.4%-i kişi, 49.6%-i qadındır.[3]

Yeganə məktəb Poynt Roberts İbtidai Məktəbidir (Point Roberts Primary School). Burada 3-cü sinifə qədər təhsil verilir. Bundan sonra isə ABŞ vətandaşlarının uşaqları Bleynə, Kanada vətandaşlarının uşaqları isə Deltaya getməli olurlar.[8] Bleynə gedən uşaqlar Kanada ərazisindən keçirlər. 11 sentyabr 2011-ci il hadisələrinə görə məktəb avtobusunun sərhəd buraxılış məntəqəsindən keçidi sürətli olaraq aparılır.

Kanada ilə Poynt Roberts arasında yeganə sərhəd keçid məntəqəsi Tyee Drive üzərində yerləşir. Poynt Robertsda həmçinin kiçik bir hava limanı və böyük bir marina vardır. Marinada həm su, həm də hava ilə nəqliyyat mümkündür.

Poynt Roberts iqtisadiyyatının əsasını turizm təşkil edir. Xüsusilə bura əylənməyə gələn kanadalılar həftəsonunu seçirlər. Həmçinin kanadalılar burada özlərinə poçt qutusu icarə edərək ABŞ-dən daha sürətli və ucuz məhsul alırlar.[9]

1988-ci ilə qədər Britaniya Kolumbiyasına aid 604 telefon kodu istifadə olunurdu. Lakin ABŞ-yə edilən zənglər beynəlxalq zəng olaraq qəbul olunduğu üçün 1988-ci ildə Poynt Roberts 206 telefon kodu ilə Vaşinqton ştatının rabitə şəbəkəsinə qoşuldu. 1995-ci ildən isə 360 telefon kodunu istifadə edir.[3]

Ərazidə kabel televiziyası, internet, mobil rabitə xidmətləri göstərilir.

KRPI (1550 AM) radiosu 2012-ci ildə öz ötürücüsünü Ferndeyldən buraya köçürmüşdür.[10]

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]

İndi yaşayanlar

[redaktə | mənbəni redaktə et]

Qlen Henlon (d. 1957) - ABŞ Milli Hokkey Liqası oyunçusu və hokkey məşqçisi.

Maykl Maklin (d. 1942) - Emmi mükafatı qazanmış rejissor, redaktor və prodüser.

Əvvəllər yaşayanlar

[redaktə | mənbəni redaktə et]

Aleksandr Moqilny (d. 1969) - ABŞ Milli Hokkey Liqası oyunçusu.

Pavel Bure (d. 1971) - ABŞ Milli Hokkey Liqası oyunçusu.

Deyv Nonis (d. 1966) - ABŞ Milli Hokkey Liqası oyunçusu, Toronto Meypl Leifs komandasının İkinci Vitse Prezidenti.

Marqaret Lorens (d. 1926 - ö. 1987) - Kanadalı novella və qısa hekayə növündə yazıçı.

Con Tortorella (d. 1958) - hokkey məşqçisi.

  1. "2015 U.S. Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr, 2015.
  2. "U.S. Board on Geographic Names (BGN)" (ingilis). USGS. İstifadə tarixi: 27 oktyabr, 2015.[ölü keçid]
  3. 1 2 3 4 "American Fact Finder" (ingilis). US Census Bureau. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr, 2015.
  4. 1 2 3 "History" (ingilis). Point Roberts Realty. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr, 2015.
  5. Hayes, Derek. Historical Atlas of the Pacific Northwest: Maps of exploration and Discovery. Sasquatch Books. 1999. 72. ISBN 1-57061-215-3.
  6. MeoWeather
  7. "Point Roberts Primary School". 2015-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-23.
  8. "canada.com". 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-23.
  9. "Delta Optimist". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]