Qışlaq — sığırxana, yataq və yaşayış evlərini özündə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur.
Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu.
Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir.