Qasım Qasımov (repressiya qurbanı)

Qasımov Qasım Fərəculla (Fərəc) oğlu 1897-ci ildə Lənkəran qəzasının Qasımlı kəndində ruhani ailəsində anadan olub. Atası — Fərəculla Kərbəlayi Mirzə Qasım oğlu (1828–1919) – Qasımlı kəndinin sayılıb-seçilən dindarlarından olmuşdur. Həmçinin 1886-cı ildən 1909-cu ilə kimi kəndxuda işləmişdir.

Qasım Qasımov
Qasımov Qasım Fərəc oğlu
QASIMOV QASIM FƏRƏC OĞLU.png
Doğum tarixi
Doğum yeri Lənkəran qəzası, Qasımlı (Masallı), Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Kemerov vilayətinin Marinsk şəhəri
Vəfat səbəbi Repressiya edilib
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Həyat yoldaşı Qasımova Xeyrənisə Əli qızı (1901-1937)
Uşaqları Fərəcov Fəyyaz (1921-1998), Məmmədov Museyib (1932-1996), Fərəcov Seyfulla (1933-2001)
Atası Fərəculla Kərbəlayi Qasım oğlu (1828-1919)
Anası Sünbülə Ağamməd qızı
Milliyyəti Azərbaycan türkü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərəculla Kərbəlayi Qasım oğlu (1828–1919)

Qasımov Qasım Fərəc oğlu, Qasımlı mədrəsəsində dini təhsil almışdır. Ərəbfars dillərində yazmağı və oxumağı atasından öyrənmişdir. Daha sonra, təhsilini rus-tatar (Azərbaycan) məktəbində davam etdirmişdir. O, humanitar elmlərə maraq göstərməklə yanaşı, talış, rusfransız dillərini də öyrənmişdir. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti əsgərlərinə maddi yardım etmişdir. 1921-ci ilin yanvar ayında Lənkəran qəzasının Öncəqala kəndindən olan – Qasımova Xeyrənisə Əli qızı ilə ailə həyatı qurmuşdur.

Qasımov Qasım və həyat yoldaşı Qasımova Xeyrənisə

Bu evlilikdən 1921-ci ildə Fəyyaz Fərəcov, 1932-ci ildə Museyib Fərəcov (sonradan soyadı Məmmədov olmuşdur), 1933-cü ildə Seyfulla Fərəcov dünyaya gəlmişlər.[1]

Repressiya illəri[redaktə | mənbəni redaktə et]

Çox keçmir ki, Stalin repressiyası bu ailənin xoşbəxtliyini əlindən alır. Belə ki, Qasımı əksinqilabi fəaliyyətinə (AXC əsgərlərinə maddi yardım etdiyinə və türkçülüyü təbliğ etdiyinə görə) 1937-ci ilin 14 mart tarixində həyat yoldaşı – Qasımova Xeyrənisə Əli qızı ilə bərabər həbs etmişlər. Xeyrənisə xanımı Qazaxıstana sürgün etmişlər və orada vəfat etmişdir. Qasım isə, sürgün edildiyi Volqolad-Privoljski ərazisində məcburi əmək düşərgəsində saxlandığı müddətdə ağır işgəncələrə məruz qalmışdır.

Repressiya qurbanı - Qasımov Qasım Fərəc oğlu.png

Övladları: Museyib FərəcovSeyfulla Fərəcov uşaq evinə verilmişdir. Ehtimala görə, 1942-ci ildə Museyib Fərəcov uşaq evindən qaçmış və qatara minərək Əli Bayramlı rayonuna getmişdir. Orada onu görənlər sual vermişlər ki, haralısan, hansı kənddənsən? Museyib kişi Qasımlı kəndindən olduğunu söyləmişdir. Onu qatara mindirərək Gürcüstan SSR-nin Qasımlı kəndinə göndərmişlər. Orada dəmiryolunda işləyən Salı Məmmədov adlı bir kişi onu görmüş və valideynsiz olduğunu bilərək onu özünə övladlığa götürmüşdür. Museyib kişinin heç bir sənədi olmadığından, ona yenidən sənəd düzətdirmiş və öz soyadını ona vermişdir. Qasımov Qasım 1955-ci ilin 7 mart tarixində Volqololad-Privoljski məcburi əmək düşərgəsindən Kemerov vilayətinin Marinsk şəhərində yerləşən əmək düşərgəsinə göndərilmişdir. Əldə etdiyimiz sənədlərdən məlum olur ki, Qasımov Qasım 17 dekabr, 1981-ci ildə Rusiyanın Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmişdir.[2] 1989-cu ildə Qasım Fərəc oğluna bəraət verilmişdir. 7 iyul, 2021-ci ildə nəticəsi Mehdi Fəyyazlı tərəfindən Qasımlı kəndində ona başdaşı qoyulmuşdur.[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dövlət təhlükəsizliyi arxivi
  2. Rusiya mərkəzi arxivi
  3. "Masallı. Qasımlının kəndxudası və ailə üzvləri niyə repressiyaya məruz qalıb və sürgün olunub?" (az.). [1]. Archived from the original on 2022-09-07. İstifadə tarixi: 2022-07-09.