Sumas (ing. Sumas) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1307 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. Şəhər ərazisində 24 saat fəaliyyət göstərən sərhəd keçid məntəqəsi vardır.
Şəhər | |
Sumas | |
---|---|
ing. Sumas | |
48°59′50″ şm. e. 122°15′56″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Region | [[Vaşinqton ştatı]] |
Rayon | Uatkom Əyaləti, Vaşinqton |
Mer | Bob Bromley |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 18 İyun, 1891 |
Sahəsi | 3.83 km² |
Mərkəzin hündürlüyü | 13 m |
Saat qurşağı | UTC−8 , yayda UTC−7 |
Əhalisi | |
Əhalisi | 1.307 nəfər (2010) |
Sıxlığı | 341.0 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 360 |
Poçt indeksi | 98295 |
Digər | |
City of Sumas (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Sumas sözünün mənası "ağaçsız torpaq" deməkdir. 1850-ci ildə əraziyə ağdərililər gəldikdə burada Nuksak qəbiləsindən olan hindular yaşayırdılar.[1] 1872-ci ildə Robert Conson burada yaşamağa başlayan ilk ağdərili oldu.[2] 1875-ci ilin sonunda Bellinqhamdan indiki Everson şəhərinin ərazisinə ilk yol çəkilsə də, hələ də bu ərazidən Sumasa getmək üçün yeganə vasitə su yolu idi. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı.[1] 24 aprel 1889-cu ildə qəsəbənin ərazisi qeydə alındı.[2] Əvvəllər ərazidə yaşayanlar çadırlarda yaşasalarda 1890-cı ildə ilk bina tikildi. Bu binada mağaza və meyxana yerləşirdi.[1] 18 iyun 1891-ci ildə rəsmi olaraq qeydiyyata alındı. Artıq şəhər 3 böyük dəmiryolunun mərkəzi idi. Əhalisi 2000-ə çatmışdı. Sərhəd keçid məntəqəsi yaradıldı.[2] 1892-ci ildə məktəb binası inşa edildi. 1892–1897-ci illər şəhər üçün böhran dövrü oldu. Bir çox insan buranı tərk etdi. Lakin 23 avqust 1897-ci ildə Jack Post tərəfindən yaxın ərazidə qızılın kəşf edilməsi şəhərin yenidən inkişafına təkan verdi. Əhalinin sayı təkrar 2000 nəfərə çatdı. Burada artıq 2 qəzet, 5 otel, 3 dükan və 2 xəstəxana fəaliyyət göstərirdi.[1] The Lone Jack Mind (daha sonralar Post adı ilə) 1924-cü ilə qədər fəaliyyət göstərdi. Ərazidə fəaliyyət göstərən ikinci mədən olan Boundary Red Mountain Mine 1913–1946-cı illərdə 1 milyon dollardan artıq dəyərdə qızıl hasil etdi.[2] Sumas tarixində ikinci əhəmiyyətli hadisə 1920-ci illərdə keçirilməyə başlayan rodeo yarışları oldu.[2] 1923-cü ildə 5000, 1924-cü ildə 25000, 1925-ci ildə isə 40000-dən artıq insan bu yarışlarda iştirak etdi. 1930–1986-cı illərdə Böyük böhran səbəbi ilə bu yarış dayandırıldı.1937-ci ildə təkrar yarışlara başlanılsa da, 1940-cı ildə İkinci dünya müharibəsi səbəbi ilə daimi təxirə salındı. Hal-hazırda şəhərdə kiçik rodeo yarışları təşkil olunur.[1] 1990-cı ilin noyabr ayında baş vermiş sel daşqınları nəticəsində əraziyə milyonlarla dollar ziyan dəymişdir[3]. 1999-cu ildə şəhərdə Sumas 2 adlı yeni elektrik stansiyası tikilməsi haqqında təklif verilsə də, 2006-cı ildə bu proyekt təxirə salındı.[4]
Orta illik temperatur 10,5 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 18,5 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 3,5 °C). Ən yüksək temperatur 38,0 °C, ən aşağı temperatur isə −16.4 °C olmuşdur.
