Qazaxıstan–Tacikistan münasibətləri — Qazaxıstan və Tacikistan arasındakı iki tərəfli diplomatik münasibətlər 7 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet respublikaları idi. İndi BMT, MDB, KTMT, ŞƏT kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Qazaxıstan–Tacikistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Tacikistan | Qazaxıstan | |
---|---|---|
Əhali | 8 439 700 | 17 651 852 |
Ərazi | 143 000 km² | 2 724 902 km² |
Əhali sıxlığı | 57,2 nəf./km² | 6,47 nəf./km² |
Paytaxt | Düşənbə | Astana |
İri şəhərlər | Düşənbə, Xucənd, Kulyab, Boxtar, İstərövşən, Kanibadam, Pendjikənd, Xoroq | Almatı, Astana, Çimkənd, Karaqanda, Aktöbe, |
İdarəetmə formaları | Prezident Respublikası | Prezident Respublikası |
Dövlət dili | Tacik dili | Qazax dili |
Din | İslam | İslam |
ÜDM | 17,555 mlrd ABŞ dolları (2 247 $ adam başına) | 418 mlrd ABŞ dolları (24 020 $ adam başına) |
ÜMM | 8,572 mlrd ABŞ dolları (1 041 $ adam başına) | 225.6 mlrd ABŞ dolları (13 236 $ adam başına) |
Valyuta | Somoni | Tengə |
Astanadakı Tacikistan səfirliyi 1993-cü ilin iyunundan fəaliyyət göstərir. Düşənbədəki Qazaxıstanın diplomatik nümayəndəliyi 1998-ci ilin aprelindən fəaliyyət göstərir, lakin 2001-ci ilin yanvarında səfirlik statusu almışdır.
Tacikistanın başçısı Emoməli Rəhmon 1993-cü ildə Qazaxıstanın paytaxtına rəsmi səfər etmişdir. Bu səfər zamanı Tacikistan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələrin əsaslarına dair Saziş imzalanmışdır. Tacikistan liderinin Qazaxıstana növbəti səfərləri 1995 və 2008-ci illərdə baş tutub. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Tacikistana rəsmi səfərləri 2000-ci ilin iyununda və 2007-ci ilin sentyabrında baş vermişdir.
1995-ci ildə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya qurulur Komissiyanın 1998, 2001, 2004, 2006, 2007, 2008, 2009, 2010, 2011-ci illərdə Qazaxıstan və Tacikistanın paytaxtlarında keçirilmiş iclasları iki ölkə arasındakı münasibətlərdə mühüm rol oynadı.
Tacikistan və Qazaxıstan arasında əməkdaşlıq üçün hüquqi baza 1993-cü ildən 2011-ci ilə qədər imzalanmış 75 sənəddən ibarətdir, bunlardan 50-si qüvvədədir və ölkələr arasında qarşılıqlı əlaqələrin əksər sahələrini əhatə edir.
Hal-hazırda Aqıbay Dunkenoviç Smaqulov Qazaxıstan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir[1]. Nazirmad Alizoda 2014-cü ildə Tacikistan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir[2].
Tacikistan Qazaxıstana elektrik, pambıq, alüminium məhsulları, tekstil materialları satır. Tacikistan Qazaxıstandan taxıl, un və neft məhsulları alır. 2007-ci ildə Nursultan Nazarbayevin Düşənbəyə səfəri zamanı Qazaxıstan-Tacikistan birbaşa investisiya fondunun yaradılması barədə razılıq əldə edilmişdir.
2013-cü ildə respublikalar arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dollarını keçmişdir. Bu rəqəmi bir milyard dollara çatdırmaq arzusu elan edilib[3].