Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər.
Qazıyevlər | |
---|---|
Titul | Bəy, qazı |
Əcdadı | Axund Xəlil qazı |
Qohum soylar | Bağırbəyovlar |
Mənşəyi | İrəvan |
Təbəəliyi | İrəvan xanlığı, Rusiya imperiyası |
Torpaqları | Reyhanlı |
Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş
Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı.
1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü.[1]