Orta illik yağıntı miqdarı 1577 mm-dir.[5]
Sumas şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 18,1 | 19,3 | 25,0 | 29,0 | 32,0 | 34,0 | 38,0 | 35,0 | 33,0 | 27,0 | 19,2 | 17,2 | 38,0 |
Maksimum orta, °C | 7,3 | 9,8 | 12,3 | 16,0 | 19,3 | 21,9 | 25,3 | 25,4 | 22,7 | 16,0 | 10,4 | 7,0 | 16,1 |
Orta temperatur, °C | 3,5 | 4,5 | 7,0 | 10,0 | 13,0 | 15,5 | 18,5 | 18,0 | 15,5 | 10,5 | 6,0 | 3,5 | 10,5 |
Minimum orta, °C | 0,1 | 0,5 | 2,2 | 4,5 | 7,5 | 10,3 | 12,0 | 11,8 | 9,0 | 5,9 | 2,7 | 0,1 | 5,6 |
Mütləq minimum, °C | −16,4 | −15,3 | −7,4 | −3 | 0,0 | 4,0 | 6,2 | 6,0 | 1,5 | −4,6 | −11,6 | −15 | −16,4 |
Yağıntı norması, mm | 232,0 | 122,8 | 154,0 | 116,4 | 91,7 | 79,0 | 41,2 | 54,2 | 67,8 | 158,9 | 250,8 | 208,5 | 1.577 |
Mənbə: http://www.meoweather.com/history/United%20States/na/49.0002778/-122.2636111/Sumas.html |
2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 1307 nəfər əhali, 482 şəxsi təsərrüfat və 329 ailə vardı. Əhalinin sıxlığı 341.0 nəfər/km²-di. Burada 531 ev var və evlərin sıxlığı 138.5/km²-di. Əhalinin etnik tərkibini 83,7%-i Ağ amerikalılar, 1,5%-i Afroamerikalılar, 2,4%-i Hindilər, 1,5%-i Asiyalılar, 6,6%-i digər irqdən olanlar və 4,2%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
482 şəxsi təsərrüfatın 39,8%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 49,6%-ində evli ailə, 11,6%-ində əri olmayan qadın, 7,1%-ində arvadı olmayan kişi, 31,7%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 26,3%-ində tək bir şəxs və 6,4%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.71 nəfər, hər ailədə isə ortalama 3.27 nəfər vardı.
Şəhər əhalisinin orta yaşı 30.6-dır. Əhalinin 28,8%-i 18 yaşdan kiçik, 12,1%-i 18–24 yaş arasında, 27,2%-i 25–44 yaş arasında, 21,3%-i 45–65 yaş arasında, 10,6%-i isə 65 yaşdan böyükdür. Əhalinin 49,2%-i kişi, 50,8%-i qadındır.[6]
2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 960 nəfər əhali, 346 şəxsi təsərrüfat və 236 ailə vardı. Əhalinin sıxlığı 264.8 nəfər/km²-di. Burada 401 ev var və evlərin sıxlığı 110.6/km²-di. Əhalinin etnik tərkibini 86,15%-i Ağ amerikalılar, 3,23%-i Hindilər, 4,17%-i Asiyalılar, 4,79%-i digər irqdən olanlar və 1,67%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
346 şəxsi təsərrüfatın 39,9%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 51,2%-ində evli ailə, 11,3%-ində əri olmayan qadın, 5,7%-ində arvadı olmayan kişi, 31,8%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 26,6%-ində tək bir şəxs və 9,2%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.77 nəfər, hər ailədə isə ortalama 3.42 nəfər vardı.
Şəhər əhalisinin orta yaşı 31-dir. Əhalinin 35,0%-i 18 yaşdan kiçik, 8,2%-i 18–24 yaş arasında, 29,0%-i 25–44 yaş arasında, 17,6%-i 45–65 yaş arasında, 10,2%-i isə 65 yaşdan böyükdür.
Hər şəxsi təsərrüfatın orta illik gəliri $29,297, hər ailənin orta illik gəliri isə $36,250 təşkil edir. Kişilərin orta illik gəliri $30,227, qadınların orta illik gəliri isə $20,268 olmuşdu. Şəhərdə adam başına düşən illik gəlir $13,497 olmuşdu. Ailələrin 13,9%-i, əhalinin isə 18,0%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 23,1%-ini 18 yaşdan kiçik olanlar, 14,9%-ini isə 65 yaşdan böyük olanlar təşkil edir.