Qasımçılıq

Qasımçılıqqasımizm[1][2] (ərəb. التيار القاسمي‎, at-Tayyār al-Qāsimī) — 1958-ci ildən 1963-cü ilə qədər İraqı idarə edən Əbdülkərim Qasımın fikir və siyasətlərinə əsaslanan İraq milliyətçi ideologiyası.

Əbdülkərim Qasım

Qasımçılıq panərəbizm, paniranizm, pantürkizm, turanizm, pankürdizm və İraq xalqının birliyinə təsir edən, İraqın ərazi itirdiyi istənilən ideologiyaya qarşı çıxır. Qasımçılığın əsas siyasəti İraq millətçiliyidir ki, bu da İraqdakı bütün etnosların, o cümlədən ərəblərin, kürdlərin, türkmanların, aysorların, ermənilərin, yezidilərin, mandeylərin birliyi və bərabərliyidir. Əbdülkərim Qasım bəəsçilər, panərəbistlər və kürd milliyetçilarına qarşı çoxlu münaqişələr yaşamışdı. Qasımçılıq ideologiyasında İraq hər şeydən əvvəl durur. Qasımçılıq həmçinin, İraqın qədim Mesopotamiya (Şumer, Akkad, Babilistan, Assuriya) kimliklərinə İraqın və onun xalqının özəyi kimi baxır, onları qoruyub saxlamağa çalışır. Qasımçılıq iraqlı olmağı hər hansı bir dindən üstün tutan dünyəvi bir ideologiyadır.[3][4]

Əbdülkərim Qasım və bir çox qasımçı KüveytXuzistan ostanının İraqın bir hissəsi olmasını istəməsi səbəbindən qasimizm də bəzi irredentist təsirə malikdir. Əslində, Küveyt və Xuzistanın qanuni İraq torpaqları olduğuna inamı yaradan qasımçılar[5][6][7] Səddam Hüseynə də təsir etmişdir. O, bu ideyanı daha da populyarlaşdırmışdı və bunu özünə məqsəd qoymuşdu. Bu ideya İraqın Küveyti işğalıİran–İraq müharibəsi üçün motiv olmuşdu.[8]

  1. The Iraqi Revolution of 1958: The Old Social Classes Revisited. I.B. Tauris. 1991. ISBN 9781850433187.
  2. Khadduri, Majid. Republican Iraq. Oxford University Press. 1969. ISBN 9780192149794.
  3. Polk, (2005). səh. 111
  4. Simons, (1996). səh. 221
  5. "Factualworld.com". www.factualworld.com. 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-08.
  6. Marr, (2004). səh. 181
  7. Simons, (1996). səh. 223–225
  8. "Desert Storm: 30 years on". Arab News (ingilis). 2021-02-27. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.