Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir.
Qaya | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Caz |
Fəaliyyət illəri | 1961–1988 |
Ölkə | Azərbaycan SSR |
Şəhər | Bakı |
Dil |
Azərbaycan dili İngilis dili İspan dili Polyak dili Rus dili |
Heyət |
Arif Hacıyev Lev Yelisavetski Rauf Babayev Teymur Mirzəyev |
1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür.
1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər.[1] Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.
1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir.[2] O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı.[1] Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir. Sonra bəstəkar Murad Kajlayevin dəvətilə kvartet Dağıstana gedir.[1] Burada qrup Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə çıxış edir.[1]
Dağıstanda qrup böyük yaradıcılıq şövqü ilə işləsə də, maddi ehtiyacları və ailə problemləri həll olunmadığı üçün Bakıya qayıtmalı olur. Bakıya qayıdarkən qrupun heyəti qatarda kvartetin adı haqqında düşünmək fikrinə düşürlər.[1] Müxtəlif variantlar səslənir. Təkliflərdən biri də "Qaya" olur.[1]
Kvartet ilk müvəffəqiyyətini 1966-cı ildə Moskvada keçirilən "Ən yaxşı Sovet mahnısı ifası" üzrə Ümumittifaq müsabiqəsində qazandı. Müsabiqənin başlamasından 25 gün əvvəl dəvət aldıqdan sonra "Qaya" müsabiqəyə 10 mahnı hazırlamağı bacarır və parlaq bir qələbə qazanır. Bu qələbə ilə qrupa bütün SSRİ-də şöhrət qazanır və kult qrupuna çevrilir.
1972-ci ildə Azərbaycan SSR Nazirlər Soveti və Mədəniyyət Nazirliyinin qərarı ilə "Qaya" kvarterinə Dövlət Ansamblı statusu verilib.[3] Həmin ildə "Qaya" öz şou proqramını yaratmağa qərar verir və Mark Rozovski və Yuli Qusmanı ssenari yazmağa dəvət edir. Şou proqrama "İsa Məsih — Super ulduz" rok operasından bir suit daxil edildi. Qrup kvartetdən sekstet olur: Qrupa Tamilla Ağamiyeva və Qalina Barinovanı dəvət olunur. Qrupda İsanın rolunu Rauf Babayev, İuda rolunu Lev Elisavetski, Qalina Barinova isə Maqdalenanı ifa edir. Ansambl üçün geyimləri modelyer Vyaçeslav Zaytsev hazır edir.
Daha sonra qrupun "Огни большого города" (azərb. Böyük şəhərin alovları) adlanan şou-proqramın premyerası Bakıda Respublika sarayında olur. Bir neçə hissədən ibarət olan proqram, üç saat davam etdi. Proqrama Azərbaycan xalq mahnıları, SSRİ xalqlarının musiqisi, həmçinin qrupun həmkarlarının dost parodiyaları daxil idi. Proqram böyük eskiz olan "Köhnə Bakı" ilə bağlanırdı. Bu şou proqramı ilə "Qaya" SSRİ-nin digər şəhərlərində, eləcə də Şərqi Avropada çıxış edirdi.
1970-ci illərdə ABŞ-də ansambl Hyuston şəhərində yerləşən Caz Kollecində çıxış edib.[4] Çıxış zamanı qrupu auditoriyanın qəribə sükuta uğraması çaşdırır və çıxışdan sonra səhnəni tərk etmək istəyəndə tamaşaçıların gürultulu alqışları onları diksindirir.[4] Daha sonra tamaşaçıların istəyinə görə qrup eyni mahnını bir neçə dəfə təkrar edib.[4] Qrup ABŞ səfərinin ardınca Kubaya qastrol edib.
1979-cu ildə Lev Yelisavetski qrupu tərk edir və onu Cavan Zeynallı əvəzləyir.[5]
1980-ci illərdə "Qaya"nın tərkibi tez-tez dəyişir. 1985-ci ildə isə "Qaya"nın nəzdində Caz və kamera orkestri yaradılır və "Qaya" estrada simfonik dövlət ansamblı adlanır. 1981-ci ildə ansambla daha bir müğənni — Rauf Əliyev əlavə edildi. 1988-ci ildə Rauf Əliyev qrupdan ayrıldıqdan sonra, onun yerini "Qaya" ansamblında işləyən Abbas Əhməd tutdu. Daha sonra ansamblın nəzdində "Talisman" adlı rok-qrup da formalaşır.
2001-ci ildə ansamblın bədii rəhbəri Teymur Mirzəyev İsrailə köçdü. Bundan sonra ansambl fəaliyyətini dayandırsa da, sonradan Azərbaycan Dövlət "Qaya" Ansamblına çevrildi.
2012-ci ildə Moskva Beynəlxalq Musiqi Evinin teatr salonunda "Qaya" vokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş konsert olub.[6]
"Qaya" qrupun diskoqrafiyasına 8 studiya albomu daxildir.