Kapoşvar Universiteti (ing. University of Kaposvár, mac. Kaposvári Egyetem) — Macarıstanın Cənubi Transdanubia regionunda yerləşən ən böyük universitetlərdən biridir. Universitet ölkənin təhsil şəhərlərindən hesab edilən Kapoşvarda yerləşir və 1 yanvar 2000-ci il tarixdə Macarıstan Parlamenti tərəfindən əsası qoyulub, bununla da bütün fakültələr və kolleclər Kapoşvarda fəaliyyət göstərməyə başlayıb.
Kapoşvar Universiteti | |
---|---|
46°22′48″ şm. e. 17°49′48″ ş. u.HGYO | |
Əsası qoyulub | 2000 |
Tip | Dövlət |
Şəhər | Kapoşvar |
Ölkə | |
Sayt | ke.hu |
Macarıstan ali təhsil sisteminin yenidən strukturlaşdırılması ilə Kapoşvar Universitetinin 1 yanvar 2000-ci ildə əsası qoyuldu. Macarıstan Parlamentinin qərarına əsasən, onun əsasını qoymuş qanuni sələfləri birləşmiş və iki fakültə və iki tədqiqat institutları da bu birləşmənin daxilində yer almışlar.
Bu inteqrasiya prosesindən əvvəl Kapoşvar Universitetini təşkil edən sələf institutları təhsilin və tədqiqatların bir çox sahələrində uğurla əməkdaşlıq edirdilər. Bu əməkdaşlığın əsas motivatorları onların elmi sahələrinin qarşılıqlı sərfəli tamamlanması və müəllimlər və tədqiqatçılar arasında olan əlamətdar insani və iş münasibətləri idi.
Kapoşvar Universiteti tərəfindən hazırlanan institusiyonal tanınma planı Təhsil Hazirliyi tərəfindən 2000-ci ildə "A" dərəcəsi almışdı. Universitet gələcəyinin necə görməsinə aid institusiyonal tanınma planı tərtib etmişdi. Təhsil, tədqiqat və xidmət strategiyası bunun insan resursları və infrastruktur inkişafı konseptləri ilə birlikdə həyata keçməsini tələb edirdi. Yeni təhsil bina kompleksi, çox funksional tələbə mərkəzi, yeni mərkəzi kitabxana və 347 tələbə üçün yeni müasir tələbə hostelinin tikilməsi bitmişdi. Yeni binalar və kampusun ümumi sahəsi 14502 m² qədərdir.[1]
Kapoşvar Universitetinin Diaqnostik Vizualizasiya və Şualanma Onkologiya İnstitutu dünya şöhrətli professor-tədqiqatçı bazasına malik olduğu üçün öyünür və heyvanların elmi tədqiqatında geniş şəkildə araşdırması, torpaq tədqiqatı, meşə-ağac sənayesi, geologiya, fizika, arxeologiya kimi dinamik şəkildə inkişaf edən fərqli dissiplərindən başqa insan diaqnostika xidmətlərinin təmin edilməsi, əməkdaşlıq edilən institutlar və şirkətlərlə artan tələbatı təmin etmək üçün vizualizasiya diaqnostikasını tətbiq edir. İnstitutun tədqiqat heyəti geniş beynəlxalq münasibətləri saxlayaraq təhsil, tədqiqat və insan diaqnostikası sahələrində Kapoşvar Universitetinin üçün dünyada tanınmasını əldə edir.[2] İnstitut müasir CT və MR avadanlıqlarına sahibdir, radioterapik tədqiqatlar və insan diaqnostika xidmətləri üçün infraastrukturasnı təmin etmək üçün keyfiyyətli insan resurslarının inkişafını yeni onkoradiologiya bina kompleksinin reallaşdırması ilə birləşdirib.
