Qara Davud Paşa

Qara Davud paşa (1570, Bosniya əyaləti18 yanvar 1623, Konstantinopol) — gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarışıq dövrdə ümumilikdə 23 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.

Qara Davud paşa
osman. كارا دافود باشا
20 may 1622 – 13 iyun 1622
ƏvvəlkiOhrili Hüseyn Paşa
SonrakıMere Hüseyn Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1570
Doğum yeri
Vəfat tarixi 18 yanvar 1623(1623-01-18)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Dilrüba Sultan
Rütbəsi Admiral

Əslən bosniyalı olan Davud Paşa Əndərun təhsili aldıqdan sonra sırayla çuxadar, qapıçılar kəndxudası və qapıçıbaşılığa qədər yüksəldi (1600). 1604-cü ilin sentyabrında vəzirliklə yanaşı, Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa növbəti il Kastamonuya, ardından Anadoludakı Cəlali üsyançılarının üzərinə göndərildi. Ancaq məğlub olaraq geri çəkilən Nasuh Paşanın paytaxta gələrək padşahı səfərə təhrik etməsi nəticəsində Davud Paşa sərdarlıqdan alındı və I Əhməd səfərə özü rəhbərlik etməyi qərarlaşdırdı.

Padşahın Bursaya gəldiyini öyrənən bəzi üsyançı sipahilərin sədarət naibi Sofu Sinan Paşa vasitəsilə günahları bağışlandı və Davud Paşanın rəhbərliyi ilə BursaBolu qalalarının qorunması ilə vəzifələndirildi. Bu əsnada III Mehmedin qızı Dilrüba Sultanla evlənən Davud Paşa 1606-cı ilin avqustunda yenidən vəzirliyə gətirildi və Rumeli bəylərbəyi seçildi. Həmin il İzmit qalasının mühafizəsi ilə vəzifələndirilən Davud Paşa ikinci vəzirliyədək yüksəldi. 1616-cı ilin əvvəllərində yenidən Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa bu vəzifədə ikən Sədrəzəm Öküz Mehmed Paşanın İrəvan səfərinə qatıldı.

I Mustafanın ilk səltənətində xanımının da istəyilə, 1617-ci ilin noyabrında kaptan-ı dərya oldu. Ancaq II Osmanın taxta çıxmasıyla həm kaptan-ı dəryalıqdan, həm də vəzirlikdən alınaraq əvvəlcə Rumeli bəylərbəyliyinə, ardından Silistrə bəylərbəyliyinə gətirildi. Uzun müddət mərkəzdən uzaq qalan Davud Paşa Hotin səfəri (1621-1622) əsnasında yenidən Rumeli bəylərbəyliyinə, səfərin ardından isə Köstəndil hakimliyinə gətirildi.

19 may 1622 tarixində II Osmanın taxtdan endirilib yerinə I Mustafanın ikinci dəfə taxta çxarılmasının ertəsi günü Validə Həlimə Sultanın əmriylə sədrəzəmliyə gətirildi. Hətta sədrəzəm olduqdan dərhal sonra II Osmanın həbs olunduğu Orta məscidə gedərək onu boğdurmaq istəmiş, ancaq yeniçərilər buna mane olmuşdu. Daha sonra Sultan Mustafanı Topqapı sarayına aparan Davud Paşa II Osmanı bazar arabasına oturdaraq təhqir və zülmlə Yeddiqüllə zindanlarına göndərdi. Sultan Osmanı bura gətirən əsgərlər burdan ayrıldıqdan sonra, şəxsi kəndxudası Ömər, baş cəbəci və subaşı kəndxudası Qələndər Uğrusu ilə birlikdə Yeddiqüllə zindanlarının qapısını bağlatdırdı və sədarətə gəldiyi günün axşamı Sultan Osmanı boğaraq işgəncə ilə qətlə yetirdi. Hətta Sultan Osmanın öldüyünə inandırmaq üçün kəsik qulağını Validə Həlimə Sultana göndərdi.

