Qerberşteyn adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Qerberşteyn adası | |
---|---|
rus. Остров Герберштейна | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 12 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°20′52″ şm. e. 94°35′09″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Nordenşeld arxipelaqınıncənub-qərbində qərarlaşır. Arxipelaqın ən cənub adasıdır. Vilkis adaları qrupuna daxildir. Öz qrupunun ucqar cənub-qərb hissəsində yerləşir. Qərbində yerləşən Qerberşteyn burnu Vilkins qrupunun qərb qutaracağını təşkil edir. Xüsusi ilə Vilkis qrupunun digər adaları onu əhatə edir. Kamenistı adası Xorvard adası müvafiq olaraq, 8 və 11 kilometr aralıda yerləşir. Pravda adası və Nansen adası ilə Matisen boğazı ilə ayrılır. Rusiyanın materik hissəsi ilə arasında məsafə 20 kilometr təşkil edir.
Qerberşteyn adası cənub-qərbdən şimal-şərqə doğru uzanır. Cənub hissəsinin mərkəzində dairəvi laqun mövcuddur. Adanın uzunluğu 2,3 kilometr, eni isə 1 kilometrə çatır. Sahəsinə görə qrupun və arxipelaqın orta ölçülü adalarındandır. Hündürlüyünə görə isə orta göstəricilırdən geri qalır.
Ada alcaq təpəliklərdən ibarətdir. İki təpə adanın böyük qismini əhatə edir. Onlardan biri mərkəzi və qərb hissəsini digəri isə şərq hissəsini əhatə edir. Adanın maksimal hündürlüyü 12 metrdir. Adada axar və göl yoxdur. Adanın sahilləri alcaqdır. Hündürlüyün az olması və relyefin nisbətən düzınliyi axarların və göllərin yaranmasına imkan vermir. Nadir bitkilər arasında mamır, şibyə, o cümlədən alcaqboylu otlar bitir. Heyvanlar aləmi ya yoxdur ya da yox dərəcəsindədir. Kütləvi quş kaloniyalarının yuva qurma yerləri yoxdur. Şərq yüksəkliyində geodeziya məntəqəsi vardır. Ada ərazisinin bütün hissəsi buzdan azaddır. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]. Yay ayları ətraf suları tamamən buzdan azad olur. Qışda isə bütün boğazlar tamamən donur. İqlimi Arktik Tunradır. İlin böyük qismi (üç ay istinadlr) tenperatur 0 °C altında olur.
Ada və onu ərazisində yerləşən burun 1901-ci ildə Zarya gəmisində təşkil edilən Rusiya Arktika ekspedisiyası zamanı Eduard Vasileviç Toll tərəfindən adlandırılmışdır. Siqizmunt Qerberşteyn XVI əsrdə yaşamış, baron, alman diplomatı olmuşdur[2][3].