Qasım bəy (v. 1483) — Qaramanoğlu bəyliyinin bəyi. Anası İlaldı Xatun Osmanlı sultanı Çələbi Mehmedin qızı olduğu üçün "Sultanzadə" təxəllüsü ilə də anılır.
Sultanzadə Qasım bəy | |
---|---|
1474 – 1493 | |
Əvvəlki | Sultanzadə Pir Əhməd bəy Qaramanoğlu |
Sonrakı | bəylik ləğv edilmişdir |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | II İbrahim bəy Qaramanoğlu |
Anası | İlaldı Xatun |
Rütbəsi | Admiral |
Qardaşı Pir Əhməd bəyin vəfatından sona Qaramanoğlu taxtının tək varisi olaraq taxta oturdu. Bu əsnada həm Uzun Həsənin, həm də o illərdə Qaramanoğullarının müttəfiqi olan Venesiya, Papalıq və Napoli krallığına aid donanmalar İzmir və Antalyanı işğal etmiş, daha sonra Silifkəyə qədər gələrək bu əraziləri Qasım bəyə təslim etmişdilər. Ancaq Pir Əhməd bəyin idarəsindəki yerləri alan Gədik Əhməd Paşa Qasım bəyin hakim olduğu İçəl qalasını da almışdı (1474). Yenə bu əsnalarda Konya hakimi olan Şahzadə Mustafa Qaramanoğullarının əlində olan Dəvəli qarahisarını da sülh yoluyla aldı. Beləliklə, Qaramanoğullarının bütün şəhər və qalaları Osmanlıların əlinə keçmiş oldu (1475).
Ancaq Sultan Mehmedin vəfatından sonra Sultan Bəyazid və qardaşı Şahzadə Cem arasında başlayan taxt mübarizəsi əsnasında yenidən meydana çıxan Qasım bəy vaxtilə Konya hakimi olan Şahzadə Cemlə razılaşaraq İçəl qalası ətrafında bəyliyi yenidən bərpa etdi. Ancaq Şahzadə Cemin Misirə qaçması ilə bölgədə tək qalan Qasım bəy keçmiş müttəfiqini Anadoluya çağırsa da, Cem Sultan çoxdan Rodos cəngavərlərinə sığınmışdı. Bu səbəblə bağışlanması üçün Sultan Bəyazidə məktub yollayan Qasım bəy bağışlandı və Osmanlı tabeliyində İçəl bölgəsində bəyliyə hakim təyin edildi.
1493-cü ildə Qasım bəyin vəfatının ardından yerli bəylər Qaramanoğullarının qız şəcərəsindən olan Turqutoğlu Mahmud bəyi taxta keçirmək üçün Sultan Bəyaziddən xahiş etmiş, bu xahişləri də qəbul edilmişdi. Ancaq Osmanlılarla Məmlüklər arasında başlayan müharibələr əsnasında Məmlüklərə dəstək verməyə başlayan Mahmud bəy dərhal vəzifədən alındı və edam olunması haqqında fətva alındı. Nəticədə 1497-ci ildə Hələbə qaçan Mahmud bəy burada vəfat etdi. Beləliklə, Qaramanoğlu sülaləsindən taxta çıxacaq heç kəs qalmadı. Nəticədə Osmanlılar bəyliyin varlığına son qoyaraq bölgəni Qaraman mərkəzli bir əyalətə çevirdi.