Qarabağ dağlaləsi

Qarabağ dağlaləsi (lat. Tulipa karabachensis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Qarabağ dağlaləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənubi Zaqafqaziyada nadir endemik növdür. Şuşa (Şuşa və Turşsu sovxozu ətrafında), Əsgəran (Topxana) və Hadrut (Domu, Tağ, Tuğ kəndləri ətrafında) rayonlarında yayılmışdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə kimi daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlir, bəzən də kiçik cəngəlliklər əmələ gətirir.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaq 1,5-2 sm diametrində qonur qınla örtülüdür. Qın daxilində tükcüklüdür. Gövdə 40-50 sm hündürlükdədir. Aşağı yarpaqlar enli, yuxarı dar-neştərşəkilli, uzundur. Çiçəkləri təkdir, sarı bəzən tünd—qırmızı, 3-4,5 sm uzunluğundadır. Çiçəkyanlığı yarpaqcıqları demək olar ki, bərabər, küt və ya aydın olmayan iti sonluqludur. Erkəkcik çiçəkyanlığından qısa, erkəkcik sapı sarı, tozcuqdan uzundur.

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə mart, meyvə əmələgətirmə may ayına təsadüf edir. Soğanaqla çoxalır. Aşağı və orta dağ qurşaqlarında, qayalıqlarda, meşələrdə və kolluqlarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir.

Kiçik Qafqazın mərkəzi hissəsi (Şuşa rayonu), Naxçıvanın dağlıq hissəsi.