Əliyev Qəzənfər Kərim oğlu (26 may 1927, Gəncə – 17 iyul 1984, Kirovabad) — Azərbaycanlı "Fəxri Dəmiryolçu", Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR-i Dövlət Mükafatı Laureatı (1978), Azərbaycan SSR Ali Sovetinin deputatı (VIII, IX və X çağırışlar 1971–1984) , Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.
Qəzənfər Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 may 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1984 (57 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri |
|
Əliyev Qəzənfər Kərim oğlu 1927-ci ilin may ayının 26-da Gəncə şəhərində anadan olub. Q.Əliyev orta məktəbi başa vurduqdan sonra Gəncə dəmir yol peşə məktəbinə daxil olub və 1945-ci ildə həmin məktəbi bitirib. 1945-ci ildən Gəncə Lokomotiv Deposunda əvvəlcə parovoz köməkçisi, sonradan 1948-ci ildən maşinist kimi əmək fəaliyyətini davam etdirmişdir. Ömrünün sonuna qədər Gəncə Lokomotiv Deposunda maşinist kimi fəaliyyət göstərib. Onun çalışdığı zaman parovozlar və teplovozlar normativ olaraq 1800 tona qədər yük daşımağa malik idi, ancaq bəzən 2500–3000 tona da catdırmaq mümkün idi. Lakin belə halda qatara yedəkçi lokomotivdə qoşulurdu. İlk dəfə, məhz Qəzənfər Əliyev öz təşəbbüsü və bacarığı nəticəsində, yedəkçi lokomotivlərdən imtina edərək, peşəkarlığı sayəsində normadan artıq yük daşınmasını təmin edərək, külli miqdarda yanacağa və dövlət vəsaitinə qənaət etmiş oldu. Bunun nəticəsi olaraq, SSRİ-nin bütün güşələrindən lokomotiv işçiləri onun iş prinsiplərini və təçrübəsini öyrənmək ücün Gəncəyə gəldilər.
1 avqust 1959-cu ildə bu nailiyyətə görə, Qəzənfər Əliyevə SSRİ-nin yüksək ordenlərindən biri "Lenin ordeni" ilə təltif edildi və "Fəxri Dəmiryolçu" adına layiq görüldü. Başçılıq etdiyi kollektivə "Kommunist əməyi briqadası" adı verildi.
70-ci illərin əvvəlində Gəncə Lokomotiv Deposunda parovozları elektrovozlar əvəz etdi və yük daşıma qabiliyyəti 1800 tonnan 3000 tonadək yüksəldi. Bu illər ərzində, Q.Əliyev yenədə təşəbbüs irəli sürərək, normadan artıq yük daşınsın təşəbbüsünü irəli sürdü və sözünün üstündə durdu. 1971-ci ilin may ayının 4-də daşınma yükünü 5000 tona çatdırmağına görə SSSR-nin yüksək mükafatı olan "Oktyabr İnqilabı" ordeni ilə təltif edildi.
1978-ci ildə Q.Əliyev yeni rekorda imza atmağa nail oldu. Həmkarı, Moskva Lokomotiv Deposunun maşinisti 2 dəfə Əmək Sosialist Qəhrəmanı Viktor Fadeyevic Sokolov 10 min ton yüklü qatarı iki lokomotivlə 235 km sürmüşdü, Qəzənfər Əliyev isə bir lokomotivlə 10 min 100 ton yüklü qatarı 267 km sürərək SSSR-ri Dəmir yol məkanında yeni rekorda imza atmış oldu. Bu günə qədər bu rekordu təzələyən olmayıb. Bu nailiyyətinə görə ona, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adı verildi.
Bir beşillikdə iki beşilliyin planlarını yerinə yetirdiyinə görə, 3 oktyabr 1980-ci ildə SSSR Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə Sənayə və Kənd Təsərrüfatı məhsulları istehsalına dair onuncu beşillik tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsində qazandığı diqqətəlayiq müvəffəqiyyətlərə görə Qəzənfər Kərim oğlu Əliyev SSSR-nin ən Ali mükafatı olan "Lenin ordeni" və "Oraq və Çəkiç" qızıl medalı təqdim etməklə Sosialist Əməyi Qəhrəmanı adı verildi. Əmək fəaliyyəti dövründə Qəzənfər Əliyev “Əməkdə fərqlənməyə görə” (1956), “Əmək şücaətinə görə” (1963) və V.İ.Leninin “Əmək Rəşadətinə görə” (1970) yubiley medalı ilə təltif olunub. 1963-cü ildə Azərbaycan SSR-i Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bundan əlavə, SSSR-nin bir cox müxtəlif medalları və diplomları ilə təltif olunub.
1967-ci ildən Azərbaycan SSR-nin ictimai-siyasi sahəsində aktiv fəaliyyətə başladı. O, 1967-ci ildən 1971-ci ilədək Gəncə şəhər Sovetinin Deputatı, 1971-ci ildən etibarən 3 dəfə ardicil VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin Deputatı olmuşdur. 1980-ci ildən isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilib. Q.Əliyev dəfələrlə partiya orqanlarına, o cümlədən 1979-cu ildə Gəncə şəhər Partiya Komitəsi plenumu üzvlüyünə namizəd, dəfələrlə Azərbaycan KP MK-nə üzv seçilib. 23 fevral 1981-ci ildə kecirilən Sovet İttifaqı Kommunist Partiyasının XXVI Qurultayının nümayəndəsi olub. Gəncə Lokomotiv Deposunun maşinisti Respublikada böyük nüfuza və ehtirama sahib idi. Heydər Əliyev şəxsən peşəkarlığına, Vətəninə baş ucalığı gətirməsinə, Gəncə sakinləri arasında hörmət sahibi olmasına görə Qəzənfər Əliyevə xüsusi hörmət bəsləyirdi.
17 iyul 1984-cü ildə Qəzənfər Kərim oğlu Əliyev 57 yaşında vəfat etdi. Gəncə şəhər Fəxri Xiyabanında dəfn edilib. Ailəli idi, 10 övlad sahibi idi.
Gəncə şəhərində Qəzənfər Kərim oğlu Əliyevin adını əbədiləşdirmək üçün, mövcud olan kücələrdən biri onun adı ilə adlandırılıb.