Berç Bey (ing. Birch Bay) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 8413 nəfər olmuşdur.[1]
Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi | |
Berç Bey | |
---|---|
ing. Birch Bay | |
48°55′56″ şm. e. 122°44′50″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Region | Vaşinqton (ştat) |
Rayon | Uatkom Əyaləti, Vaşinqton |
Tarixi və coğrafiyası | |
Sahəsi | 54.9 km² |
Mərkəzin hündürlüyü | 3 m |
Saat qurşağı | UTC−8 , yayda UTC−7 |
Əhalisi | |
Əhalisi | 8413 [1] nəfər (2010) |
Sıxlığı | 205.2 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 360 |
Poçt indeksi | 98230 |
Vikianbarda əlaqəli mediafayllar |
Hələ on min il əvvəl Sahil Salişləri yayda burda dəniz məhsulları əldə etməyə gəlirdilər. Sahil Salişlərinin qədim yurdu olan bu ərazini Lummi dilində "Straf-a-wa", yəni molyuska yer adlanırdı. Çünki onlar burada molyuskaları qurudub və hisə verərək qışa azuqə toplayırdılar. 1792-ci ildə ərazidə ekspediya aparan Britaniyalı Corc Vankuver (1758-1798) ərazini İngiltərə ərazi olaraq elan etdi. Onun botaniki bu ərazidə çox miqdarda ağcaqayın olduğu üçün ərazini Berç Bey adlandırdı. 1871-ci ildə Çarles Voqt ərazini qeydə aldıraraq burada yaşamağa başladı. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı və əhali sayı artmağa başladı. Burada konserv zavodu və taxta şalbon zavodları fəaliyyətə başladı. Həmçinin poçt məntəqəsi və dəmiryol stansiyası quruldu. 1888-ci ildə Çarles Voqt səyi nəticəsində ilk məktəb fəaliyyətə başladı. 1891-ci ildə Linden kimi ətraf yaşayış məntəqələrindən bura alış-veriş üçün gəlməyə başladılar. 1921-ci ildə Sülh tağının açılmasından sonra bura həmçinin turistik yer kimi də tanınmağa başladı. İkinci dünya müharibəsindən sonra iqtisadiyyatın inkişaf etməsi nəticəsində burada bağ evləri və əyləncə parkı salındı. Bunun nəticəsində Berç Beyin reginal turizm üçün əhəmiyyəti artdı. 1950-ci ildə Birch Bay Trailer Park & Sales adlı şəxsi evlər kompleksinin tikintisinə başlanıldı. 1951-ci ildə Bleyn Hava Hücumundən Müdafiə Kompleksi tikildi. 1954-cü ildə Berç Bey Ştat Parkı salındı. Ərazidə neft və metallurgiya sənayesi də yayılmağa başladı. 1954-cü ildə Ferndale Mobil Oil Refinery, 1966-cı ildə Intalco Aluminum Smelter, 1974-cü ildə isə ARCO Cherry Point Refinery fəaliyyətə başladı. 1976-cı ildə Berç Beyin daimi əhalisi 3000 nəfər çatsada yayda həftəsonu keçirmək üçün bura 7000-10000 nəfər gəlirdi. 1990-cı illərdə aparılan işlərlə Berç Beyin turistik əhəmiyyəti artmış, artıq mövsümü deyil, il boyu turistik yer olmağa başlamışdır.[2]
Ümumi ərazisi 54.9 km² olub, bunun 41.0 km² quru, 13.9 km² isə sudur.
Orta illik temperatur 9.9 °C-dir. Ən isti ay Avqust (orta aylıq temperatur 17.0 °C), ən soyuq ay Dekabrdır (orta aylıq temperatur 4.0 °C). Ən yüksək temperatur 36.3 °C, ən aşağı temperatur isə -12.0 °C olmuşdur.
