Sadden-Valli (Vaşinqton)

Sadden-Valli (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur.[3]

Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi
Sadden-Valli
ing. Sudden Valley
48°43′13″ şm. e. 122°20′25″ q. u.HGYO
Ölkə  ABŞ
Ştat [[Vaşinqton]]
Qraflıq [[Uotkom]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1973
Sahəsi 21.0[1]
Mərkəzin hündürlüyü 207[2]
Saat qurşağı UTC−8 , yayda UTC−7
Əhalisi
Əhalisi 6441 [3] nəfər (2010)
Sıxlığı 400.1 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 360
Poçt indeksi 98229
Digər
suddenvalley.com  (ing.)
Sadden-Valli xəritədə
Sadden-Valli
Sadden-Valli
Sadden-Valli xəritədə
Sadden-Valli
Sadden-Valli

Sadden-Valli ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı.[4]

Sadden-Valli 48°43′13″ şm. e. 122°20′25″ q. u.HGYO (48.720311, −122.340219) kordinatlarında, Uotkom gölünün sahilində yerləşir. Ümumi ərazisi 21.0 km² olub, bunun 16.1 km² quru, 4.9 km² isə sudur.[1]

Ən isti ay iyul, ən soyuq ay dekabrdır. Ən yüksək temperatur 33,0 °C (30 iyul, 2009 və 11 avqust 1990-cı il tarixlərində), ən aşağı temperatur isə −16.0 °C (27 noyabr, 1985-ci il tarixində) olmuşdur.

Orta illik yağıntı miqdarı 849 mm-dir.[5]

Sadden-Vallinin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 18,0 19,0 26,0 24,0 28,0 29,0 33,0 33,0 29,0 24,0 20,0 18,0 33,0
Maksimum orta, °C 9,0 10,0 12,0 15,0 18,0 21,0 23,0 23,0 20,0 15,0 11,0 8,0 15,4
Minimum orta, °C 2,0 2,0 4,0 5,0 8,0 11,0 12,0 13,0 10,0 7,0 4,0 1,0 6,6
Mütləq minimum, °C −13 −15 −8 −2 −1 3,0 6,0 7,0 3,0 5,0 −16 −14 −16
Yağıntı norması, mm 116 76 78 65 63 47 27 33 46 92 148 104 849
Mənbə: http://www.weather.com/weather/monthly/l/USWA0741:1:US


2010-cu il əhalinin siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 6441 nəfər əhali, 2561 şəxsi təsərrüfat və 1842 ailə vardı. Əhalinin sıxlığı 400.1 nəfər/km²-di. Burada 2892 ev var və evlərin sıxlığı 179.6/km²-di. Əhalinin etnik tərkibini 91,3%-i Ağ amerikalılar, 0,9%-i Afroamerikalılar, 0,8%-i Hindilər, 1,9%-i Asiyalılar, 0,2%-ni Okeaniya adalarından olanlar, 1,1%-i digər irqdən olanlar və 3,8%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

2561 şəxsi təsərrüfatın 33,1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 61,1%-ində evli ailə, 7,6%-ində əri olmayan qadın, 3,2%-ində arvadı olmayan kişi, 28,1%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 19,1%-ində tək bir şəxs və 5,8%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.52 nəfər, hər ailədə isə ortalama 2.87 nəfər vardı.

Yaşayış məntəqəsi əhalisinin orta yaşı 38.9-dur. Əhalinin 23,3%-i 18 yaşdan kiçik, 6,5%-i 18–24 yaş arasında, 28,6%-i 25–44 yaş arasında, 29,0%-i 45–65 yaş arasında, 12,6%-i isə 65 yaşdan böyükdür. Əhalinin 49,7%-i kişi, 50,3%-i qadındır.[3]

2000-ci il əhalinin siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 4165 nəfər əhali, 1675 şəxsi təsərrüfat və 1185 ailə vardı. Əhalinin sıxlığı 258.1 nəfər/km²-di. Burada 1984 ev var və evlərin sıxlığı 123.0/km²-di. Əhalinin etnik tərkibini 92,24%-i Ağ amerikalılar, 0,79%-i Afroamerikalılar, 1,61%-i Hindilər, 1,97%-i Asiyalılar, 0,12%-ni Okeaniya adalarından olanlar, 0,91%-i digər irqdən olanlar və 2,35%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

1675 şəxsi təsərrüfatın 31,4%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 61,5%-ində evli ailə, 6,1%-ində əri olmayan qadın, 3,2%-ində arvadı olmayan kişi, 29,2%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 20,7%-ində tək bir şəxs və 4,9%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.49 nəfər, hər ailədə isə ortalama 2.87 nəfər vardı.

Yaşayış məntəqəsi əhalisinin orta yaşı 37.7-dir. Əhalinin 23,5%-i 18 yaşdan kiçik, 8,2%-i 18–24 yaş arasında, 30,5%-i 25–44 yaş arasında, 28,3%-i 45–65 yaş arasında, 9,6%-i isə 65 yaşdan böyükdür. Hər 100 qadına 105.7 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 102.2 kişi düşür.

Hər şəxsi təsərrüfatın orta illik gəliri $51,843, hər ailənin orta illik gəliri isə $60,250 təşkil edir. Kişilərin orta illik gəliri $45,568, qadınların orta illik gəliri isə $33,565 olmuşdu. Yaşayış məntəqəsində adam başına düşən illik gəlir $24,563 olmuşdu. Ailələrin 4,3%-i, əhalinin isə 6,4%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 6,0%-ini 18 yaşdan kiçik olanlar, 4,0%-ini isə 65 yaşdan böyük olanlar təşkil edir.[3]

  1. 1 2 "2015 U.S. Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr, 2015.
  2. "U.S. Board on Geographic Names (BGN)" (ingilis). USGS. İstifadə tarixi: 27 oktyabr, 2015.[ölü keçid]
  3. 1 2 3 4 "American Fact Finder" (ingilis). US Census Bureau. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr, 2015.
  4. "Hello Sudden Valley" (ingilis). 2015-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr, 2015.
  5. "Sudden Valley, WA Monthly Weather Forecast" (ingilis). Weather.com. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]