Qafqazın Qara dəniz sahilləri(bəzən — Qara dəniz Qafqazı[1]), antik adı — Kolxida) — Gürcüstanın, Abxaziyanın[2] və Rusiyanın (Krasnodar diyarı) Qara dəniz sahillərindəki coğrafi və tarixi ərazisi. Zonanın böyük bir qismi turizm bölgəsi hesab olunur.
Qafqazın Qara dəniz sahilləri 42°—45° şimal enlikləri arasında yerləşir. Bu hardasa Adriatik dənizi, Fransanın Lacivərd sahili və İtaliyanın Riverası ilə eyni enlikdir. İqlim xüsusiyyətlərinə görə də yetərincə oxşarlıq var.
Regionun şimal sərhəddi Taman yaramadasıdır. Bu zonanı bəzən Anapa adlandırırlar.[3] Bu bölgəni turizm xüsusiyyətinə görə digərlərində fərləndirirlər. Bu zonaya bəzən əlavə olaraq Qafqazın Azov dənizi sahillərini də birləşdirirlər..
Bölgənin cənub sərhəddi Gürcüstanın Türkiyə ilə olan sərhəddi ilə üst-üstə düşür. Bu zonanın davamı Türkiyə ərazisində Anadolu sahili adlanır. Daha sonra isə Rumeli sahili gəlir. Şərqdən region Böyük və Kiçik Qafqaz dağları ilə əhatələnib. Dağlar arasında qalan ərazi Kolxida düzənliyinə uyğun gəlir.
Regionun uzunluğu 600 km-dən çoxdur. Bunun 350 km-lik hissəsi Rusiyaya məxsusdur. Dəniz sahilində yerləşən əsas şəhərlər bunlardı (şimaldan cənuba): Anapa, Novorossiysk, Gelencik, Tuapse, Lazarevski, Soçi, Qaqra, Pisunda, Qudauta, Suxumi, Oçamçıra, Poti, Batumi. Bu şəhərlərlə yanaşı bölgədə Kabardinka, Lermontovo, Abrau-Dyurso, Daqomıs, Loo, Adler, Yeni Afon, Kobuleti, Vardane, Çavi və s. kimi kurort əraziləri var.
Qafqazın Qara dəniz sahillərinin Novorossiyskdən Tuapseyə kimi olan zonada suptropik iqlimin quru tipi hakimdir. Yanvar ayının orta temperaturu 3 °C, iyulun isə 23 °C-dir. Tuapsedən Acarıstana kimi olan bölgə yarım rütubətli subtropik zonaya daxildir (5 и 24 °C). Bölgədə belə iqlim fərqinin olmasına səbəb ərazinin relyefidir. Tuapseyə kimi dağların hündürlüyü 1000 metrdən çox deyil. Tuapsedən sonra isə hündürlük 3000 metr və daha hündürdür. Yağıntıların miqdarı şimal-qərbdən cənuba doğru 500 mm ilə 2800 mm arasında dəyişir.[3]