Hazırda təhsil və tədqiqatlar fəaliyyəti dörd fakültə və beş əməkdaş institutlar tərəfindən keçirilir. Burada elmi iş ən müasir avadanlıqlarla təmin edilir.[3]
Yem Bitkiləri Araşdırma İnstitutu yağlı bitkilərin, zülal bitkilərin, yem bitkilərinin selektiv bəcərilməsi və olardan yüksək keyfiyyətli toxumlararın istehsal etməsi üzərində çalışır. İnstitutun sələfinin 1936-cı ildə əsası qoyulub və geniş münasibətlərlə ən böyük günəbaxan becərilmə mərkəzlərindən birinə inkişaf edib.[8]
Sağlamlıq Mərkəzi aktiv olaraq universitetin hazırkı təhsilində və məzun olduqdan sonrakı təhsilində baytarlıq, tibb və sağlamlıq elmləri sahələrindəki teoretik və praktiki treynnqlərini təmin edərək iştirak edir. Kapoşvar Universitetinin Diaqnostik Vizualizasiya və Şualanma Onkologiya İnstitutunun əsası 1989-cu ildə qoyulub. Qabaqcıl kəsəseksiyalı diqanostik vizual texnologiyası həm insan sağlamlığında, həm də heyvanların elmi tədqiqatlarında istifadə edilir.[9]
Pannon Atçılıq Akademiyası Kapoşvar Universitetinin əsas hissələrindən biridir. Akademiya bir çox hallarda universitetin təhsil proqramında aktiv rol oynayır, əsasən də atçılıq idman növündə ixtisaslaşan tələbələrin təhsil və treyninqlərində. Buranın unikal infrastrukturu bu sahə üzrə həm teoritik, həm də praktiki öyrənməni eyni zamanda yüksək səviyyədə etməsini mümkün edir.[10]
Bözenfa Ovçuluq və Ladşaft Mərkəzi Macarıstanın ən böyük maral fermasıdır. Jeliç təpələrində yerləşən kiçik kənd olan Bözenfada Kapoşvar Universitetinin Ovçuluq və Landşaft Mərkəzi fəaliyyət göstərir. Mərkəz eksperimental proqram kimi fəaliyyətə başlamışdı, indi isə ora Mərkəzi Avropanın ən vacib ehtiyatlarından biridir və iyirmi illik ənənəyə malikdir. 1300 qektar sahədə 1500-dən çox qırmızı maral, 300 vəhşi qaban, 200 qırmızı-sarımtıl maral, 150 muflon və təxminən 50 cüyür yaşayır. Həmçinin, malqara, qoyun sürüsü, donuz, atlar, ulaqlar, keçilər və su çamışları kimi ev heyvanlarını da çoxaldırılır. Mərkəzin fərqli fəaliyyəti Macarıstanda təkdir, çünki ovçuluq, bitki becərilməsi, meşə təsərrüfarı, ov, ət emalı prosesi və turizm eyni məkanda yerləşir. Bura bir çox tədqiqat layihələrinin hissəsi olur və Kapoşvar Universiteti tələbələrinin teoretik və praktiki qiymətləndirilməsinə öz töhfəsini verir.[11]
Kapoşvar Universitetindəki dünyaşöhrətli unikal PET/MR Mərkəzi genetik, molekulyar bioloji, təbii kimyəvi, nevroloji və radiobioloji tədqiqat sahələrində dünya liderlərinə çatmaq üçün əsası qoyulub. Bura dünyada yalnız 50 çeşid olan MRI skaner, kompleksli radiokimyəvi laboratoriya və PET/CT avadanlıqları ilə təchiz edilmiş Mərkəzi Avropdada ilk fəaliyyət göstərən mərkəzdir.[12]
Bakalavr proqramları:
Magistratura proqramları:
Ali peşə təhsili:
Gələcək üçün nəzərdə tutulan proqramlar:
Magistratura proqramları:
Bakalavr:
Ali peşə təhsili:
Magistratura proqramları:
Bakalavr proqramları:
İngilis dilində proqramlar:
Ali peşə təhsili:
Xüsusi treyninq proqramları:
Bakalavr proqramları:
Magistratura proqramları:
Ali peşə təhsili:
Xüsusi treyninq proqramları:
Kapoşvar Universitetinin dotorantura məktəbləri Heyvan Elmləri, İdarəetmə və Təşkilat Elmlərində geniş proqramların sahəsi üzrə ən istedadlı tələbələrin peşəkar və intellektual inkişafına töhfəsini verir. Hər iki doktorantura məktəblərdə innovativ mütəxəssislərdən əlavə təzə tələbələri tədqiqat və inkişaf instituları da daxil olmaqla ali təhsil instututlarına və PhD elm dərəcəsi ilə biznes sektorunda innovativ şirkətlərə hazırlayırlar. Doktorluq fəaliyyəti yuxarıda adı çəkilən proqramlar üzrə aparılır və tələbələrin individual iştirak etdiyi təcrübə və sınaq üzərində əsaslanıb. Bunlar da tələbələrin tələb olunan peşəkar təcrübənin əldə edilməsini təmin edir.[18]
Kapoşvar Universiteti beynəlxalq münasibətlərin aktivlik və araşdırma fəaliyyətində həm tələbələr, həm də müəllimlər üçün inkişaf etməsində maraqlıdır. Regionda ən innovativ universitetdə təhsil almaq üçün onlara ən yaxşı xidmət və imkanların yaradılmasına çalışılır. Universitetin beynəlxalq komandası öz partnyor institutlarla əməkdaşlıq edir və universitetin departamentləri tələbələrin həm Kapoşvarda, həm də xaricdə yüksək keyfiyyətli ali təhsillərinin alınmasını təmin edir
Stipendium Hungaricum Macarıstan Dövləti tərəfindən əsası qoyulan təqaüd proqramıdır. Stipendium Hungaricum təqaüd proqramının təhsil məqsədi beynəlmiləlləşdirməni və Macarıstan ali təhsilinin keyfiyyət inkişafını təşviq etmək, Macarısta elmi elitasının beynəlxalq münasibətlərini gücləndirmək, Macarıstan ali təhsil institutlarının müxtəlifliyini artırmaq və rəqabətədavamlı Macarıstan ali təhsilini dünyada təşviq etmək.
