Bellinqham (Vaşinqton)

Bellinqham (ing. Bellingham) - ABŞ-nin Uatkom əyalətiVaşinqton ştatında şəhər. Əyalətin ən böyük şəhəri və inzibati mərkəzidir. Böyüklüyünə görə ştat üzrə 13-cü, metropoliten ərazisinə görə isə 6-cı yerdə olan şəhərin 2010-cu il əhalininin siyahıya alınmə məlumatına əsasən 80885 nəfər[1] əhalisi olmuşdu. Şəhərin indiki ərazisini əvvəlki Feyrheyvn, Uatkom, Sihom və Bellinqham təşkil edir.

Şəhər
Bellinqham
ing. Bellingham
Bayraq
Bayraq
48°45′01″ şm. e. 122°22′30″ q. u.HGYO
Ölkə  ABŞ
Region [[Vaşinqton ştatı]]
Rayon Uatkom Əyaləti, Vaşinqton
Mer Kelli Linville
Tarixi və coğrafiyası
Əsası qoyulub 29 İyul, 1904
Sahəsi 74.85 km²
Mərkəzin hündürlüyü 22 m
Saat qurşağı UTC−8 , yayda UTC−7
Əhalisi
Əhalisi 80.885 nəfər (2010)
Sıxlığı 1153.2 nəf./km²
Etnoxronim Bellinghamster
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 360
Poçt indeksi 98225, 98226, 98229
Digər
cob.org  (ing.)
Bellinqham xəritədə
Bellinqham
Bellinqham
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazidə uzun müddət Sahil Saliş dilində danışam Lummi, Nuksak və Semiyahmu qəbiləsindən olan hindular məskunlaşmışdı[2],[2]. Onlar balıq, molyusk, maral və bitiki ilə qidalanırdılar [3],[4].

Şəhərin yaranması 19-cu əsrin sonlarına təsadüf edir.

Orta illik temperatur 10.9 °C-dir. Ən isti ay Avqust (orta aylıq temperatur 17.7 °C), ən soyuq ay Dekabrdır (orta aylıq temperatur 4.7 °C). Ən yüksək temperatur 33.3 °C, ən aşağı temperatur isə -15.6 °C olmuşdur.

Orta illik yağıntı miqdarı 896.6 mm-dir.[5]


Bellinqham şəhərinin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 18,3 18,9 25,6 24,4 28,3 28,9 33,3 32,8 28,9 23,9 20,0 18,3 33,3
Maksimum orta, °C 8,6 9,9 12,0 14,7 17,8 20,5 23,0 23,1 19,9 15,1 10,8 7,9 15,3
Orta temperatur, °C 5,3 5,9 7,8 10,1 13,1 15,6 17,6 17,7 15 11 7,4 4,7 10,9
Minimum orta, °C 2,0 2,1 3,7 5,4 8,2 10,7 12,2 12,4 10,1 7,0 4,1 1,4 6,6
Mütləq minimum, °C −12,8 −15 −8,3 −2,2 −1,1 2,8 6,1 6,7 2,8 −5 −15,6 −14,4 −15,6
Yağıntı norması, mm 116,8 73,7 78,7 66 63,5 45,7 27,9 33 45,7 91,4 147,3 104,1 896,6
Mənbə: http://www.weatherbase.com/weather/weatherall.php3?s=61737&cityname=Bellingham%2C+Washington%2C+United+States+of+America&units=


2010-cu il əhalinin siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 80885 nəfər əhali, 34671 şəxsi təsərrüfat və 16129 ailə vardı. Əhalinin sıxlığı 1153.2 nəfər/km²-di. Burada 36760 ev var və evlərin sıxlığı 524.1/km²-di. Əhalinin etnik tərkibini 84.9%-i Ağ amerikalılar, 1.3%-i Afroamerikalılar, 1.3%-i Hindilər, 5.1%-i Asiyalılar, 0.3%-ni Okeaniya adalarından olanlar, 2.8%-i digər irqdən olanlar və 4.3%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

34671 şəxsi təsərrüfatın 21.1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 34.2%-ində evli ailə, 8.9%-ində əri olmayan qadın, 3.5%-ində arvadı olmayan kişi, 53.5%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 35.3%-ində tək bir şəxs və 10.8%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.18 nəfər, hər ailədə isə ortalama 2.79 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 31.3-dür. Əhalinin 15.6%-i 18 yaşdan kiçik, 23.5%-i 18-24 yaş arasında, 25.9%-i 25-44 yaş arasında, 22%-i 45-65 yaş arasında, 12.8%-i isə 65 yaşdan böyükdür. Əhalinin 48.8%-i kişi, 51.2%-i qadındır.[1]

2000-ci il əhalinin siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 67171 nəfər əhali, 27999 şəxsi təsərrüfat və 13990 ailə vardı. Əhalinin sıxlığı 957.7 nəfər/km²-di. Burada 29474 ev var və evlərin sıxlığı 420.2/km²-di. Əhalinin etnik tərkibini 87.9%-i Ağ amerikalılar, 1.0%-i Afroamerikalılar, 1.5%-i Hindilər, 4.2%-i Asiyalılar, 0.2%-ni Okeaniya adalarından olanlar, 2.2%-i digər irqdən olanlar və 3.1%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

27999 şəxsi təsərrüfatın 23.1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 37.5%-ində evli ailə, 9.2%-ində əri olmayan qadın, 3.3%-ində arvadı olmayan kişi, 50.0%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 33.0%-ində tək bir şəxs və 10.3%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.24 nəfər, hər ailədə isə ortalama 2.83 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 30.4-dür. Əhalinin 17.7%-i 18 yaşdan kiçik, 23.9%-i 18-24 yaş arasında, 26.5%-i 25-44 yaş arasında, 19.5%-i 45-65 yaş arasında, 12.4%-i isə 65 yaşdan böyükdür. Hər 100 qadına 92.7 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 90.5 kişi düşür.

Hər şəxsi təsərrüfatın orta illik gəliri $32,530, hər ailənin orta illik gəliri isə $47,196 təşkil edir. Kişilərin orta illik gəliri $35,288, qadınların orta illik gəliri isə $25,971 olmuşdu. Şəhərdə adam başına düşən illik gəlir $19,483 olmuşdu. Ailələrin 9.4%-i, əhalinin isə 20.6%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 17.2%-ini 18 yaşdan kiçik olanlar, 9.0%-ini isə 65 yaşdan böyük olanlar təşkil edir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Belliqnham 7 şəhərlə qardaşlaşmışdır.[6][7][8]

  1. 1 2 "US Census". 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-12.
  2. 1 2 "Bellinghamster". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
  3. "http://www.u-s-history.com/". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
  4. "HistoryLink". 2016-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
  5. "WeatherBase". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  6. "Bellingham Sister Cities Association". 2015-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  7. "Sister Cities". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  8. "Lt. Governor Owen". 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  9. "Tateyama Şəhərinin Rəsmi İnternet Səhifəsi". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  10. "Port Stefens Rəsmi İnternet Səhifəsi". 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  11. "Naxodka Şəhərinin Rəsmi İnternet Səhifəsi". 2015-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  12. "Çeongcu Şəhərinin Rəsmi İnternet Səhifəsi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.