Qazıyevlər (Axund Xəlil)

QazıyevlərAzərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər.

Qazıyevlər
Titul Bəy, qazı
Əcdadı Axund Xəlil qazı
Qohum soylar Bağırbəyovlar
Mənşəyi İrəvan
Təbəəliyi İrəvan xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Reyhanlı

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş

Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı.

1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü.[1]

Soyun tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Ənvər Çingizoğlu, İrəvan Quberniya Ruhani Məclisi və məşhur din xadimləri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–32.
  1. "Sovet Ermənistanı" qəzeti, 6 avqust 1981-ci il.