Əmək mühaciri

"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir.

Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır.

Dünya ölkələrində mühacir işçilər

[redaktə | mənbəni redaktə et]

Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir.

Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır. 2012-ci ildə verilmiş hesabat görə ölkədə 167 milyon əmək mühaciri olduğu bildirilir.

Son onilliklər ərzində Banqladeş və Nepaldan iş axtarmaq üçün mühacirlərin kütləvi axını olmuşdur. Xarici İnkişaf İnstitutunun tədqiqatçıları bildirir ki, bu mühacirlər səyahət zamanı və ya evlərinə qayıdarkən təcavüzə, zorakılığa və ayrı-seçkiliyə məruz qalırlar. Banqladeşli qadınlar belə hərəkətlərə daha çox məruz qalırlar.

Taylanda mühacirlər, əsasən, Burma, LaosCambodia kimi qonşu ölkələrdən gəlirlər. Bu mühacirlər qida olmaması, sui-istifadə və aşağı əmək haqqı kimi bir çox çətinliklərlə qarşılaşırlar. Banqkokda əmək mühacirlərinin əksəriyyəti tay, burmese, ingilis dillərini, kompüter və fotoqrafiya kimi digər fənləri öyrənmək məqsədilə "Əziz Burma" məktəbində iştirak edirlər.

1970-ci ildən Sinqapur Cənub-Şərqi Asiyada mühacirlərin ən çox axın etdiyi ölkədir. 2000-ci ildə ölkədə 612.200 xarici işçi var idi ki, bu da ölkə ərazisindəki işçi qüvvəsinin 29,2%-ni təşkil edir. Bu göstərici Asiyada xarici işçi qüvvəsinin ən yuxarı göstəricisidir. Bu işçilərin 500.000-i ixtisassız və ya aşağı ixtisaslı işçilər siyahısındadır. Hazırda Sinqapurda 135,000 kişi mühacir tikinti işçisi kimi, 150,000 qadın mühacir isə daxili işçi kimi işləyir. Onlar Banqladeş, Hindistan, İndoneziya, Şri-Lanka, Filippin və Tailand kimi müxtəlif ölkələrdən gələn mühacirlərdir.