Orta illik yağıntı miqdarı 936 mm-dir.[3]
Berç Beyin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 16,1 | 17,1 | 21,4 | 26,0 | 29,2 | 33,5 | 36,3 | 32,0 | 30,1 | 23,0 | 17,6 | 15,0 | 36,3 |
Maksimum orta, °C | 8,1 | 9,4 | 11,4 | 14,5 | 17,9 | 20,7 | 23,3 | 23,2 | 20,7 | 15,0 | 10,7 | 7,9 | 15,2 |
Orta temperatur, °C | 4,5 | 4,5 | 6,5 | 9,0 | 11,5 | 14,5 | 17,0 | 17,0 | 14,0 | 10,0 | 6,5 | 4,0 | 10,3 |
Minimum orta, °C | 1,3 | 0,8 | 2,4 | 4,1 | 6,8 | 9,5 | 11,1 | 11,0 | 8,5 | 5,6 | 3,0 | 1,3 | 5,5 |
Mütləq minimum, °C | −9 | −12 | −10 | −3 | 0,7 | 2,1 | 6,8 | 6,7 | −0,5 | −3,1 | −10,5 | −11,7 | −12 |
Yağıntı norması, mm | 161,1 | 88,1 | 86,6 | 49,5 | 35,3 | 39,0 | 21,1 | 30,0 | 23,3 | 96,3 | 149,5 | 155,5 | 936 |
Mənbə: http://www.meoweather.com/history/United%20States/na/48.9180556/-122.7433333/Birch%20Bay.html |
2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 8413 nəfər əhali, 3582 şəxsi təsərrüfat və 2363 ailə vardı. Əhalinin sıxlığı 121.2 nəfər/km²-di. Burada 5411 ev var və evlərin sıxlığı 132.0/km²-di. Əhalinin etnik tərkibini 88.6%-i Ağ amerikalılar, 3.2%-i Asiyalılar, 1.2%-i Hindilər, 1.0%-i Afroamerikalılar, 0.3%-ni Okeaniya adalarından olanlar, 1.7%-i digər irqdən olanlar və 3.9%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
3582 şəxsi təsərrüfatın 25.1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 54.6%-ində evli ailə, 7.5%-ində əri olmayan qadın, 3.9%-ində arvadı olmayan kişi, 34.0%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 26.9%-ində tək bir şəxs və 3.6%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.34 nəfər, hər ailədə isə ortalama 2.83 nəfər vardı.
Yaşayış məntəqəsi əhalisinin orta yaşı 44.2-dir. Əhalinin 21.5%-i 18 yaşdan kiçik, 5.9%-i 18-24 yaş arasında, 23.5%-i 25-44 yaş arasında, 31.7%-i 45-65 yaş arasında, 17.4%-i isə 65 yaşdan böyükdür. Hər 100 qadına 99.6 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 98.8 kişi düşür.[1]
2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 4961 nəfər əhali, 2125 şəxsi təsərrüfat və 1417 ailə vardı. Əhalinin sıxlığı 121.2 nəfər/km²-di. Burada 5105 ev var və evlərin sıxlığı 124.7/km²-di. Əhalinin etnik tərkibini 92.36%-i Ağ amerikalılar, 1.23%-i Asiyalılar, 1.19%-i Hindilər, 1.05%-i Afroamerikalılar, 0.14%-ni Okeaniya adalarından olanlar, 1.91%-i digər irqdən olanlar və 2.12%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
2125 şəxsi təsərrüfatın 27.0%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 53.5%-ində evli ailə, 9.3%-ində əri olmayan qadın, 3.9%-ində arvadı olmayan kişi, 33.3%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 26.4%-ində tək bir şəxs və 8.2%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.33 nəfər, hər ailədə isə ortalama 2.80 nəfər vardı.
Yaşayış məntəqəsi əhalisinin orta yaşı 41-dir. Əhalinin 23.2%-i 18 yaşdan kiçik, 6.2%-i 18-24 yaş arasında, 27.0%-i 25-44 yaş arasında, 27.7%-i 45-65 yaş arasında, 15.9%-i isə 65 yaşdan böyükdür. Hər 100 qadına 97.4 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 92.9 kişi düşür.
Hər şəxsi təsərrüfatın orta illik gəliri $40,040, hər ailənin orta illik gəliri isə $44,280 təşkil edir. Kişilərin orta illik gəliri $41,198, qadınların orta illik gəliri isə $27,076 olmuşdu. Yaşayış məntəqəsində adam başına düşən illik gəlir $21,204 olmuşdu. Ailələrin 6.7%-i, əhalinin isə 9.4%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 13.7%-ini 18 yaşdan kiçik olanlar, 0.9%-ini isə 65 yaşdan böyük olanlar təşkil edir.