AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı, jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tarix elmləri üzrə fəlsəfə doktoru Mahal Qacarın "Qacarlar dövrünün diplomatları" adlı kitabı çapdan çıxıb. Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli, redaktoru Nazim Tapdıqoğlu, rəyçiləri tarix elmləri elmləri üzrə fəlsəfə doktoru doktoru Şirinbəy Əliyev və tarix üzrə fəlsəfə doktoru Ərzuman Əmirovdur.
Qacarlar dövrünün diplomatları | |
---|---|
Müəlliflər | Ənvər Çingizoğlu, Mahal Qacar |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2014 |
Nəşriyyat | Mütərcim |
Səhifə | 240 |
ISBN | ISBN 978-9952-28-200-9 |
Bu kitab müasir dövrün aktual problemlərindən birinə—diplomatiya tarixinə həsr olunub. Qacarlar dövləti dövründə fəaliyyət göstərmiş diplomatların 90 faizindən çoxu Azərbaycan türklərindən ibarət idi.
Qacarlar dövləti Rusiya, Böyük Britaniya, Fransa, Osmanlı və digər dövlətlərlə sıx diplomatik əlaqə qurmuşdu. 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikası ilə də rabitə qurmağa çalışdı. Amma bir qədər ziddiyətli. Məlumdur ki, yarandığı ilk dövrlərdən Qacarlar dövlətə Azərbaycana qarşı iddialı idi. Əlbəttə bunlar iki dövlət arasında bərabərhüquqlu əlaqələrin qurulmasına maneçilik törədirdi. Amma müstəqilliyin ilk dövründə Azərbaycan-Qacarlar səltənəti dövlətlərarası münasibətlərdə ilk addımlar atıldı. Onlar arasında diplomatik əlaqələr yarandı, Bakıda İranın,Tehranda Azərbaycanın səfirlikləri açıldı və fəaliyyətə başladı.