Xaçmazqışlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Xaçmazqışlaq | |
---|---|
40°59′04″ şm. e. 47°36′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Oğuz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 464 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 557 nəfər |
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Rayon mərkəzindən 30 km cənub-şərqdə, Xaçmaz kəndinin cənubunda, Ağçayın sağ sahilində yerləşir. Xaçmaz İnzibati Ərazi Dairəsinə daxildir. "Xaçmaz" sözünün mənasını yuxarıda aydınlaşdırdıq. "Qışlaq" isə — qışı keçirmək üçün bina və s. olan yer, oba, kənd" mənasındadır[1]. Kəndin əhalisi (557 nəfər) heyvandarlıq, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Oğuz-Xaçmaz avtobus marşrutları Xaçmazqışıaq kəndinin yaxınlığından keçir.
Xaçmazqışlaq Qalaçayın sahilində Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin ərazisi vaxtilə Xaçmaz kəndinə məxsus qışlaq yeri olmuş, tədricən daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Xaçmaz kəndinə məxsus qışlaq" mənasındadır.[2]
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |