Qərbi Macarıstan Universiteti

Qərbi Macarıstan Universiteti (mac. Nyugat-magyarországi Egyetem, NYME) — Macarıstanın Şopron şəhərində yerləşən ali təhsil müəssisəsi.

Qərbi Macarıstan Universiteti
Soproni Egyetem
Loqonun şəkli
Xəritə
47°40′49″ şm. e. 16°34′38″ ş. u.
Əsası qoyulub 22 iyun 1735[1]
Tip Dövlət
Şəhər Şopron şəhəri
Ölkə
Sayt uni-sopron.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərbi Macarıstan Universitetinin əsası 22 iyun 1735-ci ildə qoyulmuşdur[1].

Universitetin 6 fakültəsi var.

  • Benedek Elek Pedaqoji fakültəsi
  • İncəsənət fakültəsi
  • İqtisadiyyat fakültəsi
  • Meşəçilik fakültəsi
  • Təbiət elmləri fakültəsi
  • Ağac sənayesi fakültəsi

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qərbi Macarıstan Universiteti dünyanın müxtəlif ölkələrinin 250-dən çox xarici ali təhsil və elmi-tədqiqat institutları ilə beynəlxalq əlaqələrə malikdir. Bu qurumlardan 205-i Avropada, 45-i isə digər qitələrdə yerləşir. Bu əməkdaşlıqlara həmçinin tələbə mübadiləsi də daxildir. Bağlanmış beynəlxalq müqavilələr, Boloniya prosesinə uyğun olaraq, universitet tələbələrinin xaricdə məlumat əldə etməsini, digər ölkələrin mədəniyyətlərini öyrənməsini və xarici dil biliklərinin inkişaf etdirməsini mümkün etməkdədir. 2009/10 tədris ilində 122 tələbə ümumilikdə 524 ay ərzində xaricdə təhsil almış və ya işlə bağlı təcrübələr keçmişdir[2].

  1. 1 2 The years of establishment (1735-1808-1846) Arxivləşdirilib 2017-05-27 at the Wayback Machine. uniwest.hu
  2. "International Affairs" (ingilis). uniwest.hu. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • uniwest.hu — Qərbi Macarıstan Universitetinin rəsmi saytı