II Osmanın öldürülməsi İstanbuldaAnadoluda böyüş qarışıqlığa səbəb oldu. Davud Paşa isə yalnız 24 gün qala bildiyi sədarətdən 13 iyunda azad edildi. Üsyançı sipahilərin Sultan Osmanın qatillərini cəzalandırmaq üçün başlatdıqları üsyan səbəbilə bir neçə ay gizləndi. Ardından 3 fevralda ələ keçirilən Davud Paşa Sultan Mustafanın fərmanıyla sabiq padşahın qətlində ona kömək edənlərlə birlikdə Yeddiqüllə zindanlarında həbs edildi. İki gün sonra buradan alınaraq cəllad çeşməsi önünə gətirilən Davud Paşa burada edam edilmək istəndi. Ancaq gözlənilmədən Sultan Mustafanın II Osmanın öldürülməsi haqqındakı fərmanını cibindən çıxardaraq qışqırmağa başladı. Xanımı Dilrüba Sultanın da cəlladlara gizlicə verdiyi rüşvətlərlə 10 nəfər adamının köməyilə buradan qaçırılan Davud Paşa Orta məscidə gətirildi. Davud Paşa burada sədrəzəm kimi davranaraq adamlarına pul payladı.

Ancaq daha sonra Sultan Mustafanın fərmanıyla Orta məsciddən alınaraq Yeddiqüllə zindanlarına aparıldı. Burada Sultan Osmanı öldürdüyü zindanda boğularaq edam edildi. Cənazəsi Murad Paşa məscidi həyətinə dəfn olundu.

  • Mustafa Sâfî, Zübdetü’t-tevârîh, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2428, I, vr. 172b;
  • Hüseyin Tûgı Çelebi, Musîbetnâme, Wien National Bibliothek, nr. H.O. 74;
  • Bostanzâde Yahyâ Efendi, Vak‘a-i Sultan Osman Han, Süleymaniye Ktp., Hâlet Efendi, nr. 611;
  • Atâî, Zeyl-i Şekāik, s. 679;
  • Mehmed b. Mehmed, Nuhbetü’t-tevârîh ve’l-ahbâr, İstanbul 1276, s. 225, 248-249;
  • Hasan Beyzâde Ahmed Paşa, Târih (haz. Nezihi Aykut, doktora tezi, 1980), İÜ Ed.Fak. Tarih Semineri Kitaplığı, nr. 3277, II, 251-252, 311-312, 344-346;
  • Topçular Kâtibi Abdülkadir Efendi, Târih, Wien National Bibliothek, nr. 1053, vr. 177b, 202b-203ª, 228b, 265ª, 286ª, 296ª, 300b vd.;
  • Peçuylu İbrâhim, Târih, II, 310, 311, 386-388;
  • Solakzâde, Târih, s. 675-676, 689-690, 717-721, 726 vd.;
  • Kâtib Çelebi, Fezleke, I, 252, 256, 268-270, 298-300, 346-347;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Bulak 1248, s. 499-500, 511, 536, 543, 545, 550;
  • Mehmed Halîfe, Bişâretnâme-i Sultan Mustafa Han, Wien National Bibliothek, nr. mixt. 21, vr. 189ª;
  • Abdurrahman Hibrî Efendi, Defter-i Ahbâr, İÜ Ktp., TY, nr. 3648, vr. 104ª;
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, II, 621, 624, 643, 644, 648-651, 655;
  • Naîmâ, Târih, I, 411-413, 431-436;
  • Hadîkatü’l-vüzerâ, s. 67-68;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 204;
  • Sefînetü’l-vüzerâ, Süleymaniye Ktp., Hafid Efendi, nr. 245, vr. 5ª;
  • Hammer (Atâ Bey), VIII, 220-226, 227 vd., 230-232, 242-245;
  • Sicill-i Osmânî, II, 325;
  • “Davud Paşa, Kara”, İA, III, 498;
  • V. J. Parry, “Dawud Pasha”, EI² (İng.), II, 183-184.