Qasımlı kənd məscidi — Masallı rayonunun Qasımlı kəndində məscid.
Qasımlı kənd məscidi | |
---|---|
Masallı rayonu Qasımlı kənd məscidi | |
39°01′27″ şm. e. 48°45′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Masallı rayonu |
Yerləşir | Qasımlı kəndi |
Layihə müəllifi | Qasım Mirzə Toğrul oğlu |
Tikilmə tarixi | 1756-cı il |
Üslubu | islam memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Masallı rayonu Qasımlı kənd Məscidi — 1756-cı ildə Qasım Mirzə Toğrul oğlu tərəfindən tikilib. Adı da Qasımın Mədrəsəsi olub. O vaxta qədər kənd camaatı Şıxlar kənd məscidindən istifadə ediblər. Şıxlar kəndindən əvvəl Qızılağac kənd məscidindən istifadə ediblər.[1] Məscid, 1918-ci ildə sökülərək yenidən təmir edilib. Sovet dövründə digər məscidlər kimi "Qasımlı kənd" məscidi də dindarların üzünə bağlanmış, kənddəki təsərrüfatın anbarı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, 1998-ci ildə yenidən qapılarını dindarların üzünə açmışdır. Qasımlı kənd məscidinin yenididən qurulmasında həm maddi və mənəvi dəstək olaraq, həm də təşkilatçı kimi Qasımlı kənd camaatı ilə yanaşı Qulamirzəyev Kərbəlayi Əziz Abbas oğlu, Şükürov Hacı Heybət Şərif oğlu və Qarayev Hacı Akif Qaraş oğlunun xidmətləri olmuş, eyni zamanda digər xeyriyyə işlərində iştirak etmişlər. Bu məscid yerli əhəmiyyətli memarlıq abidəsidir. Qasımlı kənd məscidi düzbucaqlı formada olmaqla hündürlüyü 40 sm olan səki üzərində yerləşir. Məscidin divarları qırmızı bişmiş kərpiclə hörülmüşdür. Məscidin döşəməsi torpaq, tavanı isə taxta materialı ilə yerli ustalar tərəfindən xüsusi ustalıqla hörülmüşdür. Məscidin ön tərəfdə eyni ölçüdə iki ədəd pəncərə və bir cüt qapı var, ayrıca məscidin yan tərəfində də bir cüt eyni ölçüdə pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün 3 ədəd dəmir dirəklə dam artırılmışdır. Məscidin damı kirəmitlə örtülmüşdür. Məscidin damında azan vermək üçün kvadrat formalı günbəz var.
1.Molla Əhməd Qarayusif oğlu - (1756-1810) 2.Molla Məhəmməd Molla Əhməd oğlu - (1800-1876) 3.Cavad Nuri oğlu - (1853-1920) 4.Molla Heydər Molla Məhəmməd oğlu - (1857-1912) 5.Əlihəsənov Nəhmət Kərbəlayi Muxtar oğlu - (1889-1994) 6.Kərimov Rüstəm Manaf oğlu - (1891-1981) 7.Nuriyev İbrahim Cavad oğlu - (1903-1966) 8.Nəsirov Kamil Mustafa oğlu - (1918-1992) 9.Fərəcov Fəyyaz Qasım oğlu - (1921-1998) 10.Alışanov Əsgər Əbdülhüseyn oğlu - (1921-2004) 11.Kərimov Yasər İbad oğlu - (1930-2000) 12.Nuriyev Fərman İsa oğlu - (1935-2016) 13.Nuriyev Yaqub İbrahim oğlu - (1939-1994) 14.Nuriyev Kərbəlayi Natiq Yaqub oğlu - (1974-2023) 15.Əzimov Elvin Kərəm oğlu - (1987)