Vışeqrad təqaüdləri magistratura və doktorantura təhsili, tədqiqatını təmin edir, V4 regionunda ali təhsil instututlarında təhsil almanı reallaşdırır. Həmçinin, təqaüd proqramı Qərbi Balkan və Şərqi Tərəfdaşlıq ölkələri üçün də keçərlidir.[19]
Kapoşvar Universitetinin Kitabxanasının əsası 2000-ci ildə qoyulub. Kitabxana universitet kampusunun mərkəzində yerləşir. Ümumi sahəsi 1700 m², iki böyük oxucu zalına malikdir, ödənişsiz WiFi, 150 oturacaq və bəzi texnologiya xitmətləri də var (kompüterlər, ksero və fotokopiya, print). Kitabxana universitetin dörd fakültəsinin istəklərini və ehtiyaclarını ödəyir, humanitar və sosiyal elmlər, iqtisadiyyat, kənd təsərrüfatı elmləri, incəsənət ədəbiyyatını geniş miqyasda təmin edir. Kitabxananın ehtiyatı 200000-dən çox sənəddən ibarətdir, onların çox hissəsi ictimai açıq yerdə saxlanılır. Kitabxanadakı iş prosesi Aleph 500 inteqrallaşdırlımış kitabxana idarəetmə sistemi ilə avtomatlaşdırlıb. Kitabxana hər il 200-ə yaxın yeni sənəd alır və abunə olduğu jurnalların sayı 300-ə yaxındır.[20]
Kapoşvar Universitetinin tələbələri üç tələbə hostellərində yaşayır.
2005-ci ilin sentyabrında tikilən və 350 nəfərlik olan Yeni Tələbə Hostelinin otaqları iki nəfərlikdir və otaqlarda duş və ayaqyolu da var. Otaqla kabelli TV ilə və hər tələbə üçün internet bağlantı ilə təchiz edilib. Hosteldə həmçinin qida maqazini və kafe də fəaliyyət göstərir, həmçinn kompüter zalı, idman zalı və sauna, camaşırxana, hər mərtəbədə mətbəx yerləşir. Bütün bu yerlər hostel sakinlıəri üçün ödənişsizdir.
Tam təmirdən sonra Çukaş Zoltan Tələbə Hosteli 2007-ci ilin noyabrından istifadəyə verildi. Bina yeni müasir mebellə təchiz olunub. Otaqlar iki çarpayılıdır və əl-üz yumaq üçün avadanlıqla, kabel TV, internet bağlantı ilə təchiz edilib. Duş və ayaqyolu dəhlizdədir və hər mərtəbədə mətbəx də var. Kompüter zalı, ümumi oxu zalı və camaşırxana ödənişsizdir.
Kafka Margit Tələbə Hosteli üç çarpayılı otaqlardan ibarətdir. Orada ümumi duşlar, ayaqyolu və mətbəxlər hər ərtəbədə var. Hosteldə həmçinin kompüter zalı, ümumi oxu zalı, idman zalı və camaşırxana da fəaliyyət göstərir və bu yerlər ödənişsizdir. Əlil tələbələr Yeni Hosteldəki altı otaqda və Çukaş Zoltan Hostelindəki iki otaqda yaşaya bilərlər. Bu otaqlarda bütün şərait var, binalarda həmçinin bu tələbələr üçün xüsusi girişlər də var.[21]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |