Şıxlar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Şıxlar kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kəndi mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır.[1]
Şıxlar | |
---|---|
38°56′ şm. e. 48°31′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şıx sözü şeyx sözü ilə eynidir. Şeyx sözünün ərəbcə mənası qoca, ağsaqqal deməkdir. Bu ad orta əsrlərdə qəbilə, tayfa, təriqət başçılarına, görkəmli ilahiyyatçılara, hörmətli adamlara deyilir. Şıxlar — ərəbcə şeyxlər olub, mənası başçı, rəhbər deməkdir. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasındadır.[2] Əvvəllər Nəzər deyilən şeyx yaşadığından buranın adı Nəzərkənd olub.
Burada Pirzadə ziyarətgahı yerləşir.
Kənd yüksək dağlıq ərazidə yerləşir. Burdan Viləşçay dəryaçası və Masallıya gözəl panorama açılır.
Kənd əhalisi əsasən arıçılıqla məşğul olur. Bundan başqa kənd meyvəçilik, xüsusilə də payızda yetişən heyvasıyla tanınır. Masallıya gedən içməli suyun tamamı bu kənddən təmin olunur.
Əhalisi 3211 nəfərdir.[3]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |